PDF Oxu

Köşə

  • 2 155

Meymun ilində müxalifəti nə gözləyir?

image

Yeni ildə məni ən çox güldürən Çeçenistan prezidenti Ramzan Kadırov oldu. Kişi Şaxta baba paltarı geyinib "Allahu Akbar" qışqırırdı. Sən demə, Şaxta baba da İslamı qəbul edib. Axı belə olmasa idi, min illərlə yaşı olan şaxta baba bu sözü necə deyə bilərdi!? Özümüzü bambılılığa vursaq, deyə bilərik ki, şaxta baba min illərdir ki, mövcuddur. Şaxta babamız yaşaya-yaşaya gəlib VII əsrə çıxıb və dərhal islamı qəbul edib. Qısası, Avropada islamı ləkələmək üçün bundan sonra ingilis kamikadzeyə Şaxta baba paltarı geyindirib partladacaqlar. Ola bilsin ki, ABŞ Konqresi, BMT -falan şaxta babaya sanksiyadan-zaddan tətbiq etsinlər. Bu, başqa məsələ. Keçək fikrimizin mətləbinə.

Müxalifət 2016-cı ildən, yəni Meymun ilindən böyük "ümid" umur. Öz aralarında arzu edirlər ki, bu il hakimiyyətə gəlsinlər. "Hakimiyyətə" gələcəklərini də onunla əsaslandırırlar ki, 1992-ci ildə də Meymun ili idi və AXC-Müsavat iqtidarda gəlmişdi. Üstəgəl, onu da şərt hesab edirlər ki, Azərbaycanda mütləq koalisyon hökumət yaradacağıq. Məzə tutmağa dəyər bu adamlarla, vallah! Ətrafında yüzcə nəfər adam olmaya, ancaq meymundan ümid umub, ulduz falları ilə yəqinləşdirib iqtidara gələcəyinə əmin olasan.., bax, bu, əsl əndamı yanmaqdır! Bu "əkə"lər unudurlar ki, onların iqtidarda olduğu zaman- 1992-ci ildə, Meymun ilində Xocalı soyqırımı həyata keçirildi. Camaat günlərlə çörək növbəsində dayanırdı, hər şeyi talonla alırdıq, qardaş qardaşa güllə atırdı. Meymun ilində ərazilərimiz işğal olunub, ancaq müxalifət düşərgəsi Meymun ilini özlərinə ən "düşərli" il kimi qələmə verirlər. Hələ 2016-cı il gəlməmişdi, ancaq müxalifətin meymunluğu tutmuşdu. Məsələn, ilk düşük təklif və açıqlama Pənah Hüseyndən gəlmişdi. AXP sədri deyir ki, iqtidarla müxalifət koalisyon hökumət yaratsın. Bu boyda düşüklümü olar? Bura Türkiyədir, yoxsa Avropanın hansısa ölkəsi? Bir balaca xırdalayaq. Tutaq ki, koalisyon hökumət quruldu. Bundan sonrasını Allah saxlasın, Nazirlər Kabinetində, Milli Məclisdə hər gün dava-qırğın gedər, kimin əlinə nə keçsə, bir-birinin başına vurar. Bax, böhran o zaman baş verə bilər. Ümumiyyətlə, bu adam Müsavatdan niyə çıxdı? Biri çıxıb desin ki, bu adamın yaratdığı AXP nə deməkdir, bu partiyanın nə qədər üzvü var, ofisi hardadır, nə iş görürsünüz? Mən bildiyim qədərində AXP-nin heç möhürü də yoxdur. Bir bambılı jurnalist düşük bir saytda "Siyasət və din" rubrikası altında bu tip adamları "yeni formada" az-maz cəmiyyətə təqdim edirsə, bu hələ siyasətdə olmaq demək deyil. Ancaq bu lazımdır ki, arabir çıxıb içlərini boşaltsınlar!

O ki qaldı 2016-cı ildə müxalifəti nəyin gözləməsinə, heç nə dəyişən deyil, heç kim də ümidlənməsin. Hər şey necədirsə, elə də davam edəcək. İsa Qəmbər, Əli Kərimli yığdıqlarını yeyəcək, bizneslərini idarə edəcəklər. "Qarabağ" bloku da buraxıldı. "Ümid" də parlamentə düşmədi. Yəni deməyim odur ki, başımızı işlərimizə qatışdıraq, problemlərimizi həll edək. Bəlkə dövlətimizə bir balaca xeyirimiz dəymiş olar!

Digər xəbərlər