PDF Oxu

Köşə

  • 2 724

Əli Kərimlinin Cəmil Həsənli "dili"

image

"Milli Şura"nın sədri Cəmil Həsənli düşərgədən olan iddialı şəxsləri xəyanətdə suçlamaqla, işini bitmiş hesab edir. Hətta adam düşünür ki, düşərgədə bu şəxsdən və Əli Kərimlidən başqa təmiz adam-zad yoxdur. Ancaq bu gün hər kəs onu da bilir ki, Cəmil Həsənli Əli Kərimlinin danışan dili rolunda çıxış edir. Əli Kərimli deyirsə, sür dərəyə, o saat sürür dərənin düz kandarına! Yəni bu kimi xəyanətkar elan etmək hadisələri fonunda C.Həsənlinin tək, özbaşına hərəkət etməsini, nəticələrə gələrək "səsli-küylü" bəyanatlar səsləndirməsini demək olmaz. O, bilavasitə AXCP sədri Əli Kərimlinin ətəyindən asılı olan bir kəsdir. Əgər cəbhə sədri onu lazımsız əşya kimi özündən kənara tullasa, C.Həsənlinin ictimai rəydə "təsir imkanını" sərgiləməsi üçün yapışa biləcəyi heç bir amil qalmayacaq. Bu da dəqiq bir məsələdir.

Beləliklə, burada C.Həsənli vasitəsilə Ə.Kərimlinin "siyasət yürütməsi" şübhəsizdir. Hətta C.Həsənlinin son zamanlar "facebook"da fəallaşması, müxalifət düşərgəsindən təmsil olunan tərəflərə qarşı hücumlara start verməsi ətrafındakı yazılarında da eynilə "Azadlıq"da olduğu kmi AXCP sədri Ə.Kərimlinin izinin və imzasının olması kimsədə şübhə yaratmır.

Ötən ilin yayında ölkə parlamentinin deputatları tərəfindən "siyasi məhbusları"n, əslində cinayətkar olduqlarını sübut edən sənədi imzalamasına qarşı çıxan Ə.Kərimli dərhal "Azadlıq" qəzeti vasitəsilə C.Həsənlinin facebookdakı ittihamını dərc etdirir. Bununla da, həmin sənədi imzalayan müxalifətçi millət vəkilləri "düşmən" elan olunur. Yəni bunların müxalifətçilikləri ondan o tərəfə gedib-çıxmır.

Maraqlısı da budur ki, istənilən müxalifət partiyasını dərhal "düşmən", "xəyanətkar", "satqın" elan edən AXCP və "Milli Şura" nədənsə öz xəyanətlərini, satqınçılıq siyasətini heç vaxt qəbul etmirlər. Hansı ki, ölkənin və xalqın 1 nömrəli düşməni sırasında ermənilər qədər olacaq məhz AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənlidir. İctimai rəy bunu görür və dərk edir. Məsələn, bu gün heç bir erməni mətbuatı azərbaycanlı deputatların cinayət törətmiş insanların adlarının "siyasi məhbus" siyahısında yer almasına etiraz edən sənədə imza atmasını işıqlandırmazdı və işıqlandırmayıb da. Ancaq erməni mətbuatında Ə.Kərimlinin, C.Həsənlinin, o cümlədən "Azadlıq" qəzetinin Azərbaycan əleyhinə yazdığı məqalələri, çıxış və müsahibələr yer almaqdadır.

Bütün bunlar isə bir daha sübut edir ki, nökərçilik etdikləri erməni lobbisinin xoşuna gəlməkdən ötrü, Ə.Kərimli və onun ipli kuklası rolunda çıxış edən C.Həsənli, hətta daha böyük milli xəyanətlərdə bulunmağa hazır olduqlarını sərgiləyirlər.

Nəticə etibarilə onu deyə bilərik ki, bu gün və digər vaxtlar onlarla olmayan müxalifət təmsilçilərini ittiham hədəfinə tuş gətirənlər sabah adam tapmayanda özləri-özlərini də "müxalifətə xəyanətdə" suçlayacaqlar. İnanın ki, bunlarda bir əqrəb simptomu var. Sancmağa başqasını tapmayanda, özlərini belə sancarlar əqrəblər tək. Artıq ictimai rəy də buna bir növ alışıb. Hər halda görünən budur ki, gəlir mənbələrini əldən verməmək üçün Ə.Kərimlinin sabah C. Həsənlini düşmən elan etməsi kimsəni təəccübləndirməməlidir...

Digər xəbərlər