Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin parçalayıcı siyasəti bu gün də davam edir. Rəhbəri olduğu partiyasının əsas məqsədi müxalifət partiyasını parçalamaqdan ibarət olmuş İsa Qəmbərin vaxtilə törətdikləri indi də öz başına gəlib. İsa Qəmbər parçalamaq şakərinə o qədər aludə olub ki, hətta başqanlıqdan getdikdən dərhal sonra Müsavatı daxildən parçalamağa başladıb.
Başqanlığa yenidən dönmək üçün...
Əslində, İsa Qəmbərə bu sərf edir. Çünki o, bununla sübut etmək və demək istəyir ki, "gördünüz, mən baqşanlıqdan gedəndən dərhal sonra partiya parçalanmağa başladı!" Yaxud da yenidən başqanlığa geri dönmək üçün "Məhəmməd Əmin Rəsulzadənin müsavatçılıq ideologiyasının məhv olmaması üçün yenidən başqanlığa qayıtmaq zorunda qaldım"-deyərək, "Müsavatı birləşdirmək" istiqamətində fəaliyyətə keçəcək. Ancaq İsa Qəmbər bu cür düşünürsə, ilk növbədə böyük yanşılıq edir...
Çünki onun heç vaxt birləşməklə-filanla arası olmayıb. Bayaq da qeyd etdiyimiz kimi, onun işi parçalamaqla, ayırmaqla, dağıtmaqla və s. bu kimi digər bənzər əməllərdən ibarətdir. Ona görə də birdən hər hansı bir müsavatçı onun bu sözlərinə uyub-eləsə, həyatının növbəti böyük səhvini törətmiş olar. Çünki ona inananlar daha bir səhvlərini İsa Qəmbəri özlərinə başqan kimi gördükləri zamanlardan ediblər.
Bu gün Müsavatdakı intriqaların, qarşıdurmaların, ziddiyyətlərin, təhqirlərin, söyüşlərin və sair məsələlərin hər birinin köklü baiskarı məhz İsa Qəmbərdir. Əgər İ.Qəmbər partiyaya rəhbərliyini parçalamaq, dağıtmaq, yerlə yeksan etmək iddiaları üzərində qurmasaydı, ehtimal edə bilərdik ki, bəlkə Müsavat parçalanmazdı. Bu baxımdan, İsa Qəmbərin günahı hazırda yeni başqan Arif Hacılıdan, onun müavinlərindən qat-qat çoxdur.
Bəs "MSDM" nədir?
İsa Qəmbər hələ başqan olduğu zamanların son akkordlarında özünə "Milli-Strateji Düşüncə Mərkəzi" adlı qurum yaratmışdı. Bu isə elə-belə baş verməyib. Çünki o, partiyanı parçalayırdı. Bunun müqabilində isə özünə yeni təşkilat yaratmaqla, guya partiyanı parçalanmalardan xilas edəcəkdi. Amma nə oldu?
İlk növbədə, parçalanmanın qarşısı alınmadı. İkincisində isə, onun "MSDM"-i də yararsız bir qurum kimi müxalifətdə dəstəklənmədi. Beləliklə, onun planları yox oldu. Yerdə qalan planı isə işə düşdü. Bu işə düşən plan isə onu bəlkə də yenidən başqan edə bilər. Sadəcə, İsa Qəmbər bu dəfə parçalanmış, yox olmaq üzrə olan bir Müsavatın başqanına çevrilə bilər. Əgər ona yeni başqan Arif Hacılı imkan versə...