PDF Oxu

Köşə

  • 2 787

Vətəni yemək istəyənlər

image

"Vətənpərvərlik" əclafların son sığınacağıdır

Samuel Conson

Köhnə cəbhəçilər, AXCP-nin "qoca"ları "vətəpərvərdirlər", hər biri qida peşindədir, hər bir cəbhəçi də "pərvər" olmaq niyyətindədir. Nədir bu pərvər? Pərvər farsca "yemək, qidalanmaq" deməkdir, yəni "vətəni yemək". Hər halda vətəni yeyib, dağıtmaq üçün "vətənpərvər" olmaq üçün 25 ildir "əzab" çəkirlər. Tanya xala demişkən: "na, köpəy oğlu...". Allah VƏTƏNsiz adamlara "pərvər" qismət eləməsin. Satqının milliyyəti, dini, irqi olmur axı, AXCP bayrağını dövlət bayrağından üstün tutanlar son silahı da satqınlıqdır. Belə danışanda bəzilərinin acığına gəlir, cəhənnəmə gəlsin, özünüz bilərsiniz. Amma 20 qəpiyinizdən keçin, Nərimanov Parkında çayxanada oturub cəbhəçilərin danışıqlarına qulaq şahidi olun. Əgər yalandırsa, o zaman söyün məni. Dünən eşitdiklərimdən (telefonla danışır): "Ala, yaxçı da, ala, dəhşətdü ki... Uje 100 nəfər oldu, bombardıya. Ala, ermənilər də laxladıb a, bizi...". Telefonu söndürür (üzünü dostlarına çevirir): "Ala, sən öl, ölkədə aləm qarışicey, sən öl, bomba kimi olucey, müharibədə ölənlər uje 100 nəfər olub...". Əsəbləşmirəm, söyüş də yazmıram, sadəcə ürəyinizdən keçən sözləri sanki mən yazmışam və siz də bu sətirlərin altından oxuyursunuz. "İstiqlal bəyannaməsi"ni İbrahim İbrahimlinin qabağına qoyub qol çəkdirəndə, barmaqlarınız qırılaydı. Bu adam kimi tutursa, "mənim imza atdığım müstəqil dövlətdə yaşayırsan" deyə-deyə günü-günə satır. Arabir "politoloji" şərhlər də verir. Məsələn, deyir ki, Hillari Klinton prezident seçilsə, Bill Klinton olacaq ABŞ-ın birinci kişisi... NATO-dan sual verirsən, Əli Kərimlidən danışır, BMT-dən sual verirsən, İsa Qəmbərin oğlu Turğutdan dəm vurur. Sanki dünya yalnız AXCP və Müsavatın çiyinləri üzərində bərqərar olmuşdur. Nostradamusun katrenlərində Ə.Kərimlidən bəhs olunur. İbrahimli belə deyir. Guya Nostradamus vannasını, qayçı-darağını, yemək-içməyini qabağına qoyub AXCP sədrinin falına baxırmış ki, bu adam dünyanı "xilas edəcək". Allah boyunuzu yerə soxsun. Hələ yanındakı "seyid" təxəllüslü adamı demirəm, çənəsinin alına kim keçsə, "Nəmrudun hekayəsi"ni danışır. Deyir ki, az qalıb, Nəmrudu bir milçək öldürdü. İlahi, dəlinə şükür, kərəminə şükür!

P.S. On gündür bir ayaqqabı almışam, axşamlar geyinib, evdə gəzirəm ki, səhər tez açılsın, işə geyinim. Səhər açılır, qıymıram. Bu gün birtəhər geyindim, çıxım bir az parkda gəzim, bəlkə baxan oldu...

Digər xəbərlər