Rusiyanın baş naziri Dmitri Medvedevin, eləcə də baş nazirin müavini Dmitri Roqozinin bəyanatları bu dəfə də işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın ovqatını əməllicə təlx edib. Necə deyərlər, aş gözləyənin qabağına çıxdı bozbaş, o da qaldı çaş! Yəni Serjik elə bilirdi ki, uzun illər ölkəsinin hər şeyini Rusiyaya peşkəş edərsə, Rusiya da onu uzun illər öz qoynunda uşaq kimi bəsləyəcək. Ancaq bu günlərdə Rusiyanın yüksək rütbəli diplomatlarının Ermənistanda aşkar şəkildə Sarkisyana qulaqburması verməsi onun qulağının bir daha yuxarıya qalxmayacağını sübuta yetirdi. Bəli, Serjikin qulağı sallanıb, özü də necə!
İfadəsini daha dəqiq işlədək. Belə ki, Serjik Medvedevlə görüşündə Rusiyanın Azərbaycana silah satmasından giley etmişdi. Yəni bir növ Rusiyaya minnət qoyaraq demişdi ki, bəs mən ölkənin demək olar ki, bütün iqtisadi resusrlarını, zavod və fabriklərini, və s. digər müəssisələrini sənə satdım, sən də bunun müqabilində Azərbaycana silah satırsan.
Bu əməliyyatlar davam edərsə, gör onun və ölkəsinin başına nə gələcək!
Əlbəttə ki, rus erməninin ağası kimi, nökərinin bu cür minnətlə danışmasından ayı kimi qəzəblənə bilərdi və qəzəbləndi də.
Medvedev Serjikə dedi ki, Azərbaycanla Rusiya strateji partnyordurlar və bu partnyorluq davam edəcək. Roqozin də aşkar şəkildə bildirdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək. Beləlkilə, Serjikin qulağı sallanıb düz gündəyməzinə qədər düşdü. Əlbəttə ki, belə olarsa, onu düşündürən bir məsələdir - Azərbaycan beş günlük hərbi əməliyyatlarda Ermənistanın və qondarma "DQR"in silahlı birləşmələrini yerlə yeksan etdi, gör bu əməliyyatlar davam edərsə, onun və ölkəsinin başına nə gələcək!
Axı onun ulu babası Andronik də tayqulaq idi
Ancaq məsələnin maraqlı tərəfi də budur ki, bu gün dünya birliyi demək olar ki, bütövlükdə Ermənistanın işğalçılıq faktorunu tanıdığını bəyan edir. Əlbəttə ki, bir neçə ermənipərəst fərdlərdən başqa. Ona görə də bir neçə nəfərin erməni tərəfindən hürməsi nəyisə dəyişmir, heç dəyişməyəcək də.
Beləlkilə, Serjikin qulağının sallanmasının əsas mahiyyətinin nədən ibarət olduğu bir daha bəlli oldu. Əgər belədirsə, o qulaq heç ona lazım belə olmayacaq. İndinən kəsib ata bilər. Axı onun ulu babası Andronik də tayqulaq idi.