PDF Oxu

Köşə

  • 2 596

Əli Kərimlinin pul iyinə gələn qonaqları

image

Evinin önündəki etirazçı gənclərin tələblərindən qorxuya düşən AXCP sədri Əli Kərimli indi də növbəti teatralizə edilmiş səhnələrə ssenarilər yazır. Çünki indi fərqinə varmağa başlayır ki, Qarabağ kimi məsələdə, yəni hərbi əməliyyatlardan sonra Azrbaycan Ordusunun qazandığı uğurlara kölgə salmaqla yanaşı, erməni dəyirmanına su töküb. Əlbəttə ki, erməni də onun adından öz xeyrinə maksimum şəkildə yararlanıb. Ona görə də müxalifətdə təmsil olunan bir neçə nəfəri beş-on dollar müqabilində evinə gətizdirərək, özünü təmizə çıxarmağa çalışıb. Evindən çəkilən videoya baxış keçirəndə də ortadakı süniliyi, teatralizə edilmiş, ssenariləşdirilmiş tamaşanın olduğunu görərik. Bütün bunlar öz yerində. Ancaq gəlin görək, Ə.Kərimli bu günə qədər düşmənə işləməsini etiraf etməməklə, xalq tərəfindən dəstəklənirmi? Üç-beş nəfərin onun evinə gedib, guya oa dəstək göstərməsi tamaşası zatən heç nəyi dəyişmir. O cümlədən, AXCP sədri bu günə qədər doğru siyasətin nə olduğunu başa düşməyib. Bunun üçün isə sübutlar kifayət qədərdir. Məsələn, cəmiyyət nümayəndələrinin yekdil fikri Ə.Kərimlinin demokratik prinsipləri ən kiçik zərrəciklərə qədər dağıdan qəddar diktator ruhlu adam olması üzərində cəmlənibsə, bəs o, nəyi başa düşmür? Niyə 16 ilə yaxındır AXCP-də işğal etdiyi kürsünü heç kəsə güzəştə getmir, inad edir? Bəllidir ki, Elçibəydən sonra bu adam avtoritar bir AXCP-nin təsisçisidir. 2001-ci ildən bu yana partiya daxilində yaratdığı anti-demokratik ab-havaya və tənqidlərə ən iyrənc formada reaksiyalarına görə, üzərinə gedildikcə bu, Ə.Kərimlini yumşaltmadı, əksinə, iç üzünü xarici siması etdi. Mövcud olduğu dairədəki əsas dəstəkçilərinin də zombi stereotipinə çevrilməsində də Ə.Kərimlinin payı böyükdür. Beləliklə, Ə.Kərimli "evin içi"ndəki nüfuzunu genişləndirmək üçün şantaj edir, qorxudur və sahib olduğu kürsünü bir gün itirəcəyi qorxusu onu güzəştə getməyən vampirə çevirir. O, özünü də dörd əllə yapışdığı qeyri-etik üsullardan asılı vəziyyətə salıb. Yəni Ə.Kərimli öz qorxularından özünü müdafiə üçün istifadə edir, daxilindəki qorxu onun əsas silahıdır. Partiyadakı nüfuzunu, tutduğu postu itirmək, eləcə də ölkədən qovulmaq qorxusundan qaçmaq istəsə də, narsist (özünə aşiq olan-R.) xarakteri həmin qorxularını öz təqibçisinə çevirir. Çünki o, partiyanı əldən verməklə sahib olduğu bütün maddi imkanlarının üzərindən xətt çəkə bilər. Yəni Ə.Kərimli beyin yarımkürələrinə yalnız öz ambisiyasını yerləşdirmiş zehin dünyasıdır. Qorxu və təhdid dolu iç dünyası həqiqətləri obyektiv qiymətləndirməsinə icazə vermir. Beynindəki bütün həqiqətlərin hamısı yalandır. O, bütün həqiqətlərin içərisinə özünün əyri gerçəklərini soxub. Nəticədə, öz danışdığına yalnız özü inanır. Həmişə də özünü müdafiə üçün bu əyri gerçəklərə, məsələn, pul ilə evinə çağırıb özünü təriflətdirdiyi adamlara müraciət edir. Çünki bundan başqa müdafiəçisi yoxdur. Ona görə də, qarşısındakıların düşüncə və istəklərini qəti şəkildə rədd edir. Ə.Kərimli üçün başqaları yoxdur, yalnız özü var. Nəticədə, başqalarının tələb və istəklərini özünə qarşı yönəlmiş təhdid kimi qəbul edir. Amma çox gecdir. Xüsusilə, Qarabağ məsələsində onun xəyanətkar satqınçılığı özünü yetərincə büruzə verdi. Bu kimi teatrlaziə tamaşaları isə heç nəyi həll etməyəcək, buna inana bilər...

Digər xəbərlər