Yaxud yediyi qazana tüpürən "TV-şnik"
Yəqin ki, son günlər ictimai rəy Qulu Məhərəmli adlı şəxsin müxalifət mətbuatında var-gəl edib, hansısa maraqlarını təmin etməyə cəhd etdiyinin şahidi olublar və hazırda da olmaqda davam edirlər. Azərbaycan Dövlət Televiziyasının sabiq əməkdaşı olaraq, indi oradan uzaqlaşdırılan bu şəxs ona qarşı "haqsızlıq" siyasəti aparıldığını iddia edərək, özünü radikal müxalifətin yanında tapıb. Əlbəttə ki, uğursuzluqları, ictimai rəy qarşısında itirdikləri nüfuzları "Milli Şura", AXCP kimi qurum rəhbərliklərini də hərəkətə keçirib. Çünki dövlətin əleyhinə danışmağa, necə deyərlər, "mövzu" var. Həmin mözunu isə onlara verən Qulu Məhərrəmli kimiləridir. Məsələn, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Rafiq Əliyevdən də eyni motivdə istifadə olunmuşdu. Bu gün isə həmin sıralamaya Qulu Məhərrəmlinin də daxil edilməsi, şübhəsiz ki, hər iki tərəfin marağındadır. Hay-küy, haray-şivən, vay-haray tipli qaragüruhçuluqlar vasitəsilə "kuklalıq" edən bu "zümrə" yenə də öz istəklərinə nail olmağı bacarmırlar. Axı bir uğursuzun digər uğursuzun yanında uğur qazanacağını düşünmək mümkün olan şey deyil.
Nəyə görə məhz Əli Kərmli gizli "Azad" imzası ilə onun sərsəm iddialarını "Azadlıq" qəzetində müdafiə edir?
Yeri gəlmişkən, bu gün vaxtilə çörək yediyi, 15 il evinə çörək aparmasına səbəb olmuş bir telekanala, onun rəhbərliyinə və işçi heyətinə qarşı çirkablar atan, yediyi qazana tüpürən (!) Qulu Məhərrəmli barədə əldə etdiyimiz bəzi faktları onun və onun "müdafiəçisinə" çevrilmiş Əli Kərimlinin, Cəmil Həsənlinin diqqətinə çatdırmaq istərdik. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ilin aprelində rəhbərlik etdiyi "Səhər" proqramından öz xahişi ilə istefa verdiyini deyən və kanalda qalaraq, digər layihələr üzərində işləyəcəyini deyən Qulu Məhərrəmlinin indi durub kimlərisə günahkar çıxarmaq cəhdləri, özü də bunu Əli Kərimli kimi xəyanətkar, vətən və millət xaini vasitəsilə "Azadlıq" qəzetində həyata keçirməsi heç bir məntiqə sığmır.
FAKT: "Səhər" proqramına 12 il rəhbərlik etmişəm, indi isə yeni proqramlarla tamaşaçıların qarşısına çıxacağam. Özüm bu vəzifədən çıxmaq istəmişəm və bununla bağlı televiziyanın rəhbərliyinə fikrimi 3-4 ay əvvəl bildirmişəm". Linkini təqdim edirik - http://webcache.googleusercontent.com/search?q=cache:8pvaULw3UxUJ:arxiv.az/az/az.apa.az/16762+&cd=7&hl=az&ct=clnk&gl=az
Baxın, bu adam rəhbər vəzifədən (!) çıxması üçün telekanal rəhbərliyinə hətta 2-4 ay əvvəlcədən (!) məlumat verib. Lakin sonradan layihələri uğursuz olduğu üçün onları reallaşdıra bilməyib və nəticədə, getməli olub. İndi onun marağı niyə birdən-birə bu faktları unutmaqla yenidən oyanıb?! Nəyə görə məhz Əli Kərmli gizli "Azad" imzası ilə onun sərsəm iddialarını "Azadlıq" qəzetində müdafiə edir?
Fətullah Gülənə "mübarək insan" deyən Qulu Məhərrəmlinin fikirlərini AXCP sədri də təsdiq edir
Bəlkə Qulu Məhərrəmlinin "mübarək insan" adlandırdığı və Türkiyədə dövlətçilik əleyhinə çıxış etiyinə görə, sonradan ABŞ-a qaçan nurçuların lideri Fətullah Gülənə görə?! Təbii ki, bu gün hakimiyyətə gəlmək üçün şeytanla belə əməkdaşlığa hazır olduğunu aşkar şəkildə bəyan edən Əli Kərimlinin Fətullah Gülən qrupu ilə də təmaslarının olması şübhəsizdir. Və bir halda ki, Qulu Məhərrəmli "Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da. Amma bunlardan əvvəl 1992-ci ildə də belə bir görüş imkanı yaranmışdı görünür, bu mübarək insanla görüşmək qismətimizdə var imiş..." deyirsə, demək, məsələ tamamilə aydındır. Daha bir linki təqdim edirik http://webcache.googleusercontent.com/search?q=cache:KOmjcpfLzoYJ:modern.az/articles/50520/1/+&cd=1&hl=az&ct=clnk&gl=az
Faktlar...Faktlar...Faktlar...ƏLAHƏZRƏT FAKTLAR!
Yenə də 2007-ci ildə "Həftə içi" qəzetinə müsahibə verən Qulu Məhərrəmlinin "AzTV büsbütün yeniləşir" başlıqlı müsahibəsi dərc olunmuşdu. "AzTV-də gedən prosesləri necə qiymətləndirirsiniz?" sualına Qulu Məhərrəmli belə cavab vermişdı: "Mübaliğəsiz deyim ki, bu gün AzTV-də təkcə texnika və texnologiya yeniləşmir, efirin siması, dizaynı, ritmı dəyişir, ekrana yeni verilişlər, yenı sifətlər gəlir. Yəni bütövlükdə, istehsalat sistemi və münasibətlər dəyişir. Con 25-30 ildə görülməli olan mürəkkəb işlərin ağırlığı indi bir adamın çiyninə düşüb. Arif Alışanov televiziyada böyüdüyü üçün həssas nöqtələri yaxşı bilir, heç bir sədrin risk etmədiyi addımları atır, əsaslı kadr dəyişikliyi aparır və bu məsələdə bəzən qınaqlara məruz qalır. Amma başqa yol yoxdur.Yaxşı, müasir televiziya yaratmaq üçün belə addımlar mutləq atılmalıdlr. Həqiqi ekran yaradıcılığına gedən yol das-kəsəkdən təmizlənməli, yol hamar olmalıdır. Dünya teleməkanına inteqrasıya yolunu secmiş televiziyada hər şey modern görünməlidir, çünki yaxşı televiziya millətin qüruru deməkdir". Linkə tanış olun. http://webcache.googleusercontent.com/search?q=cache:LXCqUJCwR3MJ:hafta.az/news.php%3Fid%3D70247+&cd=2&hl=az&ct=clnk&gl=a
O cümlədən, "Tv plyus" dərgisinin 2007-ci il avqust sayında Qulu Məhərrəmli yazmışdı: "Televiziyada 29-cu ildir ki, çalışıram və mən indiyədək burada bu miqyasda yeniləşmə aparılmasının şahidi olmamışam".
Beləliklə, Qulu Məhərrəmlinin nəninki çörək yediyi qazana, hətta havasını udub, suyunu içdiyi məmləkətinə qarşı da tüpürməsi arxasında maraqlar var və mövcuddur. Bu gün həmin maraqlar yenidən ortaya çıxıb. Müxalifət isə Qulu Məhərrəmlinin üzərində özünə xas olan səhnə dekorasiyaları qurmaqda davam edir.
Plagiat, oğru və media qulduru...
Azərbaycanda çalışan kifayət qədər televiziyaçılar, teleşünaslar var ki, Qulu Məhərrəmlinin plagiatlıqla məşğul olduğunu deyirlər. Onlardan biri də tanınmış jurnalist-publisist Rauf Rəcəbovdur. Onun bu günlərdə Qulu Məhərrəmli haqqında irəli sürdüyü fikirləri də kifayət qədər maraq doğurur. Ondan bəzi sitatları gətirib, oxucularımıza xatırladırıq: "Bu "ağıldan bəla araşdırmaçı" getdiyi ölkələrdə aldıgı və ya əldə etdiyi kitabları AzTV-nın əməkdaşı Salar Aslanova tərcümə etdirərdi. Sonra Q.Məhərrəmli həmin hissələri öz beyninin məhsulu kimi kitablarına daxil edirdi. Burada söhbət iqtibasdan və yaxud istinadlardan getmir. Q.Məhərrəmli başqalarının əqli mülkiyyətinə əməlli-başlı "sahiblənməyi" artıq "şakərə" çevirmişdi. Hətta onunla səfərdə olan həmkarlarından biri "kitabından Tsvekin iyi gəlir" sözünü Qulunun üzünə söyləyəndə, o, bu ifşanı malalamağa çalışmışdı. AzTV sədrinin keçmiş müavini Vaqif Ağayevin danışdığı əhvalat isə bir şoxlarının yaxşı xatirindədir. Bir dəfə V.Ağayevdən televiziya terminlərinə dair kitab alan Qulu bir müddət sonra onu geri qaytarır. Amma kitabın 20 səhifəsi cırılmış halda... Sonradan Qulunun nəşr olunmuş yeni kitabı V.Ağayevə təqdim olunanda, sədr müavini plagiatlığın şahidi olduğunu deyirdi".
Həmkarımız daha sonra yazır ki, Qulu Məhərrəmliyə artıq "YETƏR!" deməyin zamanı çatıb: "O özü haqqında "demokratik ruhlu", "müstəqil şəxs" imici yaratmağa çalışsa da, onu yaxından tanıyanlar bunun tam tərsinə olduğunu çox gözəl bilirlər. O, tabeliyində olan jurnalistlərin və diğər əməkdaşların müəllif və digər fundamental hüquqlarını kobudcasına tapdalayan bir zavallıdır. Bir sözlə, zəifin qənimi, güclünün kiçiyidir. Əgər beynəlxalq media təşkilatlarında və hüquq müdafiəsi təşkilatlarında bilsələr ki, Qulu Məhərrəmli öz avtomobilini rejissoruna yuduzdurur, bir telejurnalistin ərsəyə gətirdiyi verilişi onun əlindən alıb, mahiyyətindən xəbəri olmayan "adamlarına" verir, işçisini mənəvi işgəncələrə və mənəvi terrora məruz qoyurdu, yəqin ki, beynəlxalq ekspertlər onunla bir sırada dayanmağı özlərinə təhqir hesab edərlər".
Beləliklə, kifayət qədər faktlara əsaslanan Rauf Rəcəbov digər faktları da ortaya çıxarır: "Onun özündən "dürust insan" obrazı yaratmağa, AzTV-ni "kriminallaşan" bir qurum kimi təqdim etmək cəhdi isə əsl cəfəngiyyatdir. Biz kiçik məmləkətdə yaşayiriq və kimin kim olduğunu çox gözəl bilirik. İndiyə qədər hansısa jurnalist quru maaşla özünə villa tikdirə, avtomobil ala bilibmi? Əlbəttə ki, yox. Amma əmək haqqının və qonorarın o qədər də yüksək olmadığı AzTV-də çalısarkən Qulu Məhərrəmlinin Patamdarda 4 mərtəbəli villa tikdirdiyi çox adama bəlli idi. Patamdardakı torpaq sahəsi AzTV əməkdaşlarına paylananda, Qulu da bu fürsətdən bəhrələnmişdi. Hazırda Qulunun həmin villani sataraq, goydələn binada 2 mənzil aldığı deyilir. İstər torpaq sahəsinə yiyələnəndə, istərsə də xarici avtomobilinin pulunu "Səhər"in reklamları hesabına ödəyəndə, Q.Məhərrəmli bunun jurnalistika peşəsi ilə bir araya sığmadığını heç yadına belə salmamışdı. Görəsən, "ünlü" telejurnalist cavab verə bilərmi ki, qızlarına mənzili hansı pulla alib?"
Göründüyü kimi, Qulu Məhərrəmlinin "yaradıcılığı" kifayət qədər köklü faktlara söykənir və ƏLAHƏZRƏT FAKT qarşısında onun yenə də çirkin vasitələrlə gicişən buynuzunu ora-buta atması, özü də həmin buynuzunu Əli Kərimlinin, yaxud da AXCP sədrinin "Azadlıq" qəzetindəki gizli imzası olan "Azad"ın çomağına sürtməsi əbəs deyil. Hər halda sabah olmamış nələr olar deyiblər. Bu, ya da o biri sabahlarda biz Qulu Məhərrəmli barədə daha müfəssəl məlumatlar eşidəcəyik. Ancaq onda da təəccüblənməyəcəyik, necə ki, indi də təəccüb-filan etmirik...