Uzun illərdir ki, Xədicə İsmayılın erməni dəyirmanına su tökdüyünü, erməni maraqlarına xidmət etdiyini, ümumiyyətlə, ermənilərə Azərbaycanı "vurmaları" üçün hansı istiqamət lazımdırsa, məhz həmin istiqamətdən çıxış etməsi barədə yazır, ittiham edir, onu dövlətə və xalqa xəyanət etməkdə suçlayırıq. Yazırıq ki, Xədicə İsmayıl açıq-aşkar bu murdar siyasətin tərkib hissəsi olaraq Leyla Yunusla birləşib erməni lobbisinin təlimatlarını icra edib, üstəlik, onu bu əməllərdə bu gün də dəstəkləyənlər var. Onların kim olduqlarını isə yazmağa dəyməz. Çünki bilən yaxşı bilir onlalrın hansı yuvanın quşu olmalarını. Bütün bunlar öz yerində...
Bu arada bəlli olub ki, ölkənin milli maraqlarını satan Xədicə İsmayıl ona qaşrı irəli sürülmüş digər ittihamlarla da razılaşmayaraq, Avropa Məhkəməsinə müraciət etməsilə yanaşı, özünə erməni vəkil də tutub. Bu adam erməni lobbisinin aparıcı şəxsi, dəfələrlə Ermənistana maliyyə yardımı göstrənlərdən biri, vəkil və aktyor Corc Kluninin erməni əsilli arvadı Amal Klunidir. Belə ki, erməni vəkil Amerikanın NBC teleşirkətinə verdiyi müsahibəsində həbsdə olan Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib. Düzdür, o, bilavasitə Xədicənin adını çəkməsə də "Amerikanın Səsi"nə də verdiyi açıqlamasında "Azərbaycanda həbsdə olan araşdırmaçı qadın jurnalist"in işini götürməsindən danışıb. Bu adda həbsdə olanlar sırasında isə Xədicə İsmayıldan baqşa kimsə yoxdur. Yəni "araşdırmaçı jurnaist" adı altında dövlətin mənafeyinə xəyanət edən və buna görə həbsdə olan fərd yalnız Xədicə İsmayıldır. Demək, Amal Kuli adlı "haxçi" Xədicəyə "bacılıq" xidməti göstərib, onun Azərbaycana qarşı törətdiyi cinayətləri haqlı addım hesab edəcək, üstəlik, onun "günahsız" olması üçün bütün ermənilərdə mövcud olan "əzabkeş" obrazını Xədicənin üzərinə geyindirəcək.
Bu gün müxalifətyönlü mətbuat yazsa da ki, Xədicə İsmayılın vəkilləri hələlik, Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyiblər, amma onların nə yazıb-yazmamalarından asılı olmayaraq, ortada fakt var. Necə deyərlər, od olmasa tüstü çıxmaz. Tüstüsü çıxıbsa, demək, odu da yanır.
Hə, onu da qeyd edim ki, həmin bu "haxçi" - Amal Kluni Livan əsilli ermənidir (əslində, erməninin hansı əsilli olması maraqlı deyil, çünki "ilanın ağına da, qarasına da lənət" deyib dədələrimiz-R.) və vaxtilə Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistanın maraqlarını müdafiə edib. Ermənilərin qondarma "soyqırımı" iddiaları məsələsində donunu başına çəkib nə qədər haray-şivən qaldısa da həmin məhkəməni udmağa müyəssər olmayıb. Bu baxımdan, indi onun Xədicənin (?!-R.) məhkəməsində eyni vəziyyətdən, yəni erməni maraqlarından çıxış edəcəyi şübhəsizdir.
Yeri gəlmişkən, Xədicə İsmayıl dəfələrlə "Səs" qəzetini məhkəməyə verib, guya onun şərəf və ləyaqətinin təhqir olunması iddiası ilə kompensasiya ödənilməsini tələb edib. Ancaq onun bu "zəhmətləri" istədiyi nəticəni verməyib. Çünki "Səs" qəzeti Xədicə İsmayılın şərəf və ləyaqətini deyil, onun özündə "formalaşdırdığı" imici - xəyanətkarlıq imicini ifşa edib. Maraqlıdır, əgər məhkəmə Xədicə İsmayılın xeyrinə qərar çıxarsaydı, necə olalrdı? Yəni Xədicəyə kompensasiya ödənilsəydi, o, "şərəf və ləyaqətinin təhqir edilməsini" ona ödəniləcək kompensasiya müqabilində qəbul edəcəkdimi? Hər halda özünü bu və ya digər şəkildə satışa çıxaranda, "şərəf" və "ləyaqəti" niyə yadına düşmür? Suallar çoxdur. Ancaq təəssüf ki, bu suallara cavab verən tapılmır. Elə isə gözləyək görək, Xədicənin erməni bacılığı, "haxçik" Amal Kuli hansı hoqqalardan çıxacaq?