PDF Oxu

Köşə

  • 2 347

Dəmir bankomatı "ana" kimi görənlər

image

Mən bəzi kişiləri başa düşə bilmirəm də, arvadı ilə, sevgilisi ilə dalaşanda elə səbr edirlər ki... A kişi, götür boşqabı çırp divara, televizorun pultunu arvadın başına zolla, nə bilim, ayda 50 manata kreditlə alıb pulunu itin zülümüylə ödədiyin telefonu vur qapıya. A kişi, nöş sakit durursan!? Heyif deyil ki, arvad yeməyi 5 dəqiqə gec gətirən kimi qazanı götürüb balkondan aşağı atasan!? Anasının pensiya kartının vaxtı çatan kimi 66 manatı xüsusi həssaslıqla, ehityatla, xalçaya ilmə vururmuş kimi, çıxarıb çay evində lövbər salmaqdan gözəl nə ola bilər bu adamlar üçün? Di gəl, pensiya pulunu çıxardığı bankomata kredit ödəyəndə, az qalır ki, bankomatın belinə minsin. Bankomatın "yaşıl" düyməsi bir balaca gec işləyən kimi, yumruğu nallayır şüşəsinə. Hələ təpik atmağını demirəm. Elə ki, məsələ pensiya çıxarmağa gəlir, dəmir bankomat gözünün qabağında bir "ana" kimi canlanır.

Belə adamlardan birini tanıyıram. Cəbhədəki atışmalar zamanı qaçıb rayona getmişdi. Rayona da çatar-çatmaz özünə bir "skoru" çağırtdırıb 3-4 dənə iynə vurdurmuşdu. Daşdan xəbər çıxdı, bu adamdan xəbər çıxmadı. Axırda zəng elədim ki, ay qardaş, gəl, atəşkəs elan olundu, narahat olma. Gəldi, görüşdük, babası ilə bağlı maraqlı əhvalat danışdı. Sizlər də eşitməmiş deyilsiniz bu əhvalatı. Deməli, babası İkinci Dünya müharibəsinin iştirakçısı olub, sağ-salamat evə qayıdıb, heç barmağı da qanamayıb. Deyirlər ki, 4 il ərzində müharibədə heç batinkasının kremi də pozulmayıb. Bu kişi o vaxt anasına məktb müharibədən yazıbmış: "Ay ana, narahat olma, nemeslər (almanlar) qovur, biz qaçırıq.... Nemeslər qovur, biz qaçırıq...Belə getsə, 10 günə evdəyəm...". İndi o kişinin nəvəsindən nə ümmaq olar? Yaxasında dağdağan ağacının bir budağını gəzdirir, ayda bir dəfə bu budağı dəyişir. Sən demə, göz qaytarır. Uzun illərdir ki, özü də ona nə üçün göz dəyəcəyini anlaya bilmir. İnanın, Allah bu adamdan heç nəyi əsirgəyib. Anasının 1 aylıq pensiyasını 1 saatın içində dağıdıb-tökür. Arvadına zəng edir, danlayır, özü də əli ilə adamı tutub saxlayır ki, siz də qulaq asın, görün nələr deyirəm. Bir il əvvəl 21 ailə qonşusu var idi, indi bunun ucbatından cəmi 7 ailə qalıb. Hamısı qaçıb gedirlər. Sizə bir söz deyim, bunu da bilin. Cəbhəçidir. Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin sədr müavini var, Ehitram Mehdiyev. Sosial şəbəkədə təklif irəli sürüb ki, siyasətdə əlillik dərəcəsi tətbiq edilsin. Bu xəstə də bunu ciddəyə alıb və zəng edib deyir ki, qardaş, mən 15 ildir müxalifətdəyəm, mənə yüz faiz I qrup əlillik düşür. Xahiş edirəm, bu xəstəni başa salmaqda kömək etmək istəyən varsa, mənə zəng eləsin. Savabdır, Allaha da xoş gedər. Yəqin indi fikirləşirsiniz ki, o adam, həqiqətən də xəstədir. Bu adam 6 bankdan kredit götürüb, heç birini də ödəmir. Krediti götürüb gedir keyfə, yeyib-içməyə.

P.S. Baxarsınız, bu adam bankların şikayəti əsasında tutulsa, ya da bankomatı sındırdığı yerdə polislər gəlib həbs etsə, dərhal "Azadlıq" qəzeti onu manşetə çıxarıb, siyasi məhbus adlandıracaq.

Digər xəbərlər