PDF Oxu

Köşə

  • 2 580

Obama, sizin dəyərlərinizə..!

image

ABŞ-da dərc olunan jurnallardan biri növbəti dəfə islamı, müsəlmanları təhqir edib. Jurnal hicablı qadınlarımızı "seks düşkünü" adlandırır. Nə isə, "şeytan dövlət"in pozğun balalarının yazdıqlarını xatırlatmayacam və birbaşa mövzuya keçirəm.

Hörmətsiz ABŞ və bu dövlətin başbilənləri! Sizin monastrlarınızda, kilsələrinizdə səhərdən-axşama, gecədən-səhərə seks filmləri çəkilir, rahibələriniz, rahibləriniz sinəsində xaç, əllərində prezervativ, ciblərində donuz sidiyindən çəkilmiş xüsusi spirtli içki gəzdirmirlərmi? Bizim hicab sizin "bic balanı" göstərməyən pərdələrdən deyil axı! Böyük yazıçı Vüktor Hüqo "Səfillər" romanında sizin monastrlarınıza öz qiymətini verib. Yaşı 12-13-ə çatan kimi azyaşlı qızları seks köləsinə çevirən, monastrın 30 nəfərlik bakirə qızları içərisində bakirəliyini ən tez itirmiş 9 yaşlı yazıq qızı min illik əsarət altına alan Qərbin qanunları deyilmi!? Məgər ABŞ, İngiltərə, Fransa dövlət büdcəsinin bir hissəsini məhz monastrlarda, kilsələrdə çəkilmiş seks filmlərindən əldə olunan gəlirlər hesabına doldurmurmu? Bizim tolerantlığımızı siz orientallıq kimi qəbul etmisinizsə, bu da sizin probleminizdir. Siz qadınlıq nümunəsini qışın soyuq divarlarında bədənini daş divarlara sürtən, yağışlı gecələrdə əllərini ayaqlarının arasına sıxıb həyatından utanan Merlin Monrodan götürürsünüzsə, bu, başqa məsələ. Bizim ən pis qadınımız sizin ən yaxşınızdan daha yaxşı deyilmi?

Hörmətsiz ABŞ və bu dövlətin başbilənləri! Bizi işıqforda qırmızı işıqda keçməkdə qınayırsınız, guya hələ bizlərdə bu mədəniyyət formalaşmayıb. Yaxşı, o zaman siz aydınlıq gətirin bu məsələyə. Dünən ABŞ çəkilmiş bir video yayımlandı, 66 yaşlı qoca qadın qırmızı işıqdan keçdiyinə görə polislər onun qollarını burub bir-iki təpik də ilişdirib üzü üstündə yerə uzatdılar. Sifətini yerə sürtürdülər. "İŞİD" üzvünümü tutmuşdunuz, cənab Obama!? Sizin "mədəniyyət" dediyiniz şeylər nəticədə vəhşiliyinizlə müşahidə olunmurmu? Bizim küçələrimizdə polislər vətəndaşlara güllə atmır, dərisinin rənginə, irqinə, dininə görə heç kim qətlə yetirilmir. Biz "İŞİD"ə pul, silah vermirik, ölkələrdə inqilablar hazırlamırıq. Cənab Obama, sənin planlarınla qara qızların yaşında nə qədər suriyalı qız zorlanıb, öldürülüb? Heç bunu fikirləşdinmi? Doğma qızlarını qucaqlayıb öpəndə İraqda qətlə yetirdiyin günahsız qız uşaqlarını heç düşünmədinmi? "Harda ingilis varsa, orda savaş var" layihəsinin də müəllifi sizlərsiniz.

Hörmətsiz ABŞ və bu dövlətin başbilənləri! Nəyə görə istədiyiniz dövlətə sanksiya tətbiq edə bilirsiniz, amma heç bir ölkə sizlərə sansksiya tətbiq edə bilmir? Lotumusunuz? Düzdür, müəyyən məqamlarda sizin qabağınıza çıxıb yerinizi göstərənlər oldu. Məsələn, İrana tətbiq etdiyiniz sanksiyalar işə yaramayınca nə üçün çirkin niyyətlərinizi Suriyaya köçürdünüz? Sonra da deyirsiniz ki, ABŞ sülhsevərdir. III Dünya savaşının da anonsunu ABŞ verdi, silahlı qüvvələrini Rusiya ilə sərhədə gətirib. Onsuz da II Dünya müharibəsi bitəndən cəmi 4 il sonra ABŞ NATO-nu yaratmaqla III Dünya müharibəsinini anonsunu vermişdi. Artıq NATO-ya üzv olmaq III Dünya savaşını tərəfdarı olmaq deməkdir.

Digər xəbərlər