Eldar Namazovun danışan vaxtları yəqin ki, yadınızdadır, söhbət 2013-cü ildən gedir. Hər gün müsahibə verirdi, xüsusilə də müxalifət yönümlü saytların ulduzu kimi manşetlərdə parlayırdı. Elə də önəmli bir fikir deməsə də, anca neysəyəsən, əldə müxalifət çürük almaya da möhtac qalmışdı. Bu adam "Milli Şura", "Ziyalılar Forumu" deyilən qurumların guya yaradıcılarından idi. İndi nə "şura" var. Nə də "forum"... Üstündən düz 3 il vaxt keçib, bu müddət ərzində E.Namazov telefon nömrələrini də dəyişdi, yerini də gizli saxladı, bir sözlə, utandığından el arasına çıxa bilmədi. Hazır olun, E.Namazov bu dəfə yaratdığı ölü qurumlardsan birini dirildib üstümüzə gəlir. Adı da "Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi"dir. Baxarsınız, "beynəlxalq" sözünə vız atan kimdir axı!? Bu qurumun da əsas məqsədi müxalifətə növbəti yamaq olmaqdan ibarət olacaq. Adından da göründüyü kimi belə bir adı daşıyan qurum ciddi işlərlə məşğul olmalıdır, dünyada baş verən mühüm siyasi proseslərin analizini aparmalıdır. Amma görün, gələcəyi ilə bağlı E.Namazov nə deyir: "Biz Azərbaycanda siyasi proseslərə aktiv şəkildə qoşulmaq niyyətindəyik...". Ay Eldar bəy, bəs bu qurumun adı niyə belədir? Niyə öz işinlə məşğul olmayasan? Nə isə, mətləb bəllidir də. Biz deyəndə inanmırsınız, bu müxalifət 25 il ərzində 25 sm irəliləyə bilməyib. 1991-ci ildə yaratdığı bu qurumu E.Namazov yenidən bizlərə sırıyır. O vaxt tarixi şərait, zərurət başqa idi, indi başqa. Qınamalı deyil, zalım uşaqları ötən əsrin 90-cı illərinin abu-havasından çıxıb, yaxa qurtara bilmirlər. Əslində müxalifət cəbhəsində yeni "müharibə" ocağı yaranır desək, yanılmarıq. Çox demirəm, bir neçə gündən sonra Eldar Əlini, Əli İsanı, yenidən İsa Eldarı, Əli də İsanı yıxıb-sürüyəcək. Eşitdiyimizə görə, E.Namazov yeni xəbər saytı da yaratmaq niyyətindədir. Neyləsin, müxalifətlə barışan kimi müsahibsəni alırlar, dalaşn kimi də "de-aktiv" eləyib, müsahibələrini silib atırlar bir tərəfə. Bu adamın yaxşı yumor hissi var, nədən sual verirsənsə, bir lətifə danışır. Bütün suallara lətifələrlə cavab verir. Yəqin 2018-ci ilə qədər də E.Namazov bu qurumla başını qatar, arabir çıxıb bəyanatlardan-zaddan verər. Sonra yenə yoxa çıxıb 2020-ci ildə yenidən peyda olar.
Bir az da yaxşı şeylərdən danışaq. Bir neçə gün əvvəl gözəl şair Anar Həbiboğlu dünyasını dəyişdi. İllərini boşa verməkdənsə, heç olmasa, gərəkli bir söz desən, yaxşı olmazmı? Bu məşhur misranın müəllifinin Anar Həbiboğlu olduğunu yenicə bilmişəm:
Hər dəfə gözümdən salırlar səni,
Salırlar, düşürsən, düz ürəyimə...
P.S. Şimali Koreya prezidenti Kim Çen İn seçki qutusuna səsvermə bülleteni atırdı. Şəkildə görmüşəm. Son illərdə gördüyüm ən acınacaqlı və gülməli mənzərədir.