PDF Oxu

Köşə

  • 2 622

Nemesin "qeyrəti"

image

Almaniya parlamenti qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Merkelin də mətbuat katibi jurnalistlərə açıqlamasında bildirib ki, bu qərarı dövlət başçısı da dəstəkləyir. Yadınızdadırsa, bir neçə gün əvvəl Devid Kameron da xüsusi istehza ilə "Türkiyə 3000-ci ildə Avropa İttifaqına üzv olacaq" deməklə Avropanın türklərə olan qısqanclıqlarını büruzə vermişdi. Vallah, bizdə günah yoxdur, gedib öz öncəgörənlərinizə qulaq asıb müsəlmanları düşmən görürsünüz. Nostradamus katrenlərindən qorxub, türkü mümkün qədər Avropadan uzaq tutmaq dünənin, bu günün siyasəti deyil ki. Amma nə etsəniz də, xeyri yoxdur. Almaniyada 10 kafedən, restorandan, fabrikdən 3-ü türklərindir. Alman qadınlar da türklərdən ötrü sino gedirlər, düşünürlər ki, kişi uşaq vaxtı müsəlman "olanda" daha yaxşı olur. Məgər Türkiyə Avropaya uduzacaqmı? Əsla! Uduzan elə Qərbin özüdür! "Möhtəşəm yüz il"in çəkilməyində barmaqlarınız az rol oynamadı, amma yenə də sultanın hərəmxanasının daimi sakinləri kimi özünüzü rüsvay etdiniz. Əxlaq, mədəniyyət, şərəf, ləyaqət siz avropalılar üçün Kim Kardaşyanın görkəmindən daha ucuz və qiymətsizdir. Elə buna görə "irəli" getmirsinizmi? XX əsrin 60-70-ci illərində türkiyəli diplomatlar Avropada qətlə yetiriləndə, Almaniya erməni terrorçularına qucaq açmadımı? Erməni terror təşkilatı ÇKAC türk diplomatının ölümünü öz üzərinə götürdü və sonra Almaniayadan bəyanat verdi ki, BURDAyıq. "Hörmətli" Kameronun şübhələnməyə də əsası var ki, 3000-ci ildə Almaniya türk imperiyasının əyalətlərindən biri olacaq. Sizin o Avropa İttifaqınız da o imperiyanın "vəkillər kollegiyası" rolunda çıxış edəcək.

Görün ABŞ prezidenti Barak Obama nə deyir: "Mən əvvəllər də demişəm ki, beynəlxalq koalisiyanın tərkibində Liviyaya müdaxilə edilməsini özümün ən böyük xarici siyasət səhvim hesab edirəm". Almaniya rəsmisi də cavab verir: "Biz heç nəyə peşman deyilik, nə olacaqdısa, o da oldu". Siz elə bilirsiniz ki, Almaniyada Hitler yoxdur? Almaniyada o qədər Hitler yetişib ki, sadəcə, dövr o dövr deyil. Obama yalandan da olsa, heç olmasa, bunu deyir. Türkiyə ilk addımını atdı. Türkiyənin Berlindəki səfiri Hüseyn Avnı Karslıoğlu geri çağırıldı. Bu, hələlik ilk addımdır. Vaxt var idi, təyyarəsi vurulduğuna görə, Türkiyənin faktiki gücünü düzgün dəyərləndirə bilməyənlər iddia edirdilər ki, türklərin taleyi heç də yaxşı olmayacaq. Amma zaman keçdi və bəlli oldu ki, Türkiyəyə sanksiya tətbiq etmək Rusiyanın başı üçün də deyil. Bü cür təhdidlər, qondarma layihələrin qəbulu Türkiyəni dövlət siyasətindən çəkindirməz. Ortada qazanan erməni deyil, bu məsələdə, sadəcə uduzan tərəf var, o da Almaniyadır. Türkiyə bu ölkə ilə aralarındakı ticarətin müəyyən bir qisminə embarqo qoysa, o zaman nemeslər gedib ermənilərlə alver edərlər. Ermənilərin başlarına qoymağa papağı yoxdur, o ki qaldı Almaniyanı geyimlə və qida ilə təmin etsin.

P.S. Masisdən işğal altında olan Qarabağa erməni əsgərləri üçün 225 ədəd yastıq aparılacaq. Bu bədbəxt erməni əsgərlərinin yatmağa yastıqları da yox imiş.

Digər xəbərlər