PDF Oxu

Köşə

  • 2 382

BİZLƏR CƏNAB PREZİDENTİMİZİN YANINDAYIQ!

image

Ölkə başçısının dövlət qurumlarının rəhbərləri ilə keçirdiyi son iclasda kifayət qədər sərt fikirlər səsləndirildi və bir daha xəbərdarlıqlar olundu və əslində, bu kimi xəbərdarlqlar daha öncəki müşavirələrdə də dövlət başçısı tərəfindən bəyan olunub. Lakin bu dəfə belə bir sual yaranır ki, əcəba, nəyə görə ölkə rəhbəri artıq neçənci dəfə məmurlara öz kəskin xəbərdarlıqlarını edib? Axı O, öncələr də vurğulayıb ki, başda Özü olmaqla, hər bir dövlət məmuru xalqın xidmətçisidir! Ona görə də bir sıra dövlət məmurlarının sadə vətəndaşa yuxarıdan aşağıya baxması yolverilməz haldır. Göründüyü kimi, bəzi məmurlar məhz Cənab Prezidentin daha öncəki çıxışlarından nəticə çıxarmayaraq, bir neçə dəfə qanunsuzluqlara yol verməklə yanaşı, zəngin həyat tərzi yaşamağı daha üstün tutublar. Hətta mətbuatdan da bildiyimiz kimi, onlardan bir neçə nəfəri zəngin həyat müqabilində dövləti cinayət belə törətməkdən çəkinməyiblər. Belə məmurların övladları qudurğan həyat tərzi sürməklə, sosial şəbəkələrdə atalarının dövlətdən oğurladığı pulları vasitəsilə aldıqları inomarkalarını reklam etməklə, kef məclislərinin fotolarını yaymlayıb "like"lər (bəyənilər) toplamaqla, əslində sadə həyat sürən, onlardan fərqli olaraq, dövlət üçün canından belə keçməyə hazır olan vətəndaşlarda qıcıq yaradırdılar. Söz yox ki, belələri öz cəzalarını alırlar və buna kimsənin şübhəsi də yoxdur. Amma təəssüf ki, bu gün də bənzər hallar hələ də yaşanmaqdadır. Təkcə son bir neçə gündə mətbuatda bənzər məlumatların sosiallaşması da belə qənətə gəlməyə zəmin yaradır.

Təbii ki, burada da sözü xalq deməlidir. Ölkə başçısı bununla bağlı ictimai nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb. Bunu isə məhz xalq reallaşdırmalı, bənzər neqativ halların qarşısının alınmasında xalq öz dövlətinə yardım etməlidir. Artıq bunun da səmərələri görünməkdədir.

Daha bir məsələ isə yerli məhsullarla bağlıdır. Bu gün Azərbaycanda kifayət qədər yerli məhsullar hazırlayan sənaye obyektləri mövcuddur. Amma nədənsə, məhz məmurlar toplumu yerli məhsillardan daha çox xarici və bahalı məhsullara üstünlük verirlər. Dünyada baş verən iqtisadi böhranın ölkəmizə də təsiri olduğu üçün dövlət bir sıra faktorlara əsaslanaraq, qənaət, israfçılığa qarşı siyasət yürütməyi planlaşdırıb. Amma belə bir məqamda bəzi məmurların zərli-zibalı həyat sürmək ehtirasları hələ də sönmür. Bu isə, əlbəttə ki, dövlətin iqtisadi sferasında də öz fəsadlarını verə bilər. Baxın, Azərbaycanda elektrik-məişət avadanlıqlarından tutmuş, avtomobillərə qədər, mebel istehsalından tutmuş digər məhsullara qədər istehsal müəssisələri mövcuddur. Ancaq biz bunun əvəzinə bir çox məmurların onlara deyil, xarici məhsullara üstünlük verdiklərini görürük. Niyə? Ona görə ki, belə məmurlar sadə vətəndaşdan bu kimi vasitələrlə seçilmək istəyirlər. Sadə vətəndaş yerli istehsal olan avtomobil idarə edir, məmur isə qiyməti on minlərlə, yüz minlərlə dollar olan bahalı avtomobillər idarə edir, üstəlik, ailələrinə də ayrı-ayrılıqda xidməti avtomobillər alırlar. Təbii ki, bu və bu kimi məsələlər gec-tez, Cənab Prezidentin diqqətinə çatacaqdı. Çünki bayaq da qeyd olunduğu kimi, ictimai nəzarət missiyasına start verilib.

Xalq isə dövlət başçısının bu kimi addımlarını, birmənalı olaraq dəstəkləyir. Çünki xalq ona yuxarıdan-aşağıya baxan protfelli məmurların "ağa"-"nökər" fərqliyinini qınayır! Bu qınağın isə aradan qaldırılması üçün, ilk növbədə ölkə başçısının irəli sürdüyü haqlı tezisləri dəstəkləməli, Azərbaycanın istər iqtisadi, istər siyasi, istər sosial, istərsə də digər sahələrdəki inkişaf faktoruna öz töhfəsini verməlidir. İnanın ki, belə olarsa, ölkəmiz çox qısa zaman kəsimində istər regionda, istərsə də dünyada unikallığı ilə seçiləcək. Bizlər dövlətimizin daha da güclənməsi, qüdrətlənməsi üçün daim Cənab Prezidentimizin yanındayıq!

Digər xəbərlər