PDF Oxu

Köşə

  • 2 781

"ƏZABKEŞ" ERMƏNİLƏR

image

Məsləhət görməzdim ki, milli patriotlarımız, vətənsevər oğul və qızlarımız erməni saytlarını açıb, Qarabağda baş verən son proseslərlə bağlı informasiyalarla tanış olsunlar. Çünki həmin informasiyaların hər birində terror qoxusu, azərbaycanlılara hədsiz nifrət və bütün bunlarla yanaşı, həm də böyük məharətlə oynanılan artistizm, mən deyərdim ki, klounluqlar nəzərə çarpır.

Gəlin görək, bu günə qədər hər hansı bir azərbaycanlı deputatın, yaxud da politoloqun, ya da sadə bir ictimaiyyətçinin dilindən belə bir ifadə çıxıbmı? Yəni Ermənistanın terrorçu dövlət olmasına rəğmən, terrorçu dövlətə qarşı terror törətmək çağırışları etməyib. Ancaq Ermənistanın cinayətkar, terrorçu dövlət kimi tanınması ətrafında dəfələrə dünya birliyinə müraciətlər olub. Düzdür, Xocalı və s. cinayətlərinə görə xalqımıza qarşı törədilən qətliamlar bir sıra dünya ölkələri tərəfindən soyqırımı kimi tanınıb. Ancaq hələ də Ermənistanın cinayətkar rəhbərliyi bu terror hadisələrinin, bilavasitə iştirakçıları olduqlarına görə məsuliyyətə cəlb edilməyiblər.

Bax, məsələnin məntiqi də budur ki, əgər erməni terrorçuluğuna beynəlxalaq münasibət sərt müqavimət göstərmirsə, onda AZƏRBAYCAN ÖZ HAQLI ADDIMINI ATACAQ və atmaqda da davam edir. Həm addımını atır, həm də şanlı silahlı qüvvələrinə məxsus ən modern silahlaları təhhiz edilirdi! Bu silahlar Qarabağın azad olunması, ermənilərin baş terrorçularının ya məhv, ya da məğlub olunmaları üçün atılır. Birinci Qarabağ müharibəsindəki şəhidlərimiz, son bir neçə gündə canlarından keçən şəhidlərimiz üçün atılır...Atılır ki, Cənubi Qafqaz regionunda bir daha terror küləyi əsməsin və insanlar öz əzəli torpaqlarında azad və sülh şəraitində yaşasınlar.

Qaldı ki, erməni deputatlarnın çığır-bağırlarına, tumanlarını başlarına çəkib haray-şivən çıxarmalarına, artıq dünya birliyi 1988-94-cü ildəki dünya birliyi deyil. Dünya birliyi, beynəlxalq aləm, xüsusilə Qərb terrorun nə demək olduğunu öz üzərində hiss etdiyi üçün tamamilə başqa mövqedən çıxış edir. Hər kəs Ermənistanı işğal etdiyi ərazilərindən çıxmağa səsləyir, tələblər irəli sürür! Bu, cəbhədəki qələbələrimizlə yanaşı, dövlətimizin yürütdüyü uğurlu xarici siyasətin və diplomatiyanın qələbəsidir!

P.S. Yazı çapa gedərkən, bəlli olub ki, artıq Serj Sarkisyan quyruğunun qapı arasında qaldığının fərqinə varmağa başlayıb. Quyruğu bizim əlimizə keçməsin deyə sülh istədiyini (?!) bəyan edir. Dönüb olub "əzabkeş" erməni...Ay inandıq ha!!!

Digər xəbərlər