PDF Oxu

Köşə

  • 2 617

Səid Nurinin spikerlə şəkli

image

Səid Nuri adlı müxalifət qazanın dibini yalayan məxluq bir neçə il bundan öncə alaqaranlıq oteldə "66" rəqəmini "dəyərləndirən" bu əyyaş gənci yenidən ortaya atıblar. Lap deyək ki, bu uşağın qulağından tutub "siyasətə" süpürləyənlər utanmır, bəs özünə nə olub Səidin!? Özü də unudubmu hər şeyi? Axı adını "siyasi təqiblər" qoyub, əslində isə otel macəralarından sonra bayıra çıxmağa üzü olmayan bu gənc arxada qalan 11 ili uzun vaxtmı sayır? Nə isə, atalar yaxşı deyib: şöhrət bir il gedər, töhmət min il.

S.Nuri ABŞ Konqresinin spikeri Paul Ryanla bir şəkil çəkdirib. Nə olar, çəkdirsin də, mənim də Mixail Sakaaşvili, Toni Bleyr, Jan Klod Van Dam və Davudoğlu ilə şəkillərim var. Açığı deyək, adını çəkdiyim adamlar məndən ötrü ölmür, nə də durub öz ölkələrindən mənimlə şəkil çəkdirməyə, mənimlə yüksək səviyyəli görüş keçirməyə gəlməyiblər. Hansısa tədbirin sonunda xahiş edib şəkil çəkdirirsən, bu qədər... Ancaq S.Nurinin Paul Ryanla çəkdirdiyi şəkil ətrafında "Azadlıq" qəzetinin yaratdığı görüntünü əsla görməmişlik, bibaırçılıqdır. Görün "Azadlıq" qəzeti S.Nuriyə nə sual verir: "Səid müəllim, Paul Ryanla yüksək səviyyədə görüşünüz bizim müxalifətdə də, iqtidarda da müəyyən ovqat yaratdı, sirr deyilsə, görüş hansı şəraitdə baş tutdu və nələri müzakirə etdiniz?". Əli Kərimli, Qənimət Zahid, nə bilim başqaları, ayıb deyilmi sizlərə? İndi Səiddənmi məddət umursunuz? Bu cəhənnəmə, hansısa tədbirdən sonra çəkilən şəkli "xüsusi görüş" kimi təqdim etməklə kimi aldadırsınız? Səidi o vaxtlar tez-tez görürdük, hələ o vaxt bilirdik ki, bu gədənin üzündə hər şey var. İnsanı satmaq onun üçün 70 qəpik verib 1 kilqoram kartof almaq qədər önməsiz bir şeydir. Yanında nə danışsan, iki dəqiqədən sonra "Azadlığ"ın səhifəsindən oxuyurdun.

Məsləhətdir, açın "Azadlıq"dan oxuyun Səidin müsahibəsini. Kristofer Smitlə Azərbaycanı hədələyir. Deyir ki, hələ Reyqanın vaxtından Smitin qabağına çıxan olmayıb, qılıncının qabağı da kəsir, dalı da. Yaxşı, siz deyən olsun. Amma bir şeyə dəqiq əminəm ki, cəbhəçi dediyimiz bu tör-töküntülərin ağlı kərtənkələ ağlı qədər də deyil. Onların bu hədələrinə də zaman öz cavabını verəcək. Ay Səid, axı hamı bilirdi ki, sən ABŞ səfirliyinə casusluq edirsən. Özün də etiraf etmişdin, indio də müsahibəndə etiraf edirsən. Sizdə qeyrət yoxdurmu? Xarici səfirliklərə casusluq etmək belə şərəfli işdirmi? "Azadlıq" qəzetinin bu "işbirliyinə" dəstək verməsi, casusların müsahibələrini dərc etməsi necə, şərəflidirmi? Adam gedib ABŞ-da oturub müsahibə verir, Azərbaycana sanksiyaların tətbiq olunmasının "vacibliyi"ndən danışır, ölkəmizi hədələyir. Bu azmış kimi, arxasında ABŞ-ın dayandığını etiraf edir. Guya ABŞ dayanıb "dalı"nda... Ay oğul, sən ABŞ-a yox, bu dövlətin bircə qurumuna öz millətini, dövlətini satmaq üçün gərəklisən. Bunu da etmisən, sənin də limitin tükənəcək. Bir gün dalına bir təpik vurub, okeanın o tayından bu tayına atacaqlar.

P.S. Bir də ki, ay hörmətsiz "Azadlıq" qəzeti! S.Nuriyə "ABŞ-dakı "məşhur azərbaycanlı" deməyin. O nə azərbaycanlı deyil, nə də məşhur...

Digər xəbərlər