Vətən xainlərinin müdafiəçisi və onların qayğısını çəkən simasız!
Təəssüf ki, bu gün Azərbaycanda özlərini "ziyalı" adlandırıb bu ad altında ölkənin bu kimi möhtərəm zümrəsinin adını batırmağa çalışanlar mövcud olmaqdadır. Təbii ki, belə "ziyalıların" ortada var-gəl etmələri, ictimai-siyasi proseslərə öz təbirlərincə münasibət bildirmələri elə-belə deyil, bunun müəyyən tərəfləri var. Daha dəqiqi isə maraqları var. Məsələn, Qulu Məhərrəmli kimi...
Qul psixologiyalı, ingilis bayrağı
Bu dırnaqrarası ziyalının zaman-zaman ölkəmizin dövlətçilik maraqlarına qarşı çıxış etməsi faktoru dəfələrlə üzə çıxıb. Xüsusilə, radikal müxalifət cinahında tez-tez görünən Qulu Məhərrəmli istədiyi maraqları təmin edilməyəcəyi təqdirdə, dərhal radikal müxalifətin yanında yer alır. Bu gün xalqın və ictimai rəyin rədd etdiyi insanlar - Əli Kərimli və Cəmil Həsənli kimi simasızlar onun üçün "liderə" çevrilir. Çünki onlardan qrant, kirli pul iyləri gəlir və onlara tamah salmaq onun köhnə peşəsidir. Bunu isə isbat etmək heç də çətin deyil. Vaxtilə Azərbaycan Dövlət Televiziyasında mövcud iqtidarı dəstəklədiyini dəfələrlə bəyan edən Qulu Məhərrəmli məlum səbəblər üzündən oradan çıxarılan kimi özünü radikal müxalifətin yanında tapmış oldu. Buna isə, ilk növbədə ƏQİDƏSİZLİK deyilir! Əqidəsizdən isə nə desən, hansı xəyanəti desən gözləmək olar.
Çay gəlməmiş çırmanan gavur
Məsələn, uzağa getməyərək, 2013-cü ilin prezident seçkilərini xatırlayaq. Müxalifətin mədhiyyəçisi kimi tanınan Qulu Məhərrəmli həmin vaxt "Milli Şura"nın "simasına" çevrilərək, qurumun o zamankı sədri Rüstəm İbrahiməyovun sözcüsünə çevrilmişdi. Ona bu vəzifəni AXCP sədri Əli Kərimli təqdim etmişdi. Həmişə "adına layiq" iş görən, mədhiyyələri ilə ürəkləri bulandıran, qul psixologiyalı, ingilis bayrağı kimi hər gün bir tərəfə əsən, pul görəndə hətta şalvarını belə çıxarmağa hazır olan Qulu Məhərrəmli adlı subyekt Moskvadan göndərilən paraların qarşısında tab gətirməyib, bütün vicdanını hərraca çıxarmışdı. Nədir ki, həmin vaxtlar Rüstəm İbrahimbəyov Məhərrəmliyə hakimiyyətə yiyələnən kimi Az TV-nin sədri postunu verəcəkmiş. Yəni İbrahimbəyov xaricdə otura-otura Eldar Namazov vasitəsilə Qulu Məhərrəmliyə çatdırıb ki, hakimiyyətə gələcəyi andaca birinci sərəncamı Qulu Məhərrəmlinin Az TV-nin sədri təyin etməsi ilə bağlı olacaq...Gülməlidir deyilmi? Bu bədbəxt isə "çay gəlməmiş çırmanan gavurlartək" eləmə tənbəllik, düşmüşdü ortaya. Ancaq arzusu qaldı ürəyində. Bundan sonra da o alınmayan planlarını başqa istiqamətlərdə reallaşdırmağa başladı - erməni siyasətinə dəstək verməklə, qısa desək, gavurçuluqla!
Rauf Mirqədirov vətənini satır, Qulu Məhərrəmli də onun vətən ticarətinə ortaq olur
Daha bir fakta diqqət yetirək. Qulu Məhərrəmli guya jurnalis təəssübkeşliyi göstərərək, Türkiyədə Azərbaycanın maraqlarını xarici kəşfiyyata satmaqla məşğul olan Rauf Mirqədirovun alovlu müdafiəçisinə çevrildi. Gah "Meydan tv"-də, ga "Azadlıq" qəzetində, gah da "Azərbaycan saatı" adlı erməni lobbisinin maliyyələşdirdiyi verlişlərə çıxan bu "təəssübkeş", nəticədə müəyyən istəyinə nail olmağı bacardı. Ona bu işlərinə görə müəyyən maliyyə axınları gəlməyə başladı. Çünki ona sifarişlər verilmişdi. Sosial şəbəkədə də fəal olan Qulu Məhərrəmli görün dövlətə xəyanət üstündə həbs edilən Mirqədirov barədə nə yazır. Sitat: "Politoloji təhlilləri və tənqidi yazıları ilə uzun illər jurnalistikamızın üzünü ağ eləmiş (?!-R.N.), geniş oxucu məhəbbəti qazanmış (??!!-R.N.) istedadlı həmkarım Rauf Mirqədirovu 6 il azadlıqdan məhrum etmək barədə məhkəmənin çıxardığı hökm çox üzücüdür...".
Hələ bu harasıdır, Qulu Məhərrəmli, üstəlik əlavə etmişdi ki, guya Rauf Mirqədirovu sifarişlə həbs ediblər və o, vətəninin sabahını işıqlı görmək istəyirmiş. Həqiqətən də, qeyri-ciddi olan bu cür ifadələr insanı düşünməyə vadar edir. Məsələn, düşünürsən ki, Mirqədirov açıq-aşkar dövlətin maraqlarını satmaqla məşğul olub, Məhərrəmli kimi "təəssübkeşlər" isə ona xərclənən pullardan iştahaya gələrək, vətən xainini "vətəninin gələcəyini işıqlı görmək istəyən adam" kimi təqdim edir. Bu cür absurd və sərsəm iddiaları isə, həqiqətən də məhz Qulu Məhərrəmli, eləcə də təmsil olunduğu çevrəsindən gözləmək olar! Çünki Rauf Mirqədirov vətənini satır, Qulu Məhərrəmli də onun vətən ticarətinə ortaq olur. Necə ki, bu gün həmin ortaqlığını Əli Kərimli kimi ləyaqətsizlərlə davam etdirməkdədir.
Qulu Məhərrəmli Əkrəm Əylisli ilə erməni bulağından su içib
Yəqin ki, hörmətli oxucularımız Əkrəm Əylislinin "Daş yuxular" adlı bədnam, erməni dəyirmanına su tökən, milli kimliyimizi təhqir edən romanı barədə hələ çox danışılacaq. Gələcək nəsillər Əylisli kimi qanı erməni, toxumu erməniçiliklə səpilmiş "yazıçını" haqlı olaraq asıb-kəsəcək, ittiham edəcək. Ancaq Qulu Məhərrəmli bu dəfə də erməni pulunun şirinliyini dada bilməkdən ötrü Əylisli adlı qoca erməni tulasının müdafiəsinə qalxmağı özünə sığışdırdı. Sığışdırdısa, demək, o da ən azından erməni tulasevəridir. Məgər Əkrəm Əylisliyə"Daş yuxular"dan sonra "Görkəmli Azərbaycan yazıçısı" sözünü demək başqa hansı mənanı verə bilərdi ki?!
Kimin kim olmasını tarix necə göstəribsə, bundan sonra da göstərəcək!
Qulu Məhərrəmli Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı onu haqlı sayanda iddia etmişdi ki, ona qarşı (Əylisliyə) edilən davranışlar bədii əsərə etiraz çərçivəsini aşaraq, qisas kampaniyasına və tragikomik şouya çevrilir (??!!-R.N.)
Burada Qulu Məhərrəmli Əylislini ittiham edənləri, necə deyərlər, açıq-aşkar təhqir edib və haqlı ittihamları irəli sürən sadə xalqı şou göstərməkdə suçlamışdı. Əcəba, onda Qulu Məhərrəmli burada hansı rolu almışdı? TƏLXƏK, POLYAÇİ, YA DA KLOUN!!! Necə deyərlər, üçü bir arada! Yəni sən - Qulu Məhərrəmli erməni tulasına xidmət edəndə olursan "milli vətənpərvər", erməni tulasını ittiham edənlər isə olur şoumen? ABSURDDUR!
Bəli, Qulu Məhərrəmli xalqın bu ədalətsizliyə, haqsızlığa kəskin etirazını oyun, şou adlandırır. Məgər Məhərrəmli ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktlarından, işğalçılıq siyasətindən və soyqırımından, ümumiyyətlə, xəbərsizdir? Belə olan halda, məkrli oyunun oyunçusu kimdir: ermənipərəst yazıçıya etiraz səsini qaldıranlar, yoxsa onu müdafiə edənlər?! Yaxud Qulu Məhərrəmli əslində kimdir?
Cavab çox bəsitdir - Vətən xainlərinin müdafiəçisi və onların qayğısını çəkən simasız! Fakt isə ortadadır və kimin kim olmasını tarix necə göstəribsə, bundan sonra da göstərəcək!