Tanışlardan birinin toyu idi, şadlıq sarayına girən kimi meydanın düz ortasında İbrahim İbrahimlini gördüm. Sonuncu dəfə 1991-ci ildə Milli Məclisdə geyindiyi kostyum əynində idi, bu dəfə "perlamotnı" eynək taxmışdı. Sanki məni izləyir, hara gedirəm ordan çıxır. Bakıda elə bir çayxana yoxdur ki, orada olmasın. Nə isə, bir az keçmişdi ki, İ.İbrahimli "ana" muğamatı sifariş verdi, sonra mahnı çalındı. İbrahim ana mahnısını elə oynayırdı ki, sanki öz anası üçün deyil, başqasının anası üçün oynayırdı. Anasını qocalar evinə aparan adamın toyda ana mahnısını sifariş verməsini heç kim başa düşə bilməz. Axı bir neçə il öncə "Azadlıq" qəzeti də soruşurdu ki, "anasını qocalar evinə aparan istiqlalçı deputat kimdir?" Görəsən, niyə bu addımı atırmış İbrahimli. Anadan utanmaqmı olar? Mən insanların şəxsi həyatına, heysiyyatına toxunmağın tərəfdarı deyiləm. İnsanların pisi də var, yaxşısı da. Hər şeyə müxalif olmaq isə, tamam başqa şeydir, nə etsən də, insanın bütün vücuduna xərçəng kimi yayılır. Burdan kəsirsən, ordan çıxır. Riyakarlıq da tamam başqa "keyfiyyətdir". Amma İbrahimlinin məsələsi tamam başqadır. İbrahimlinin xətrinə dəyməsin, bu, heç şəxsi məsələ də deyil, sadəcə, arabir həya hissinə qısılmaq lazımdır ki, eyiblərin faş olmasın. Toyda masalarımız yaxın idi, musiqinin səsi dayanan kimi İbrahimlinin səsi yüksəlirdi. Yenə də ABŞ-dan girib İsraildən, Çindən çıxırdı. Yanında oturan, özündən 30 yaş kiçik gəncə ABŞ modelini təklif edirdi. Ay İbrahimli bu dee, xanım Klinton prezident olur. Əri də prezident olub. Corc Buş Bill Klintondan sonra ABŞ prezidenti oldu. Klintondan əvvəl də Corc Buşun atası (ata Buş) ABŞ prezidenti idi. Əsl monarxiya, diktatura, tir-aniya elə ABŞ-dadır. Sadəcə, toplananların yerini dəyişiblər, 2+3 "5" eləyirsə, "3+2" də 5 eləyir. Arabir vaxtın olsa, Amerikanın 34-cü prezidenti olmuş Duayt Eyzenhauerin, məşhur "Ayka"nın (1953-1961) memuarlarını oxu. Adamın bir əlində müqəddəs kitab, o biri əlində silah var, elə NATO-nun Birləşmiş Qüvvələrinin də ilk baş komandanı olmuşdu. Ayka (bizlərdə "ayka" qızların FB-də profil adıdır) deyirdi ki, "... NATO ABŞ-a müharibə yaratmaq üçün, eyni zamanda özünün sülh göyərçinini düzəltmək üçün gərəkdir..." Nə isə, söhbətim başqa səmtə yönəldi, Ayka hara, Müsavatın divan üzvü İbrahimli hara!?
Qələbə günündən bir neçə gün keçib, amma maraqlı bir məlumatı deyim, yaddan çıxmasın. İkinci Dünya müharibəsindən sonra SSRİ yeni maşın istehsal edir. Bu maşına ad qoymaq lazım olur. Düşünürlər ki, adını "VƏTƏN" qoysunlar. Stalinin yanına gəlirlər: "Yoldaş Stalin, yeni istehsal etdiyimiz maşının adını "VƏTƏN" qoymaq istəyirik. Stalin deyir: "Vətəni neçəyə satacaqsınız?" Dərhal maşının adını dəyişib "QƏLƏBƏ" ("POBEDA") qoyurlar.