Uzun-uzadı təhlillərə, proqramlara ehtiyac yoxdur. Özünü "alim" hesab eləyən hər "ağıllı"nın siyasi "təhlillər"inə, iqtisadi "proqnozlar"ına qulaq asmaq da bir axmaqlıqdır. Ortada bir sual var: neftin qiyməti nə vaxt qalxacaq? Dollar niyə bahalaşdı? Bu gün dünya kələfin ucunu elə itirib ki, örkən də hələm-hələm fırlanıb heç vaxt doğanaqdan keçəsi olmayacaq. Bütün bu sualların bir cavabı var: "İŞİD"! Nə qədər ki, "İŞİD" var, nə qədər ki, ABŞ "İŞİD" vasitəsilə dünyaya ən ucuz qiymətə neft satacaq, o vaxta qədər də ölkələr başlarını itirəcəklər. "İŞİD"in 10 dollara olan, özü də ən qısa marşrutla ixrac olunan neftini qoyub, başqa dövlətərin 50 dollarlıq neftini hansı bədbəxt alar axı!? Uzun müddət səbrli olmaq lazımdır, amma yerimizdə saymaq da, düşmənə böyük xallar qazandıracaq.
Ortada bir fakt var: Belə ki, 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan Səudiyyə şeyxi ilə dil taparaq embarqosuz-filansız neftin qiymətini 3 dəfə aşağı salmaqla, neft və qaz gəlirləri büdcəsinin 55 faizinə bərabər olan SSRİ-ni iqtisadi cəhətdən çökdürdü. Barak Obamanın da belə bir iddiaya düşməsi özünü müəyyən qədər doğurdacaq, amma Rusiya çökməyəcək. Reyqan vitse-prezident Corc Buşa "Corc, sovetlərin sonu yaxındır. SSRİ-nin ixracının həcmi 24-26 milyard dollar təşkil edir. Bu da "General-Motors"un gəlirlərinin dörddə biri həcmində olsa da, Moskva kiçik rəqəmdən belə asılıdır. Çünki həmin pula ərzaq, istehlak malları və avadanlıq alır. Onları bu puldan məhrum etsək, çox getməyəcəklər" deyirdi. Kəsəsi, neft SSRİ-ni çökdürmək üçün şərtlərdən biri idi.
ABŞ hələ bu dünyanı o qədər təlatümlərə salacaq ki... Nəticədə, günahsız insanlar itirəcəklər. ABŞ-ın Suriya, İraq, Əfqanıstan, Türkiyə siyasəti hələ bitməyib. Bu ölkələrin hamısını faktiki olaraq işğal edib, Türkiyəni də Rusiya ilə müharibəyə çəkməklə regionda öz rıçaqlarını artırmaqda davam edir. Gözünüz aydın, İranı birbaşa vurmağa cürəti çatmayan ABŞ Səudiyyə Ərəbistanı ilə İran arasında əsl "din savaşı" yaratmağa da nail oldu. ABŞ yaratdığı balası-"İŞİD"lə hələ çox suları bulandıracaq. İslama qarşı bu boyda terror siyasəti həyata keçirən ABŞ öz balasını hələ çox bəsləyəcək. Yeri gəlsə, öz ölkəsində də növbəti terror həyata keçirəcək. Tam məsuliyyətlə deyirəm, ABŞ-da baş verən 11 sentyabr olayı terror hadisəsi deyil. Amerika dövləti buna layiq idi və bu da baş verdi. Tam məsuliyyətlə deyirəm ki, bu terror siyasətini ABŞ hökuməti qəsdən həyata keçirdi, planı da MKİ hazırlamışdı. Bu gün "11 sentyabr meymunluğu"ndan mahir şəkildə istifadə edən ABŞ-ın Haitidə əldə etdiklərini düşünəndə adamın tükü ürpəşir. "İŞİD" ABŞ-ın Şərqdəki filialıdır. Bunu birdəfəlik qanmaq lazımdır.
O ki qaldı "nöyüt"ün qiymətinin düşməsinə, bunun üçün ABŞ əleyhinə birləşmək, "İŞİD"i məhv etmək lazımdır. Başqa heç nə. Yoxsa bir çox ölkələrdə rəngli inqilablar qaçılmaz olacaqdır!