PDF Oxu

Köşə

  • 2 574

İranlılar və amerikanlar niyə bir-birilərinə əsir düşürlər?

image

Axmaq olaraq qalın ki, xoşbəxt olasınız,

Çünki dahilər həmişə bədbəxt olurlar. (C)

Komandir: İranlılar sizə pis davrandılar?

ABŞ əsgəri: Xeyr, çox yaxşı davrandılar. Hətta yemək də verdilər.

Komandir: Gərək diqqətli olaydınız, bəlkə yeməyinizə əqidənizi dəyişəcək bir şey qatardılar.

ABŞ əsgəri: Yox, and olsun Həzrət Abbasa, elə bir şey olmadı.

Son bir ildə Suriyada ölənlərin sayı haqqında dəqiq söz demək gülüncdür. Hər saat, hər dəqiqə orada adam öldürülür, insanların orqanları çıxarılır, qohumları öldürülmüş qız uşaqları qadın alverinin qurbanı olur, qocaları heç bir işə yaramadığına görə quyuya yığıb bomba atıb məhv edirlər. Dəhşətdir, faşizm dünən də olub, bu gün də var, sabah da olacaq. Son bir il ərzində 2,5 milyon suriyalı 60 min uşaq dünyaya gətirib. İnsanlar savaşdan qaçıb sevişməyə gedirlər. Bəlkə də ən doğru olan budur, onsuz da əllərindən başqa iş gəlmir. Suriyadakı müharibəni savaşda doğulanlar bitirəcəklər. Zaman gələcək, görəcəksiniz! Amerikan əsgərlərindən tutmuş NATO-nun "sülh ordusu"na qədər bu məzhəb savaşının içindədirlər. Müsəlmanın məzhəb savaşı Qərbin sərvət, torpaq savaşıdır. Təpədən- dırnağa qədər silahlanmış Amerikan əsgəri bir suraiyalı uşağın qarşısında acizdir. Uşaq əsgərdən yeməyə çörək, içməyə su istədikcə, Amerika hər gün məğlub olur. Nə oldu görəsən?! Neçə illərdir ki, nə bəşər ƏSƏDƏ qalib gəlir, nə də ƏSƏD bəşəri yıxa bilir. Bütün dünyanın "sülh ordusu" Suriyadadır, amma savaş bitmir. Bəs nədən? Dünyanı idarə edənlər illərdir Suriyada sülh yarada bilmirlərmi? Bəlkə sərf eləmir!?

Dünən canlı efirdə Putinə 2-5 milyon sual ünvanlandı. 12 yaşlı Rusiya vətəndaşı sual verdi ki, "Ərdoğan və Poroşenko batarsa, ilk olaraq kimi qurtararsınız?" Putinin cavabı da elə fərqli olmadı: "Əgər kimsə batmaq qərarına gəlibsə, onu qurtarmaq mümkün deyil. Lakin biz, əlbəttə ki, bütün tərəfdaşlarımıza kömək və dostluq əli uzatmağa hazırıq. Əgər, təbii ki, o özü bunu istəsə". Bəlkə sual belə qoyulsa idi, daha maraqlı olardı: "Sen batarsansa, birinci seni kim xilas ederdi, Proroshenko, yoxsa Erdohan!? Suriya sualını hələ ki, eşitməmişəm.

Qayıdaq əvvələ... Bu günə qədər dəfələrlə farslar amerikanlılara, amerikanlılar da farslara çox əsir düşüblər. 1980-ci ildə İran əsgərləri amerikanlılara əsir düşmüşdülər. Danışıqlar gedirdi, sonradan necə oldusa, farslar əsgərləri almaqdan imtina etdilər. Dünyada bir-birilərinə daha çox əsir düşən farslar və amerikanlılardır. Bir şey başa düşmək olmur, burda bir əmma var. Amerikanlılara əsir düşən farslar erotik filmlərə çəkilmişdilər, bir hissəsi də "cilalanıb" MKİ-yə işə götürülmüşdülər. Farslara əsir düşən amerikanlıların da bir hissəsi evinə gedəndə, 3-4 torba düyü alıb aparır, bir hissəsi də and-zad içir, ibadətə-zada başlayır. Qərbdə Amerikanın, Şərqdə İranın siyasətindən kimsə baş açırsa, ona Allahın salamı olsun!

Digər xəbərlər