PDF Oxu

Köşə

  • 2 951

QOZDAMA LİDER

image

Var qondarma, var qondurma, biri də var qozdama... Qozdama təzə sözdür, elə bu günlərdə siyasətə qoz-qoz oyunu kimi baxan Əli Kərimlinin qozun qiymətindən "ciddi" şəkildə narahat olmasından dolayı əmələ gəlib. Axecepeşniklərin lideri bu günə qədər qondarma da olub, qondurma da. Əslində, əvvəlcə qondurma olub. Yəni hansısa qüvvələr onu Azərbaycan siyasətinə qondurub və görəndə ki, ondan bir şey çıxmır, dönüb olub qondarma. Baxma, qondarma olsa da, ortada görünmək imkanı qalır. Ancaq ki, iş ondan da ötəyə - qozdarmaya çıxanda, vəziyyət dönüb olur naqolay.

Bu qozdadıqca, yanındakılar da fıstıqlayır, fındıqlayır

Demək, dünyanın titrədiyi bir vaxtda, nəhəng güclərin ağız-ağıza dayanaraq bir-birinə kükrədiyi bir zamanda axecepeşniklərin sədrinin yadına qoz düşüb. Nədir ki, qarşıdan Novruz bayramı gəlir və camaat bu bayramın atributlarından biri olan şəkərbura, paxlava, badambura bişirəcəklər. Bu milli şirniyyatlarımızın da içinə qoz-fındıq qatırlar. Təbii ki, devalvasiya bir sıra qiymətlərə təsir etdiyi kimi, qoza da təsir edib və Əli Kərimli bundan heç də narahat-zad olmayıb. Əksinə, sevinib və nə təhər sevinibsə, siyasi cəhətdən qozduyub. Artıq istər müxalifətdə, istərsə də qeyri-müxalifətdə olan hər kəs Kərimlini qozdama lider kimi tanıyır. Yanındakılar da dönüb-olublar fındıq, fıstıq və s. Bu qozdadıqca, yanındakılar da fıstıqlayır, fınqıdlayır və beləcə, siyasi gündəm davam edir.

Gültəkin Hacıbəyli qoz-qoz oynamağa getsə...

Yeri gəlmişkən, bu qoz deyilən şey elə bir zaddır ki, onun mənasını bir neçə səmtə yönləndirirlər. Yəni bilən bilir nə yazmaq istədiyimi. Amma söhbət Əli Kərimlidən gedirsə, onun real qoza heç bir dəxli-filanı yoxdur. Bir adam ki, ömrü boyu onu-bunu satmaqla, stukaçlıqla keçibsə, onun qozlu-qozsuz varlığı heç də kişilik amilni təsdiq və tərənnüm etmir. Yaxşı olardı ki, Əli Kərimli bir daha qozdarma lider qismində qozlardan və onların qiymətlərindən danışmasın. Yoxsa lap rüsvayi-məyus olmaqdan can qurtara bilməyəcək. Getsin özü-özü ilə qoz-qoz oynasın. Hər halda, bayaq da qeyd etdiyim kimi, onun qozdarma liderliyini dəstəkləyənlər də var. Məsələn, götürək Gültəkin Hacıbəylini. O da son zamanlar yaman qoz həvəsinə düşüb. Elə isə getsin qoz-qoz oynamağa, Əli Kərimlinin yanına. Hərgah oynamağa bir zad taparsa...

Digər xəbərlər