Yəqin ki, ölkədaxili siyasi mühitdə öz lideri zəhərlədərək öldürməyə cəhd etmiş ünsür barədə danışarkən, bu ərtrafda çox düşünməyə ehtyac qalmır. Bilən yaxşı bilir ki, bir sıra xarici siyasi dairələrdə "ana müxalifətçi", sosial şəbəkələrdə isə klaviarura "qəhrəmanı" kimi tanınan AXCP sədri Əli Kərimli öz maraqları naminə ən yaxın adımını belə qurban verə biləcək qədər ucuz ünsürlərdəndir. Digər tərəfdən, vaxtilə Kərimlinin qurbanına çevrilmiş adamlar da indi-indi qanmağa başlalyıblar ki, bunlar ömürlərinin bir neçə ilini belə ucuz ünsürün maraqlarına qurban veriblər. Çünki bu gün Kərimli yenə də yeyir, qaz vurub-qazan doldurur, sıravi cəbhəçilər isə əsir-yesir günündə, onun "nə vaxtsa" hakimiyyətə gəlib, bunları da varlandıracağı barədə utopik təsəvvürlərə qapılırlar.
Ancaq məsələnin kontekstindən yayınmayaraq, mövzunun əsas tərəfinə yönəlirəm. Demək, axecepeçilərin sədrinin yadına düşüb ki, 1992-ci ilin 7 iyun tarixində Əbülfəz Elçibəy hakimiyyətə yiyələnib və əgər ki, həmin hakimiyyət beşcə il də duruş gətirə bilsəydi, bunlar dağı-dağın üstünə qoyacağıymışlar! Əşşi, adama deyərlər ki, əyə, sən hakimiyyətdə bircə il, o da ki, zor-bəla ilə duruş gətirə bildiyin halda, beş ili haradan gətirib dürdələyirsən camaatın gözünə? Məgər sənin hakimiyyətin hayla-huyla gəlməmişdi ki, sonra da vayla da cəhənnəm oluyb getdi? Xalq sənin hakimiyyətini istəmədi, rədd etdi!
İndi durub canına qıydığın rəhmətlik Elçibəyi öz xeyirin üçün reklam edib, guya onun beş il də hakimiyyətdə qalacağı təqdirdə, dağı-dağ üstünə qoyacağınını iddia edirsən. Amma unudursan ki, sənin hakimiyyətin, həqiqətən də zorlu, güclü, ağıllı, dərrakəli hakimiyyət olsaydı, bir il deyil, beş il iqtidarı əlində saxlamağa qadir olardı. Amma olmadı, niyəsini də özün və xalq yaxşı bilir.
Kərimli özünüreklam statusunda yazır. SİTAT: "Əlbəttə ki, ciddi çatışmazlıqlarımız da var idi. Təcrübəsizlik də, sıralarımıza təsadüfi adamların qoşulması da, subardinasiya qaydalarının tez-tez pozulması da, hakimiyyətin vahid komanda ola bilməməsi də, bəzi hərəkatçıların rüşvətə bulaşması da olub..."
Baxın, Ə.Kərimli özünü hamıdan ağıllı, hamıdan bilgili, hamıdan sadiq göstərir. Ona görə də digərlərinə "təsadüfi adam" damğasını vurur. Üstəlik, həyasızcasına iddia edir ki, yenə hakimiyyətə gələcək və bu hakimiyyəti elə "quracaq" ki, "yaramaz adamlar" onu dağıda bilməsin...
Gülünc və iztehzadoğurucudur! Demək, öz liderinə xəyanət edən, onun yerinə keçmək üçün mənəvi terrora məruz qoyan, nəticədə fiziki cəhətdən də zəhərlədib öldürtdürən SƏN-ƏLİ KƏRİMLİ durub "yaramazlıqdan" dəm vurursun. Ay səni, yaramaaaaaazzzzzzzz!