PDF Oxu

Köşə

  • 2 442

Əli Kərimlinin Ararat fitnəkarlığı

image

Adımı sənə qoydum, səni də yana-yana bax buna deyərlər e! Mətləbə keçməmiş bir hadisəni danışım sizə. Hələ sovetin yaxşı vaxtlarında qonşu məhəllədə bir "zavmaq", indiki dillə desək, mağaza müdiri yaşayırdı. Həmin vaxtlarda da bilirsiniz da, adi bir ev tikmək üçün az qala Kremlə ərizə yazmalıydın. Hələm-hələm hər adam şəhərin hansısa bir məhəlləsində təməlindən başlayaraq ev tikə bilməzdi. Həmin bu "zavmaq" erməniydi, adı da Ararat. Köpək oğlunun yaxşıca pulu-parası, altında xarici maşını, həyətdə ayrıca qarajı, bir də doğum evində işləyən findifirüş rus arvadı varıydı, adı da Yulya. həyətə girəndə "Mersedes"inin "vozduşnı" siqnalının səsi ətrafı bürüyürdü. Hər kəs də narahat olurdu. Qonum-qonşu nə qədər bu adamdan sahə müvəkkilinə şikayət edirdisə, xeyri olmurdu. Rüşvətini verib, kefini çəkirdi erməni köpəyinin balası.

Bir gün məhəllənin cahıllarından olan İdris gözünə döndüyüm Araratın növbəti dəfə lovğalığı zamanı elə arvad-uşağının yanındaca çatar-çatmaz maşınından yerə salıb, ənginə bir yumruq ilişdirir. Özü də nə təhərindən! Araratın çənəsi sınır və xəstəxanalıq olur. Uzatmayaraq deyim ki, qonşular bir araya gəlib, birtəhər İdrisi türmədən qurtarmağa nail oldu. Yoxsa yazığın öz arvad-uşağı başsız qalacaqdı. Beləlkilə, Ararat xəstəxanadan çıxdı və hər dəfə lovğalıq, qudurğanlıq etmək istəyəndə çənəsi ağrıyardı. Ona görə də bu şakərini unutmağa məcbur oldu.

Günlərin bir günü səhər çağı məhəlləni Araratın arvadı Yulyanın çığır-bağırtısı götürdü. Demə, gecə vaxtı bunların evlərinə oğru girib və ər-arvadın ağzına yuxu dərmanı hopdurulan dəsmal sıxıb və evi silib-süpürərək aradan çıxıbmış. Həəə, bax, onda yazıq İdris yada düşdü. Milis gəlib onu şübhəli şəxs qismində apardı və 5 il "sroka" göndərdi, oğurluq maddəsi ilə. Binəva sübut edə bilmədi ki, o, Ararat köpəkoğlunun evinə girməyib. Qonşular da əlacsız idi, çünkü şahid-zad yoxuydu.

Günlərin bir günündə bəlli oldu ki, sən demə Ararat oğurlanan mallarını özü gizlədibmiş ki, İdrisi tutdursun. Necə deyərlər, adımı sənə qoydum, səni də yana-yana. Bax onda aləm dəydi bir-birinə! Üstü açılanda da qayıdıb erməniyə xas şəkildə dedi ki, ara, accab elamişam, man pul verib İdrisi tutdurdum, siz də pul yığın onu buraxdırın...

Beləcə, bir müddət keçəndən sonra İdrisi rüşvət hesabına buraxdırdı qonşular. Həmin hadisədən bir-iki il keçməmiş Qarabağ məsələsi düşdü ortaya. Bir də ayıldıq gördük ki, Ararat köpəkoğlu gecəylə şələ-şüləsini yığışdırıb köçüb Yerevana...

Bu məsələni elə-belə yada salmadım. Çünki o günləri oxuyub-görürəm ki, ömrü boyu köpəkoğlu Ararat köpək uşaqlarının qulluğunda dayanan, xarici ağalarına nökərçilik edən Əli Kərimli aprel ayının əvvəllərində Qarabağda başlayan və uğurlu əməliyyatlarla nəticələnən qısamüddətli savaşı elə həmin bu araratların istədiyi tərzdəcə qaralamağa cəhd edib. Görəndə ki, paxırının üstü açılır, özü elədiyi qələtləri hakimiyyətin üstünə atmağa başlayıb. Daha dəqiq desək, Azərbaycan gənci Kərimlinin Azərbaycan Ordusuna qara yaxmaq cəhdlərini görəndən, açıqlama və bəyanatlarının erməni saytlarında şıdırğı getdiyinin şahidi olandan sonra onun oğurluq-doğurluq yolla sahibləndiyi evinin qarşısında etiraz etdiyi zaman o da qayıdıb iddia etdi ki, sən demə hakimiyyət ermənilərlə iş birliyinə gedib (yalansa başına Ararat yox, Ağrı dağı boyda daş düşsün) və Ə.Kərimlinin müharibə çağırışlarının qarşısını almaqdan ötrü belə bir vasitəyə əl atıb (???!!!-R.) ABSURD, YALAN, ŞANTAJ olar, daha bu qədər də yox! "Azadlıq" qəzeti və saytının dünənki sayında bu cür ifratçı mənəviyyatsızlığı görəndən sonra adam deməyə söz də tapmır əslində. Ancaq söz adamı olduğumuz üçün deməliyik və deyəcəyik də! Deyəcəyik ki, Ə.Kərimlinin boş-boş iddialarının əsası yoxdur. Əsası yoxdur ki, guya hakimiyyət ermənilərlə əlaqəyə girib, onun "facebook"dakı statuslarının erməni saytlarında yayımlanmasını istəyib və s. Məhz burada Ə.Kərimlinin aşkar siyasi fahişəliyi çıl-çılpaq ortada görünür.

Digər iddiaya baxın. Sitat: "Hətta Ermənistan domeni ilə saytlar da açıblar. Bundan sonra isə Ə.Kərimlinin statuslarının erməni saytlarında tirajlanmasını əsas gətirərək, onu ermənilərlə əlaqədə ittiham etməyə başlayıblar".

Ə.Kərimlinin daha bir erməni bicliyi - guya bunlara "kifayət qədər mötəbər mənbə" həmin xəbəri ötürüb. Onda belə bir arqumentsizlik ortaya çıxır. Sual edilə bilər ki, Ə.Kərimli, əgər sən özünün də dediyin kimi, kifayət qədər mötəbər mənbəyə istinad edirsənsə, demək, erməniylə işləyən mötəbər mənbə sənin adamındır. Bu zaman sən də, bilavasitə erməniyə işləyən tərəf olursan! Özü-özünü açığa çıxardın, Ə.Kərimli...

"Azərbaycanın maraqlarına uyğun statuslar yazdığını" iddia edən Kərimli yaxşı olardı ki, Ararat köpəyin oğlu kimi erməni həyasızlığı edib, işverənlik etməsin. Çünki onun işverənliyi özü-özünü ifşa edir. Sabah fakt ortaya qoyularsa, Ə.Kərimlinin Ararat olduğu ortaya çıxacaq. Aha, yazdım buraya..!

Digər xəbərlər