PDF Oxu

Köşə

  • 2 332

MƏNİM "SƏS"İM

image

25 yaşına qədəm qoydu "SƏS" qəzeti. O qəzet ki, xalqımızın milli-azadlıq mücadiləsi dövründə öndə oldu, müstəqilliyimizin növbəti dəfə itirilməsi təhlükəsi yaşananda sinəsini qabağa verib bütün ağırlıqları üzərinə götürdü, qorxmadı, sınmadı, əyilmədi, məğlub olmadı. Çünki o, xalqın "SƏS"i idi, bu gün də xalqın "SƏS" olmaqdadır! Xalq isə məğlumedilməz ordu, nəhəng güc və qüdrətdir. Bu güc və qüdrət Azərbaycanın üzərinə almış qara buludları dağıtdı, azadlığın, insana dəyər verməyin nə olduğunu, həqiqi şirinliyini dadızdırdı...

Qəzetin qocaman və gənc jurnalistləri bu gün də QƏLƏM adlı - dağı belə yerindən oynada biləcək silahı dövlətçilik maraqlarımıza doğru gəc baxan gözlərə tərəf tuşlayır, lazım gələndə elə bir atəş açırlar ki, o gözlər ikinci dəfə belə baxmağa cürət etmirlər. İstəsələr belə! Çünki bu qəzet bir məktəbdir. Mübarizə, əqidə, dönməzlik, qətiyyətlilik məktəbi. Buraya gələnlər, sonradan gələnlərə bir "SƏS" irsi buraxırlar. Bu məktəbin müdavimləri köhnəyə-təzəyə bölnmürlər, əksinə bir amal, bir ideya uğrunda birgə addımlayırlar.

Daha hansı qara qüvvələrin cavabını verməyib "SƏS"! Daxili və xarici düşmənlərimizin dövlətin, xalqın maraqlarını erməniyə, ingilisə və daha kimlərəsə satmaq istəyənlər məhz "SƏS" qəzetinin onlar üçün hazırladığı mənəvi məzarlıqda gömülüblər. Uzun illər siyasi arenada var-gəl edən siyasətbazlar indi bu məzarlıqdan ətrafa boylanır, hələ də aldıqları zərbənin ağrısını üzərlərində hiss edirlər.

"SƏS"in səsi Azrərbaycan haqqında qeyri-pozitiv məqalələr yazaraq erməni dəyirmanına su tökən qondarma "azadlıqların", eləcə də onlara fitil qoyan xarici mətbuatın da səhifələrindən gəlib. "Şpigel", ABŞ-ın Dövlət Departamentinin bəyanatlarından və daha haralardan..!

Demək, "SƏS" öz missiyasını - dövlətçilik ənənələrinin qorunması missiyasını uğurla davam etdirir. İstənilən xarici və daxili düşmənlərin cavabını anında verməklə onların hətta ən ağır toplarını belə susdurmağa qüdrəti olduğunu sərgiləmiş olur.

Biz, Ulu Öndər Heydər Əliyev ideyalarının daşıyıcılarıyıq və bununla sonsuz fəxr hissi keçiririk. Bu ideyaların yaşadılmasında, təbliğində var gücümüzlə yaşayır-yaradırıq. Yolumuz isə yalnız irəliyə, növbəti qələbələrə, "50"-yə və "100"-ədir! Bu, MƏNİM "SƏS"İMDİR!

Digər xəbərlər