PDF Oxu

Köşə

  • 2 839

Gündəmdə siyasətçi kimi deyil, təlxəklər kimi qalsınlar

image

Bəzi televiziya verlişlərində gündəmə çıxan ucuz şoular kimi, bizim müxalifətdə də ucuz şoular tükənməzdir. Ümumiyyətlə, hətta pişiklərin asqırmasını belə, "məharətlə" siyasiləşdirib, onu şou hadisəsinə çevirmək düşərgə "liderlərinin" əsas peşəsidir. Əslində, onların yerləri siyasi mühit deyil, elə televiziyalardakı ucuz şou verlişləridir.

Ancaq hələlik, müxalifət düşərgəsində başlarını girləyərək, gündəmdə qalmaqdan ötrü şou xarakterli siyasət yürüdürlər. Məsələn, bu gün AXCP sədri Əli Kərimliyə, "Milli Şura" sədri Cəmil Həsənliyə sərf edir ki, sekçiərəfəsi ictimaiyyət arasında gözlərə dürtülməkdən ötrü nəsə bir "partlayış" etməklə, bunu öz dividendlərinə çevirsinlər.

Biz bunu parlament seçkilərində də, ondan öncəki prezident seçkilərində də gördük. Hətta görəndə ki, bunlar ictimai rəyə təsir edə bilmirlər, dərhal ortaya "C.Həsənli "Milli Şura"dan gedir" kimi amilləri çıxarırlar. Sonra da bir neçə gün C.Həsənli çıxır "Azadlıq" qəzetinə, eləcə də sosial şəbəkəyə və başlayır Əli Kərimlini mədh etməyə. Bununla da onların siyasi gündəmdə qalmaq şansları daha bir neçə müddət uzanır.

Qəzetləri, sosial şəbəkələri də ki, maşallah, nəinki şou, hətta meqaşou göstərir. Məsələn, müxalifət qəzetlərindən bir neçəsinin manşeti AXCP mərkəzi qərargahınını adını iri şriftlə verməklə, partiyada baş verən istefaları ört-basdır etmək üçün ardıcıl olaraq, ağılagələn yazılar verməkdədirlər. Yazırlar ki, partiyada istefaların baş verməsi, guya AXCP-yə və "Milli Şura"ya qarşı "gizli terrordur", Ə.Kərimlinin susdurulması üçün hakimiyyətin "təxribatıdır", daha nələr, nələr, nələr..!

Cəmil Həsənlinin üstünə qaynar su atdılar yanmadı, Əli Kərimlinin başına yumurta vurdular qırılmadı...

Bəs nə bilmişdiniz? Şou elə budur daaa! Vallah, Ə.Kərimli ilə C.Həsənlinin doğru-dürüst ideyavericilik məharətləri yoxdur. Gedib xarici dairələrdən göstərəcəkləri siyasi şou proqramlara görə pul-para dilənincə, bağlasınlar yerli televiziyalarla müqaviləni və fəaliyyətlərini orada davam etdirsinlər. Yoxsa nə var eee, C.Həsənlinin üstünə qaynar su atdılar yanmadı, Ə.Kərimlinin başına yumurta vurdular qırılmadı və s. Adam bezir, inanın ki! Düz 20 ilə yaxındır ki, eyni şouları göstərirlər. Deyirəm, bəlkə bu yaşlarında bir ağıla gəlib, müxalifətdə yeniləşə bilmədilər, heç olmasa şoumenlikdə bu kimi ideyaları ilə yeniləşsinlər. Bəlkə, gündəmdə siyasətçi kimi deyil, təlxəklər kimi qalsınlar.

Digər xəbərlər