PDF Oxu

Köşə

  • 2 923

14 fevral "Sevgililər gün ü"dürmü?

image

14 fevralı "Sevgililər günü" kimi qeyd etməyin nə qədər böyük səhv olduğunu bilmək vacibdir. Di gəl ki, milli televiziyalarımız da 14 fevralı "Sevgililər günü" kimi bizlərə dürtürsə, bu, lap dəhşətdir! İndi necə inanmayasan ki, 14 fevral "Sevgililər günü" deyil? Qədim Romada 14 fevral tarixi bütün Roma xalqı üçün, xüsusilə də əxlaqsızlar üçün xüsusi əhəmiyyət kəsb edirdi. Həmin günün inanclarına görə, Roma "Tanrı" və "Tanrıçaları"nın kraliçası olan Junoya duyulan sevgidən dolayı bayram elan olunurdu. Səhərisi gün isə Lupercalia bayramı başlayırdı, necə deyərlər, əsl həngamə bundan sonra idi. Bu bayramı daha çox keçirməyə canfəşanlıq edənlər isə gənclər və əxlaqsız qadınlar idi. Niyəsinə keçək. Bu bayramda qəti qanun-qaydalarla müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə şansı çox məhdud olan gənclər bir-birləri ilə iyrənc şəkildə əylənirdilər. Bu "bayram"da hansı gəncin hansı qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq, bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı və onlar bayram boyunca ayrılmırdılar. Dini nöqteyi-nəzərdən yanaşsaq, həmin gün minlərlə kişi və qadın Tanrını danaraq əxlaqsızlıqla məşğul olurdu. Yəni bir sözlə, 14 fevral tarixi kütləvi əxlaqsızlıq günüdür.

Keçək bu bayramın ilk özəyinə, yəni sonradan əxlaqsızlıq bayramına çevrilən "Sevgililər günü" əvvəl necə yarandı? Camaatın dilindən "Valentin günü" ifadəsi düşmür, amma heç kim Valentinin kim olduğunu bilmir. Biz də bu bəlanın içindəyik. Keşiş Valentin III əsrində Roma imperiyasının Tern şəhərində yaşayan bir xristian din xadimi olub. Onun haqqında bu günümüzə qədər gəlib çatan tarixçədə deyilir: O zaman Romanı özünün sərt qaydaları ilə idarə edən imperator II Yuli Klavdi imperiyasına müharibə təhlükəsinin yarandığını nəzərə alıb hərbi xidmətə çağrılan oğlanların evlənməsinə qadağa qoyur. Onun fikrincə, subay oğlanlar hərbi xidmətə evlilərdən daha çox yarayırdı. Tern şəhərinin baş keşişi Valentin isə hökmdarın bu əmrinə qarşı çıxaraq gənclərin evlənməsini təbliğ etməklə, şəhərbəşəhər gəzərək gizli dini kəbinlər kəsməklə məşğul olur. Nəticədə, keşiş bu hərəkətilə həm gənclərin ordudan yayınmasına (başqa sözlə fərariliyə) rəvac verir, həm də valideynlərin xəbəri olmadan gənc oğan və qızların yaxınlıq etmələrinə şərait yaradırdı. Yəni onun gizli yolla kəbunlərini kəsdiyi gənclər hərbi xcidmətə getməkdən yayınaraq sevgililərilə qalmağa çalışırlar. Bunu eşidən imperator II Klavdi 269-cu ildə Valentini həbs etdirir və edam olunması haqqında fərman verir. Rəvayətə görə Valentin həbsdə olan zaman da öz əməlindən əl çəkmir. O, fərariliyə görə həbsxanaya salınmış gənclərin onların azadlıqda olan sevgililəri ilə kəbinlərini kəsir. Necə deyərlər, xalqı əxlaqsızlığa, fərariliyə cəlb edən Valentin gorbagor olandan xeyli sonra- 496-cı ildə Roma papası Helasius Valentinin şərəfinə onun edam gününü - 14 fevralı "Sevgililər günü" elan edib. Bir neçə əsr bundan əvvəllə kimi Avropada, Amerikada, digər Qərb ölkələrində 14 fevral "sevgililər günü" kimi qeyd olunurdu, daha sonra xalq hər şeyi anladı. İndi İngiltərədə 14 fevralı "Sevgililər günü" kimi qeyd edənlərə nifrət edirlər. İndi fikir verin, Qərbin əxlaqsız "dəyər"ini biz əsl toy-bayrama çevirmişik. Halbuki qərblilər özləri artıq bundan imtina ediblər. Misirdə əxlaqsız qadınların qapısına vurulan qırmızı lenti toy-bayramlarımızda biz də qapılarımıza bağlayırıq. Bu əxlaqsız dəyərlərdən imtina etmək gərəkdir. Bu məsələdə ən çox günahkar isə bizim televiziyalarımızdır, xüsusilə də arşını bezindən uzun ANS-in hər dəqiqəbaşı 14 fevralı "Sevgililər günü" kimi təqdim etməsi sübut elədi ki, keşiş Valentin üçün "müqəddəs" sayılan bir çox şeylər elə bu kanalın rəhbərliyi üçün də eyni dərəcədə əhəmiyyəti daşıyır. İnsan rəzalətin ən pik həddinə çatanda, belə də olur!

Digər xəbərlər