PDF Oxu

Köşə

  • 2 406

Cəbhədə hamı fürsətcildir

image

"Bütün axmaqları birləşdirən bir cəhət var: hamısı eyni cür fürsətcil olurlar..."

Qabriel Qarsia Markes

Milli ləyaqət və qürur hissindən nə dərəcədə uzaq olasan ki, bəzi rayonlarımızda baş verən xırda narazılıqları "ümumxalq hərəkatı" kimi qələmə verəsən, insanların məişət problemlərini böyük "sosial partlayış" kimi təqdim edəsən və ən əsası, arzu edəsən ki, Azərbaycanda çaxnaşma düşsün və xarici qüvvələr ölkəmizə soxulsun! Bu rəzillik ancaq bizim cəbhəçilərə, müsavatçılara və digər radikal müxalifət təmsilçilərinə məxsusdur. Mən bu sözləri boş yerə danışmıram. Cəbhəçilərin sosial şəbəkələrdə vətənimizə arzu etdiklərini oxuduqca, gördükcə bu adamlarla eyni dövlətin "pasport"unu daşıdığıma utanıram. Dünən bir nəfər bəzi rayonlardakı xırda narazılıqrdan yazıb. Cəbhəçi gənclərin "əladır, lap betər olsun, bəlkə rus, amerikan gəlib bizi xilas elədi" şəklində yazıya reaksiya verməsi isə, bu insanların azərbaycanlı olması ilə bağlı bütün şübhələrimi bir az da şiddətləndirdi. Necə yəni ki, ölkədə vəziyyət pisləşsin və rus, amerikan gəlsin? Elə Xalq Cumhuriyyətini də ruslara satan bunlar kimi şərəfsizlər idi, Əliheydər Qarayevin bic balaları bu cəbhəçilərdir. Daha sonra torpaqlarımızı da ermənilərə peşkəş edən bu cəbhəçilərin, müsavatçıların saxta "millətçi" böyükləri idi. Baxın, nə yaxşı ki, Azərbaycan ayaq üstündədir, nə yaxşı ki, gücümüz yerindədir. Bir balaca büdrəsək, bu axmaqlar rus qoşunlarını həmin dəqiqə ölkəmizə dəvət edərlər. Amma bütün AXCP, Müsavat ürəyini həlim tutsun, Azərbaycan büdrəməyəcək, siz olmadığınıza görə bu torpaqlara işğalçıların da ayağı dəyməyəcək, ən əsası, düşmənlərin barmağı sizlərin arxasında olmadığından hər kəs yaxşı dolanacaq, heç kim heç kimi satmayacaq. Oturub-durub Elçibəyin Kələkidəki evinin şəklini "məsum adamların" evləri kimi təqdim edib saxtakarlıq edincə, gedin sədriniz Əli Kərimlidən soruşun ki, Bakıda neçə evin var və bunları nə ilə almısan? Lerikdəki istirahət mərkəzini də soruşa bilərsiniz... Sizin işləməyinizi istəməyən, ailənizi çörəkdən, ətdən, təzə paltarlardan uzaq tutan elə Əli Kərimli və İsa Qəmbərdir. Çünki sizin çörəyiniz, işiniz, təzə paltarınız olsa, onlara yaxın getməzsiniz! Əfsuslar olsun ki, sizlər də işləmək, çörək qazanmaq, təzə paltar geyinmək istəmirsiniz. Düşmən dəyirmanına su tökənlərin nökərisiniz, onların sayını artırmaqla məşğulsunuz. Sizin çörək yeməməyinizi istəyən birinci insan Əli Kərimlidir, İsa Qəmbərdir! Görmürsünüzmü!?

Millətə şad, cəbhəçilərə və müsavatçılara isə bəd xəbərim var. Ağartı məhsullarının da qiyməti aşağı düşdü. Çörəyin, unun qiymətinin ardınca smetanın, qatığın, südün, ayranın, kəsmiyin qiyməti də aşağ düşdü. Bir sözlə, süni qiymət artımının qarşısı alınır və bu proses davam edəcək. Qiymətlərin qalxmasından ən çox sevinib dingilim atan cəbhəçilər bundan sonra nə edəcəklər? Yazıqlar mitinq keçirmək istəyirdilər, yaxşı bəhanə tapmışdılar, bu da əllərindən çıxdı. Əlinizə fürsət düşsə, camaatın dərsini soyarsınız. Bütün axmaqlar belə olur.

P.S. Gör məsələ nə yerdədirsə və Əli Kərimli cəbhəçiləri necə "şişirdib"sə İranla Qərbin və ABŞ-ın "böyük savaşı" bu adamları əməlli-başlı qəzəbləndirib. Niyəsini özləri bilərlər, yəqin nəsə umurlarmış...

Digər xəbərlər