PDF Oxu

Köşə

  • 2 607

31 MART reallığında "24 APREL" adlı utopiya əziləcək!

image

Artıq dünya ermənilərin Xocalıda törətdikləri bir faciəni soyqırımı kimi tanımaqdadır. Dünyanın əksər ölkələri, əksər parlamentləri faktlar, sübutlar, sənədlər, canlı şahidlər hesabına Xocalını soyqırımı kimi tanımağa məcbur oldu və bu istiqamətdə dövlət qətiyyətli iş aparmağı bacardı. Məhz bu qətiyyətin sayəsində, Xocalı dedikdə SOYQIRIMI sözü öz məntiqi yerini tutmağa başlayıb.

Həmçinin, bu reallığı 31 mart tarixinə kökləməyin zamanı çatıb. Hansı ki, "24 aprel" adlı erməni stereotipi yalanlar üzərində bəzi dövlətlər tərəfindən tanınır. Təəssüf ki, olmayan bir tarixi, olmayan bir hadisəni böyük türk dünyasının adına yazmaq, yazdırmaq riyakar, işğalçı ermənilərə müyəssər olub. Ancaq bu reallıq da mövcuddur ki, Azərbaycan dövləti Xocalını, 31 mart və azərbaycanlıların soyqırımlarını dünyaya tanıtdıqca, "24 aprel" stereotipini, ağ yalanını əzə bilər. Çünki həqiqət hər zaman yalan üzərində qələbə çalıb.

Söz yox ki, "24 aprel" yalanını əzmək üçün Xocalı və 31 mart soyqırımlarını tanıtmaqla yanaşı, Qarabağdan da keçməlidir bu millət! Bu millət tarixi torpaqlarını azad etməklə öz hüququnu müdafiə etmək əzmindədir. Bu əzmi isə xalqa dövlət verib, dövlət yaradıb! Xalq öz dövlətinə, xalqına inanır, Ali Baş Komandanın əmrini gözləyir! Qarabağda zəfər yürüşündən keçmək üçün, Xocalının, 31 martın dünyaya birmənalı olaraq tanıdılması üçün. Çünki bu, həm də bir haqq işidir. Haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız.

Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, şərəflə və ləyaqətlə addımlayır və əlbəttə ki, bu addımların altında "24 aprel" adlı utopiya əziləcək. Azərbaycan dövləti, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq!

Digər xəbərlər