PDF Oxu

Köşə

  • 2 496

Hərif deyil ki...

image

Demək, Əli Kərimlinin "Azadlığ"ı o qədər "demokratik" və "plüralizm" üzərində qurulmuş bir qəzetdir ki, bu qəzetə nəyin necə olduğunu başa salanda, oradakı "demokrat" qələmdarlara ağıllı söz deyəndə, dönüb olurlar "DERMO"krat. Çünki həqiqəti yeyə, həzm edə bilmirlər. O həqiqət də yeyilmədikdə, dönüb olur urus demişkən, dermo! Yəni bunların işləri-gücləri ondan ibarətdir ki, reallıqları, həqiqətləri qəbul etməyərək, yalnız "dermo"krativ tərzdə yaşamağı üstün tuturlar.

Yazsın, ya da yazdırsın ki, Arif və Leyla Yunusların müalicə üçün ölkədən çıxışına icazə verilməsi humanist addımdır

Məsələn, deyəndə ki, ay bala, bə dünənə qədər sənin səhifəndən yerə düşməyən L. və A.Yunuslar indi niyə həmin səhifələrində görünüb eləmir? Həə, bax, onda bunların demokratiyaları dönüb olacaq "dermo"kratiya! Ə.Kərimli əgər həqiqətən də, özünü demokratik düşərgənin lideri hesab edirsə, buyursun yenə də də L. və A.Yunuslardan yazsın, ya da yazdırsın. Məsəlçün, desin ki, Niderland Krallığının Azərbaycandakı səfiri Robbert J.Gabrielse deyib ki, A. və L.Yunusların müalicə üçün ölkədən çıxışına icazə verilməsi humanist addımdır. Yazsın ya da yazdırsın ki, L. və A.Yunusların azadlığa buraxılmalarını AŞPA və s. beynəlxalq qurumların təmsilçiləri də demokratik və hümanist addım kimi qiymətləndiriblər.

Ancaq yazmır. Yazmır ona görə ki, əgər yazsa avropalılar onu doğrudan-doğruya demokratik müxalifət lideri kimi qəbul edərlər. Axı nəyə görə, elə gül kimi özü ümün"DERMO"kratiyalığını davam etdirir da, hərif deyil ki getsin düzgün demokrat olsun...

Digər xəbərlər