PDF Oxu

Köşə

  • 2 558

Əsl günahkar Nemət Pənahlıdır, yoxsa müəllimə?

image

32 yaşlı müəllimənin 18 yaşlı şagirdi ilə qoşulub qaçmasını eşidən məktəb direktoru növbədənkənar iclas keçirir. Direktor üzünü 45-50 yaşlı müəllimələrə tutub deyir: "Məndən xəbərsiz bir addım ad atmırsınız. Bundan sonra sizi məktəbə qardaşlarınız aparıb-gətirəcək". Yaşlı müəllimələrdən biri deyir ki, ay müdir, mənim qardaşım 5 il əvvəl dünyasını dəyişib. Direktor: "Kəs səsini! Sən indidən qaçmağa bəhanə axtarırsan". İndi hamı işini-gücün atıb oturub ailə həyatı quran müəllimə ilə şagirdini məzxərəyə qoymağa, lətifə qoşmağa, bu da həmin lətifələrdən biri. Eybi yox, bir şey ki, ictimailəşdi, deməli, fərqli fikirlər də olacaq. Sosial şəbəkələrdə çox adam bu məsələyə "münasibət" bildirdi, kimdə nə yoxdursa, ondan da danışanlar az olmadı. Əvvəla, oğlan məktəbli deyil və 23 yaşı var. Ancaq diqqətimi çəkən Nemət Pənahlının səhifəsində müəllimənin təhqir olunması oldu. Elə Nemət bu iş üçün yaranıb da. Bəs görəsən, şagirdi ilə ailə qurub xoşbəxt olmaq istəyən müəllimə böyük günah edib, yoxsa N.Pənahlının 6 qoyun oğurlayan atası Əhəd? 1988-ci ildə xalq hərəkatının gur vaxtında, Nemətin meydanda bağırdığı vaxtlarda atası Əhəd kənddə qoyun oğurluğu ilə məşğul idi. Bunu bilənlər bilir ki, həmin vaxt polislər ( o vaxt milis) Sərdar Cəlaloğluya zəng vurub xahiş ediblər ki, Nemətə deyin atasını başa salsın, qoyunları aparıb otluğa buraxsın, biz də qoyunları sahibinə qaytaraq, həbs eləmək istəmirik, yoxsa biabırçılıq olar. S.Cəlaloğlu Neməti böyük bir rüsvayçılıqdan qurtarıb. Ancaq zaman keçdi, illər ötdü, Nemət onun da üzünə ağ oldu. Hətta bir müddət sonra özünü xalq hərəkatının "lideri" kimi də qələmə verdi. Ancaq hər kəsə bəllidir ki, Nemət də digərləri kimi mikrofonda çıxış etmək üçün lazım idi, səsi gur idi, tribunaya çıxıb şeirdən-zaddan deyirdi. Onun kimi minlərlə çıxış edən, söz deyən adam var idi. Həqiqətən də, xalq hərəkatının "lideri" idisə, o zaman bu hərəkat onu niyə prezident etmədi, niyə hakimiyyətə gətirmədi? Xalq hərəkatında fəhlə obrazı kimi ortaya atılan bu adam bir az sonra kim olduğunu unutdu. Kənddə yıxılmışdı, ayağının biri yüngülcə sınmışdı. Ancaq fürsətdən istifadə edib özünə pensiya da düzəltdirmişdi. Bəlkə də indiyə qədər həmin pensiyanı alır. Qeyri-qanuni yollarla ali məktəbə də qəbul olmaq istədi, amma bu, mümkün olmadı. Bilənlər bilir, bilməyənlər də bilsin: Nemətin ali təhsili yoxdur, namatam orta təhsillidir. Vikipediyasına da baxa bilərsiniz.

"Azadlıq" qəzetində dərc olunan yazının başlığına fikir verin: "20 Avropa ölkəsinin səfir və diplomatı Cəmil Həsənli və Əli Kərimli ilə görüşdü". Yarımbaşlıq: "Avropa səfirlərindən real müxalifətə ciddi jest". Əvvəla, mən gözümü açandan "Azadlığ"ın səhifələrindən bu başlıqları oxuyuram. Bir dəfə də yazmışdılar ki, "Avropa Azərbaycanın gələcək inkişafını Ə.Kərimli ilə müzakirə etdi". Gülməyəsən, neyləyəsən. Yarımbaşlıqda ikibaşlı fikirlərdən biri Müsavata yönəlib: "real müxalifət". Birinci cümlədə AXCP köhnə ənənəsindədirsə, ikinci cümləsində Müsavata acıq verir və demək istəyir ki, real müxalifət "Milli Şura" və AXCP-dir. Uşaqlar necə də sevincək olublar e. Bu 20 ölkənin başçıları Azərbyacanın reallaşdırdığı layihələrdə yer almaq üçün əl-ayaqlarımıza düşürlər. Dövlət səviyyəsində bizdən də ora səfərlər olunur, elə ordan da bizə tez-tez rəsmi, dövlət əhəmyyətli səfərlər edirlər. Bəs siz kimsiniz? Ay əzizlər, bu görüşlər sizi sevindirməsin, bu, bir protokol qaydadır. Səfirliklər hər rübdə plan tuturlar, o planda müxalifətlə görüş də yer alır. "Ala, xətrin qalmasın" tipli bu görüşlərdən həvəslənmək ağılsızlıqdan başqa bir şey deyil axı. O səfirlərin dövlət başçıları hər gün Azərbaycan haqqında təriflər deyir, inkişafımızı təqdir edirlər. Bəs səfirlər niyə görüşür sizinlə? Bunu başa düşmək beləmi çətindir?

P.S. Sitat: "Bəli, biz Avropa İttifaqı ilə müqavilə bağladıq ki, Qarabağ məsələsi müzakirə mövzusu olmayacaq. Bu qurumda Qarabağ məsələsinin qaldırılmayacağı ilə bağlı razılığı biz imzalamışıq. Bizə Qarabağ lazım deyil, Avropaya inteqrasiya etmək üçün Qarabağdan imtina etməliyik. ("REAL" rəhbəri İlqar Məmmədov)

Digər xəbərlər