PDF Oxu

Köşə

  • 2 685

Mərhum siyasətçilərin 28 may "maydanlığı"

image

Ənənəni pozmadılar, bu il də "mama müxalifət" "28 May- Respublika Günü" ilə bağlı Novxanıya tərəf üz tutdu. Hansı üzlə getdiklərini özləri də bilməsələr, ancaq maskaya nə gəlib!? Bir nəfər də çıxıb bu adamların sifətinə demir ki, "respublika günü"nün AXCP-yə, şəxsən Ə.Kərimliyə nə toxunacağı var?! AXCP ilə Müsavat boşanmamışdan öncə, nikahda olduqları müddətdə Novxanıya bir gedərdilər, bu ilə Müsavat gözə dəymədi. Hesablamışam, son 20 ildə AXCP və Müsavat düz 9 dəfə qanuni nikaha girib boşanıblar. Bunlarınki siyasi birlikdən daha çox məişət birliyinə oxşamırmı? Avropada pivədən vurub şeirləri ilə fransızların zəhləsini tökən Mirzə Sakit müxalifətin "28 may" oyunları ilə bağlı yürüşünə pis münasibət bildirməyib: "Müxalifətin bir problemi var, o da onların müxalifətdə olmalarıdır. Çalışıb onları bu bəladan xilas etməliyik, onlar da buxovlanmış yazıqlardılar. Yenə də birləşəcəklər və sonra da beş-on nəfəri bədbəxt edib rahat nəfəs alacaqlar". Əcəba, Müsavat Ə.Kərimli ilə olan ixtilafdan, kindən təsirlənib Rəsulzadənin abidəsini ziyarət etmədi, yoxsa nə? Nə isə, növbəti nikah mərasimi 2018-ci ilin ikinci yarısında baş tutacaq.

Yeni öyrənmişəm ki, eşitmişəm ki, "NİDA"-çı gənclər X.İsmayılı özlərinə "mənəvi ana" hesab edirlər, onun sözü ilə oturub-dururlar. Bir sözlə, "NİDA" Xədicənin kurasiyasındadır. Bu "NİDA"-çılar doğma analarını qədirlərini bilmirlər, kənd traktorlarına oxşayan Xədicənin qədrini necə biləcəklər!? Bir cüt şalvar-köynək götürüb, evdən çıxırlar ki, biz iqtidarla "mübarizəyə" gedirik. Bu gənclərin anaları Ə.Kərimliyə, X.İsmayıla az yalvarmayıblar. Kim övladının zay olmasını istəyər ki!? 2005-ci ildə mərhum siyasətçi R.Quliyev guya Bakıya gəlmək istəyirdi. Hamınızın yadındadır. Bizim tələbə yoldaşlarımızdan da biri guya müxalifətçi idi. Xoşu gəlirdi partiya bileti gəzdirməkdən, 1 ay ərzində 6 müxalifət partiyasına üzv olmuşdu. Kimin vəsiqəsi qırmızı rəngdə idisə, ora da üzv olurdu. İndi həmin gənc "NİDA"-nın guya topu-tüfəngidir. Yadımdadır, hüquqşünas Qurban Məmmədovdan (S.Cəlaloğlunun qardaşı) 20 dollar pul alıb, ADP-yə də üzv olmuşdu. Ali məktəb ondan güclə canını qurtardı, universitetdə adi spürgəçidən tutmuş prorektora qədər hərəyə 5 manat borcu var idi. Nə az-nə çox olardı, düz 5 manat. Heç kimə də qətiyyən borc-zad qaytarmırdı. Universitetin kitabxanasından kitabları oğurlayıb, Qız Qalasının yanındakı mağazaya satırdı. İndi baxıram ki, ədalətdən, düzlükdən, əqidədən danışır. Narahat olmasın, 6 partiyaya üzvülük vəsiqələrinin hamısının kserokopiyası var tələbə yoldaşlarımızda. Həm də "dindar" idi. Ayda 3 dəfə namaz qılıb, ildə 2 saat oruc tutardı. Çox sonralar onu da öyrəndik ki, məscidlərdən pul yığırmış ki, təhsil haqqını ödəsin. Halbuki dədəsinin 200 baş mal-qarası var idi, bir dənə inək satsa idi, 4 illik təhsil haqqını ödəyərdi. İndi Allah bilir ki, bu Rəşad "NİDA"-ya niyə gedib və orada kimlərə nə qədər pul atıb. Deyirlər, telefonuna da Xədicənin adını "ANA" yazıb, Xədicə zəng vuranda, ekrana düşür.

Xədicə deyir: "Prinsiplərdən imtina həbsdən pisdir". Bu adam açıq-aşkar deyir ki, casusdur, tapşırıqları yerinə yetirməkdən imtina edə bilməz. Etsə, lap pis olacaq, sahibləri onu elə ifşa edəcəklər ki, Xədicə dörd divar arzulayacaq.

Digər xəbərlər