PDF Oxu

Köşə

  • 2 456

OBAMAYA SUALIM VAR

image

Barak Obama bu günlərdə etdiyi çıxışında deyib ki, hər il ABŞ-da silahlı hücumlar nəticəsində 30 min uşaq öldürülür. "Birinci sinif şagirdləri ("Sandy Hook" hücumunda ölən uşaqlar) və sevdiklərinin bir silahdan çıxan güllə ilə həyatlarını itirəcəyini heç vaxt düşünməyən ailələr... Hər dəfə bu uşaqları düşünərkən, dəli oluram", - deyə ABŞ prezidenti nitqində söyləyib. Hətta bunu deyəndən sonra ağlayıb belə! Təbii ki, onun çıxış etdiyi zaldakı jurnalsitlər və Ağ Ev təmsilçiləri də ağladılar. Yəni əməlli-başlı ağlaşma qurulmuşdu çıxış zamanı. Söz yox ki, bir günahsız uşağın öldürülməsi bəşəriyyət üçün faciədir. İstər amerikalı olsun, istər rus, istər erməni, istərsə də hindli. Uşaq-uşaqdır və uşaq olduğu üçün də münəzzəhdir, pakdır, günahsızdır. Bu baxımdan, Obamanın öz sözlərindən təsirlənərək ağlamasını təbii qarşılamaq lazımdır. Ancaq...

Ancaq məsələ ondadır ki, Obama rəhbərlik etdiyi ölkədə azad silah satışı nəticəsində 30 min uşağın öldürülməsindən bu qədər kövrəlirsə, nəyə görə bu amilin başqa tərəfini düşünmür? Məsələn, mənim Obamaya sualım var ki, bəs ABŞ hökuməti dünyaya satdığı silahlar nəticəsində ildə nə qədər uşaqların, körpələrin öldürülməsindən xəbərdardırmı? Ümumiyyətlə, ABŞ-ın hegemonluq üzərində qurulmuş siyasi maraqlarının dünyaya, bəşəriyyətə hansı ağır fəsadlar verməsi haqqında düşünə bilirlərmi? Məncə, belə deyil. Əgər düşünsəydilər, Obama həmin çıxışında gecələr yuxusuzluqdan necə əziyyət çəkəcəyi barədə danışardı.

Orta statistik rəqəmləri araşdırdım və belə bir ortaq nəticə hasil etdim. Təkcə Amerika istehsalı olan müxtəlif yönlü silahların istifadəsi nəticəsində ildə yüz minlərlə (!-R.) körpə həyatını itirmiş olur. Mən buraya böyük, yaşlı insanları əlavə etmirəm. Ümumiyyətlə, ABŞ-ın siyasi maraqları kontekstinin bütün qitələrdə diktə edilməsi prinsipi özü-özlüyündə hər şeyi aşkar şəkildə ortaya qoymuş olur. Yəqin ki, mən bu sualı virtual, yaxud birlavasitə Obamaya ünvanlasam belə, o, bu sualdan yayınacaq. Çünki belə bir sualın verilməsi ABŞ-ın məlum siyasətinə xələl gətirir...

Ancaq sonda onu da deyim ki, ABŞ Konqresi silah satışının qadağasını qəbul edən qərarı təsdiq etməyib, bunun yerinə Azərbaycanla bağlı hər hansı bir neqativ layihəni təsdiqləsə, onları bizim qarğışımız tutacaq. Bu barədə də sabah yazacam, indi yoruldum...

Digər xəbərlər