PDF Oxu

Köşə

  • 2 642

Radikalların arzusu yenə puç oldu

image

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt fevralın 29-da Azərbaycana səfəri çərçivəsində bir qrup hüquq müdafiəçisi və media rəhbərləri ilə görüşüb. Görüşdə ölkədə insan hüquqlarının və media azadlığının mövcud durumu ətrafında fikir mübadiləsi apran avropalı rəsmi ənənəvi müxalifət partiya liderləri ilə görüş keçirməyib. Bu isə bir sıra nəticələrə gəlməyə kifayət qədər zəmin yaratmış olur. Təbii ki, bu kimi avropalı rəsmilərin dəfələrlə eyni addımı atmaları dağıdıcı təfəkkürlü müxlaifəti rədd etmələrinin bariz göstəricisidir. Arqamuntun QHT sədrləri ilə görüşü cəmi 20-25 dəqiqə çəkib. AXCP sədri Əli Kərimlinin, Müsavat baqşanı Arif Hacılının və digər müxalif partiya sədrlərinin həmin görüşlərə qatılmaması AŞPA-nın onlara olan real münasibətinin göstəricisidir. Yeri gəlmişkən, onu da deyək ki, avropalı deputatların bənzər addımlarını vaxtilə ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland da atmışdı. Dağıdıcı müxalifətlə görüşdən imtina edən Nurland rəsmi şəkildə bəyan etmişdi ki, ABŞ, yaxud da Qərbi Avropanın bir sıra aparıcı dövlətləri Azərbaycanda hər hansı bir inqilab etmək niyyətində deyil. "Rəngli inqilab o vaxt ola bilər ki, hökumətlə vətəndaş cəmiyyəti arasında uçurumlar olsun. Azərbaycanda inqilabdan söhbət gedə bilməz"-deyən siyasətçi bununla Əli Kərimli, Arif Hacılı kimi ucuz müxalifətçilərin ağızlarını yummuşdu. Təbii ki, istər Arqamunt, istərsə də digər xarici ali qonaqlar yaxşı bilirlər ki, Azərbaycan xalqı hazırki siyasətin davam etdirilməsini istəyir. Çünki xalq yaxşı bilir ki, "inqilablar" yüz minlərlə insanın ölümü şəhərlərin dağılması deməkdir. Eləcə də ölkələrin iqtisadiyyatı çökür, milyardlarla dollar ziyan dəyir və s. Xalq onu da bilir ki, bu ölkələr bundan sonra özlərinə gəlmək üçün on illərlə zaman lazım olacaq.

Beləlkilə, görünən budur ki, dünyanın aparıcı siyasi çevrələri Azərbaycanda fəaliyyət göstərən dağıdıcı siyasi düşərkənin təmsilçilərinə heç bir önəm vermirlər. Çünki Azərbaycanın vacib bir ölkə olmasını onlar da dərk edirlər.

Bu baxımdan, Ə.Kərimli, A.Hacılı kimi siyasətbazlar indi pəjmürdə olublar. Artıq beynəlxalq təşkilatlar hər zaman Ə.Kərimlidən, A.Hacılıdan bir vasitə kimi istifadə etməklə heç bir səmərə qazana bilməyəcəklərini dərk edirlər. Onlar bilirlər ki, bu adamlar vəziyyətə uygun anındaca öz mövqelərini dəyişən tiplərdirlər. Belə adamlarla isə kimsə ciddi davranmaz. Necə ki, AŞPA prezidenti bunu sübuta yetirdi...

Digər xəbərlər