Bu adam bir təsadüf nəticəsində dünyaya gəlib. Bu adam ayıqbaşına yaşamaqdansa, pivələnib şəhərin küçələrində divarları qucaqlamağı xoşlayır və ailəsi haqqında danışmaq istəmir. Bu adam nə müsəlman kimi müsəlmandır, nə də ateist kimi ateistdir. Onun tanırısı puldur. Bu adam Azərbaycanda olanda, erməniləri bəyənmirdi, amma indi Avropada ən yaxın dostları ermənilərdir. Bu adama vaxtilə bütün müxalifətçilər "diqqətli olun, bic gəlir" deyirdilər. Uzun illər keçdi, cəbhəçilərin dedikləri öz təsdiqini tapdı. Bu adam Almaniyada ermənilərlə birlikdə "cütləşib" aksiya keçirir. Kimdir bu məxluq? Həbib Müntəzir. Hələ yanındakı Elmir Mirzoyev də var. Avropanın 5-10 manatına görə, get-gedə çoxalmaqda olan belələri Azərbaycanın maraqlarını satışa çıxarır. Vicdanını hərraca çıxaranlardan nə desən, gözləmək olar. O vaxt professor Kamil Vəli Nərimanoğlu bu adamlar haqqında demişdi ki, ay balalar, sizin daha itiriləsi heç nəyiniz qalmayıb, hər şeyinizi itirmisiniz. Professorun sözünə gülərək, zarafat kimi qəbul edirdilər. Hər şeyini itirən bu adam ermənilərlə birləşib Azərbaycan və Türkiyə əleyhinə aksiya keçirir. Bir neçə il öncə gül kimi qız uşağı olan Xədicə İsmayılın məşhur videogörüntüləri ortaya çıxandan sonra, Həbib Müntəzir yazmışdı ki, əcəb eləyir, bəs qadın nə etməlidir ki!? Həbib "bəs qadın nə etməlidir ki?" deyəndə, heç şübhəsiz ki, gözünü açandan bu yaşa çatana qədər necə görüb-götürübsə, ondan danışır. Qınamaq da olmur. Bütün günü özünü reklam edən, pak-pakizə qız olduğunu gözümüzə soxan, başqalarının qadınları haqqında şər-böhtan yayan Xədicə videoya çəkilməli deyildimi? Ümumi sahəsi 125 kvadrat olan X.İsmayıl cəbhəçi Kəmalə Bənənyarlının gizli çəkilişini edəndə, düşünmədimi ki, bu olay öz başına da gələcək!? Dədəsi qoyun oğrusu olan, qardaşı toyuq oğurluğuna görə 15 sutka yatan Nemət Pənahlının ümidinə qalanlar nəyə arxayındır? N.Pənahlı deyir ki, "Həbib də, Elmir də düz eləyib, bu iqtidarı devirmək üçün yeri gəlsə, mən də hər kəslə dostluq edərəm". Mənə bir adam çıxıb başa salsın ki, Nemət Pənahlı son vaxtlar niyə bu qədər aktiv olub? Dil boğaza qoymur. Ay Nemət, səni yaxşı anqırıb-bağırdığına görə, mitinqlərdə tribunaya qaldırmışdılar ki, o ki var qışqırasan. 1980-ci ildə orta mətkbi bitirdin, dalbadal 12 dəfə ali məktəbə imtahan verdin, amma qəbul olunmadın. Sən adi tələbə adına belə o qədər layiq deyildin ki, hakimiyyətdə olanda da, səni ali mətkəbə qəbul etmədilər? 1992-ci ildə Elçibəy sifətinə tərs sillə vurdu ki, mən səni qəbul etdirə bilmərəm, saxtakarlıq edə bilmərəm. İmtahan verdin, 100 sualdan cəmi 5 suala düzgün cavab yazmışdın. Yalandırmı? Tərcümeyi-halında da "Milli Dövlətçilik Partiyası"nın sədridir" yazdırmısan. Axı bu partiyanın sədri sən deyilsən, bu partiya 002 nörməsi ilə 1992-ci ildə qeydiyyatdan keçib, sədri də bir-iki il bundan qabaq rəhmətə gedib.
Arif Hacılı Nemətin ittihamlarından bezib və "Facebook"da kinayəli status paylaşıb: "Deyəsən, hakimiyyət "dəyişikliyi" olacaq. Həmişə belə məqamlarda ortaya çıxan adamlar yenə fəallaşıblar. Nemət Pənahlı, Rəhim Qazıyev, Aslan İzmayılov..." Nemət səbrini basa bilməyib, Arifə belə bir cavab verdi: "Mən Arif kimi partiya dağıtmaq üçün başqan olmuram".
Belə baxırsan ki, ikisi də düz deyir, hamısı bir-birindən beş-betər gündədirlər. Ay bədbəxtlər, bu intriqalarla hara gedirsiniz? 2016-ci ildə mitinq keçirib 1988-ci ilin şüarını səsləndirirsiniz.
P.S. Nemət Pənahlı ilk dəfə 1988-ci il mitinqlərində "mirbəşir" deyə qışrırırmış. Bir nəfər qolundan tutub Nemətə deyib: "Ay oğul, mirbəşir yox, BİRLƏŞİN... BİRLƏŞİN...