PDF Oxu

Köşə

  • 2 713

"Müxalifətçiyəm" deyən siyasətbazlar yığıncağı

image

İstər ənənəvi, istərsə də radikal adlandırılan, əslində isə eyni bezin qırağı olan müxalifətin uğursuz siyasəti onların fiaskoya uğramasına səbəb olur. Bu, artıq bir aksiomaya çevrilmiş danılmaz faktdır. Çünki müxalifət düşərgəsində zaman-zaman müxtəlif adlar altında birliklər, bloklar və sair formatlar yaradılır. Hər bir format da ortaya çıxan gündən "fərqli və yeni düşüncə" ilə yaradıldığını iddia edir. Amma aradan çox qısa vaxt keçir və aydın olur ki, bu cür qurumlar, əslində, mahiyyətcə elə köhnə müxalifətin köhnə təfəkkür tərzindən və yarıtmaz yanaşmalarından heç də fərqlənmir. Çünki bu cür formatların arxasında dayananlar elə ənənəvi, uğursuz müxalifət "liderləridir".

Hətta bunu bacarsalar belə, ömrü uzağı bir neçə ay çəkir

Bu zaman daha bir sual yaranır: əcəba, müxalifətin zəifliyi, pərakəndəliyi fonunda müxtəlif blok və qurumların yaradılmasına səy göstərilməsi mövcud ağır vəziyyətin düzəldilməsinə nə dərəcədə yardımçı ola bilər? Əslində, bu sualın da cavabı bəsitdir. Məsələn, bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin yaratdığı müxtəlif blok və qurumlar mövcud olub. Amma sonradan həmin blok və qurumların dağılmasına və parçalanmasına gətirib çıxarıb. Bunu da müxalifət təmsilçilərinin hər hansı bir işin öhdəsindən gəlməməsi kimi dəyərləndirmək olar. Yəni müxalifətin uğursuz siyasət aparması onların fiaskoya uğramasına səbəb olur. Demək olar ki, müxalifət düşərgəsində yaranan bu cür vəziyyətə görə, müxalifət qüvvələri bir-birlərini xəyanətdə və satqınlıqda ittiham edirlər. Bu da müxalifət qüvvələrinin bir-birini qəbul etməməsindən xəbər verir. Bir-birinə qənim kəslimiş "liderlərin" aralarında olan davamlı, bundan sonra da davam edəcəyi istisna edilməyən gərginlik müxalifət düşərgəsində hər hansı bir irəliləyişə maneə törədir və heç bir blok, birlik onları birləşdirə bilməz. Çünki müxalifət qüvvələri bir araya gəlməyi bacarmırlar. Hətta bunu bacarsalar belə, onun ömrü uzağı bir neçə ay çəkir.

Müxalifətin içərisində olanlar da etiraf edirlər ki...

Bir sözlə, bu cür radikal, siyasi düşüncə tərzi sıfıra bərabər olan siyasətin heç bir perspektivi yoxdur. Ancaq bunlar həmin faktı dərk etmək qabiliyyətində olmadıqlarını göstərirlər. Yəni müxalifətə hər hansı bir uğur qazandıran deyil. Ümumiyyətlə, Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən qüvvələr tərəfindən aparılan siyasəti dəstəkləmir.

Əbəs yerə deyil ki, müxalifətin içərisində olanlar da etiraf edirlər ki, daxili intriqalar və lazım olmayan rəqabət onları ümumi nəticəsizliyə, uğursuzluğa gətirib çıxarır. Bu, ilk növbədə, Azərbaycan müxalifətinin yetkin olmaması ilə bağlıdır. Onların nəyin siyasətlə bağlı olduğunu, nəyin bağlı olmadığını dərk etməmələrindən irəli gəlir.

Yeri gəlmişkən, indi də dünyada cərəyan edən iqtisadi böhranın Azərbaycana təsirini hakimiyyətin üzərinə atmağa cəhd edən bu "başbilənlər" toplumu elə bilirlər ki, bu vasitə ilə hakimiyyətə gələcəklər. Ancaq fakt budur ki, xalqın heç bir zümrəsi onları qəbul etməməklə yanaşı, etdikləri çağırışlarına da etinasız yanaşırlar. Çünki xalq yaxşı görür və dərk edir ki, sözdə müxalifətçi olduqlarını iddia edənlər reallıqda bu ad altında yalnız öz mənfəətlərini güdən siyasətbazlar yığıncağıdırlar.

Digər xəbərlər