PDF Oxu

Köşə

  • 2 665

Oturduqları budağa mişar çəkən "liderlər"

image

Bu gün bir çoxlarını belə bir sual maraqlandırır - ümumiyyətlə, müxalifət varmı? Vaxtilə Azərbaycanda "çox güclü" olduqlarını iddia edənlər ötən zaman kəsimində "əriyərək", yoxa çıxmağa başlayıblar. Yəni "var olduqlarını" deyənlər indi yox olmamaq üçün belə özlərində güc tapa bilmirlər. Xüsusilə, müxalifətin əsas iki qanadı olan Müsavat və AXCP-də durğunluğun yaşanması, qarşıdurmaların yaşanması da, təbii ki, səbəbsiz deyil.

Maraqdoğurucu məqamlardan biri də müxalifətin uzunmüddətdən bəri bəzi yenilənmələrə getmək yerinə, daha çox köhnələrlə işləməyə üstünlük verməsidir. Belələri buna "klassik" yanaşma deyirlər. Ancaq durumun kritikliyi də ondadır ki, artıq nə Müsavat, nə də AXCP rəhbərliyi artıq geriyə heç bir yol görmür. Qabağa getmək üçün isə yetərli potensial və gücün olmaması isə onları daha da aciz, yazıq və cılız duruma sürükləyib.

Ona görə ki, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər baxmayaraq ki, başqanlıq postunu saxtakarlıq yolları ilə A.Hacılıya transfer edib, partiyalarının işlərindən daha çox, bir-birlərinə qarşı mübarizə aparmaqda maraqlıdırlar. Onların istəkləri budur ki, ikisindən biri sıradan çıxsın və müxalifətçilik "bazarı"nda monopolistliyə yiyələnsinlər. Amma atılan bu addımlar da heç bir nəticə vermir, əksinə...

Yeni lider indiki müxalifət partiyalarının rəhbərləri arasından çıxmayacaq

Bundan sonrakı mərhələdə Azərbaycanda ənənəvi müxalifət düşərgəsi daha ciddi problemlərlə üzləşməli olacaq və olmaqdadır da. Ona görə ki, zəiflədikcə cəmiyyətdən qopacaq partiya sədrlərinin durumu yenidən düzəltmək üçün potensialları yoxdur. Eyni zamanda, onlar zəiflədikcə parçalanmalar da artmağa başlayacaq və bu yeni siyasi qüvvənin formalaşmasına yardımçı olacaq. Bu partiyalar sıradan çıxacaq. Hətta buz yerindən tərpənməyə başlayıb, deyəsən...

Onların yerini dolduracaq qüvvənin isə hansı biri olacağı məlum deyil. Məlum olan odur ki, həmin yeni lider indiki müxalifət partiyalarının rəhbərləri arasından çıxmayacaq.

Düşərgənin yazıq halı isə kimsənin marağında deyil. Şəxsi maraqların üstünlüyü düşərgənin maraqlarını geridə qoyduğuna görə, bu gün vəziyyətin nə yerdə olduğu göz qabağındadır. Yəni "liderlərin" gözləri görə-görə oturduqları budaqlara mişar çəkmələri fakta çevrilib...

Digər xəbərlər