AŞPA-nın sessiyasında Qarabağla bağlı qətnamələrdən birinin, yəni Ermənistanın işğalçılıq siyasətini sübuta yetirən sənədin 4 səs çoxluğu ilə keçməməsi, lakin digər sənədin - Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul olunması bir çox mətləblərdən xəbər verir. Təbii ki, Qarabağın işğalını əks etdirən sənəddə gerçəkliyin, reallığın qərəzli şəkildə qəbul edilməməsinin arxasında erməni lobbisinin canfəşanlıq fəaliyyətini istisna etmək olmaz. Daha dəqiq desək, ermənilərin pul-parası müqabilində bu sənəd cüzi səs azlığı ilə keçmədi. Amma...
Bunun özü işğal faktını təsdiq edən faktordur
Sərsəng su anbarı ilə bağlı sənəddə qeyd edilən bir sıra müddəaların Ermənistanın işğalçılıq siyasətini sübut etməsini kifayət qədər göstərmək mümkündür.
Yaxud mövcud qətnamədə ermənilərdən bu kimi əməllərinə son qoymaq tələb edilir. Məgər bunun özü də ermənilərin təcavüzkar olması faktını sübuta yetirmirmi? Təbii ki, digər qətnamənin qəbul olunmaması ermənipərəst dairələrin canfəşanlıqları kimi dəyərləndirilə bilər, ancaq onu da unutmaq lazım deyil ki, təkcə ikinci qətnamənin qəbulu Ermənistanın ictimai rəyində məğlubiyyət kimi qəbul edilir. Baxmayaraq ki, Sarkisyan rejimi bunu "qələbə" kimi təqim edir. Məsələ ondadır ki, Ermənistan müxalifəti indi Sarkisyan iqtidarından nəyə görə Sərsəng su anbarı ilə bağlı qətnamənin qəbul edilməsinin hesabını sormağa hazırlaşır? Çünki ortada daha bir danımaz fakt var...
Ermənistanın AŞPA qarşısındakı etinasız davranışlarına görə, heç erməni lobbisi də köməyə çatmayacaq
Bu fakt yaxın gələcəkdə AŞPA-nın sessiyasında Azərbaycan tərəfindən növbəti dəfə Ermənistanın işğalçılığı ilə bağlı məsələ qaldırılanda avrodeputatlara Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş sənəd göstəriləcək. Bax, onda Qarabağın Ermənistanın işğalçılıq siyasəti nəticəsində təcavüzə məruz qalması faktları inkaredilməz dəlilləri ilə sübuta yetiriləcək.
Yeri gəlmişkən, AŞPA Ermənistan qarşısında Sərsəngdəki məlum çirkin və ekoloji terrorçuluq əməllərinə son qoymasını tələb kimi irəli sürüb. Əgər Ermənistan bu dəfə də həmin tələblərə riayət etməsə, onda bu ölkəyə qarşı kifayət qədər kəskin qərarların qəbul ediləcəyini gözləmək olar. Məhz ondan sonra Ermənistanın AŞPA qarşısındakı etinasız davranışlarına görə heç erməni lobbisi də köməyə çatmayacaq. Çünki ortada danılmaz faktlar olacaq. Bu baxımdan, deyə bilərik ki, Ermənistan Azərbaycan qarşısında diz çökmək ərəfəsindədir və əslində, Ermənistan AŞPA-nın qızğın müzakirələrindən məğlub ayrılıb. Ən azından, məğlubiyyətinə tərəf daha bir addım atmış olub. Zaman tezliklə bunu isbatlayacaq.