PDF Oxu

Köşə

  • 2 388

Siyasi münasib+ətlər və Xədicənin mükafatı

image

Helsinkidə UNESCO-nun 2016-cı il üçün Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatı təqdim olunub. Yenə də qalib Xədicə İsmayıldır və bu dəfə də onun əvəzindən mükafatı anası Elmira aldı. O Elmira ki, qardaşı Rusiyanın bir neçə əyaləti üzrə erməni diaspor təşkilatının rəhbəridir. O Elmira ki, qızının biri qadın alverinə görə Türkiyədə həbsdə yatır, birinin də yeri məlum. Azərbaycan dövləti haqqında jurnalistin öyrənməyə heç cür imkanı olmayan dezinformasiyaları Xədicənin əlinə verənlər (türkün məsəli) indi də anasının əlinə mükafat verirlər. Təqdimetmə mərasimində CNN MIXbiri Krisitan Amanpur erməni əsilli Elmiranın jurnalist qızı haqqında elə danışdı ki, sanki bütün dünyanın dərdi-qəmi, yükü köhnə teplavozları xatırladan, diametri 50 kubmetr olan Xədicənin çiyinləri üzərindədir. Hap-gop, tap-tup... Xədicə mərasimə göndərdiyi məktubda 1986-ci il dekabrın 17-də öldürülən Guillermo Canodan danışır və deyir ki, Cano qağanın işi yarımçıq qalıb, hərəkətə keçməliyik. Di, hazırlaşın, Xədicə bu dəfə Kolumbiyaya narkobaronlarla "müharibəyə" gedir. Təsadüfə bax, Cano qağanın öldürüldüyü il və gündə mən anadan olmuşam. Elmira mükafatı alar-almaz, Əli Kərimli də komputerin üstünə hücum çəkib və belə bir status yazıb. SİTAT: "Hörmətli UNESCO Xədicə İsmayılı Dünya Mətbuat Azadlığı Mükafatına layiq görüb. Xədicə xanım da çıxışında Elmar Hüseynovu və onun yazılarına görə öldürülməsini dünyaya təqdim etdi. Gedin, indi də Elmira görə cavab verin". Bu bambılıya bir nəfər hər şeyi izah eləsin. Əvvəla, uzun illərdir yıxıb-sürüdüyün, saxtakarlıqda ittiham etdiyin UNESCO haqqında "hörmətli" sözünü işlətməyin nə əcəb? Ya başına at təpib, ya vicdanın şıllat atır, ya da Xədicəyə görə sevinib belə deyirsən. İkincisi, Xədəci E.Hüseynovdan (Allah rəhmət eləsin) öz cinayətlərini ört-basdır eləmək üçün danışır, özünü öldürülmüş (amma sağ) jurnalistlər cərgəsində görür. Üçüncüsü, Elmarın ölümü hər birimizin qəlbini sızlatdı, eyni zamanda hüquq-mühafizə orqanları bütün zəruri addımları atdı. Ölən dəfn olundu, öldürülən həbsə getdi, sən kimsən? Yenə maxinasiya zamanıdırmı? Dördüncü, kül təpənə, ay Ə.Kərimli! İfadəyə baxın: "gedin, indi cavab verin". Sanki məhlədə futbol oynayırıq, top üstündə dalaşıb bir-birimizi vururuq, o tərəfdən də 20 nömrəli marşrut kimi ləngərlənə-ləngərlənə üstümüzə gələn 200 kiloloq xalanın "ay yetimçə, indi get anasına cavab ver, öl canın çıxsın" sözlərini eşidirik. O xalanı xatırladırsan... Di, get canın çıxsın, əcəb oldu, urrrraaa, zor oldu, bomba oldu və sairə. Adamda heç olmasa "Ölü dəniz"in səviyyəsi qədərində bir hündürlük olmalıdır. Neyləyək, siyasətdə münasib+ətlərin qurulmasında "ət"lər az rol oynamır axı. Ümumiyyətlə, mən düşünürəm ki, münasib olmayan ət ola bilməz. Gərək ət olasan ki, münasib də olsun, daha sonra "münasibət" qurulsun. xədicələr, kəmalələr, cananlar hələ çox mükafat qazandıracaqlar.

Digər xəbərlər