PDF Oxu

Köşə

  • 2 790

Məgər özləri öz iflaslarını görmürlər?

image

Kimsəyə sirr deyil ki, ABŞ kimi bir ölkə Ermənistanın işğalçılıq siyasətiə göz yumaraq torpaqlarını işğaldan azad etmək hüququ olan Azərbaycan dövlətini isə əlinə imkan düşən kimi baltalamağa çalşır. Və təbii ki, bu ABŞ-ın, eləcə də bu ölkədən fərqlənməyən bir sıra Qərbi Avropa dövlətlərinin xristian təəssübkeşliyi, bu cür məsələlərdəki ikili standartlardan yanaşması, daha dəqiq desək, xristian klubu deyilən amilin sübutudur. Btün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan xalqı ABŞ başda olmaqla Qərb dairələrinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqelərini ikili standartların bariz nümunəsi, ədalətsiz və riyakar yanaşma hesab etməkdə ədalətlidir.

Selektiv yanaşmanın nəticəsi

Ortada faktlar kifayət qədərdir. Elə isə həmin dəlillərə müraciət edək. Məsələn, bir sıra müsəlman ölkələrinə qarşı sanksiyalar tətbiq edən ABŞ Senatı və Konqresi, Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası, Avropa Parlamenti nədənsə insan hüquqlalrının pozulduğu ölkə olan Ermənistana qarşı heç bir tədbir görmürlər. Qərbin ikili standartları və ədalətsiz iddiaları insan haqları məsələsində ayrı-ayrı ölkələrə selektiv yanaşmada da özünü açıq büruzə verir. Nəticə isə qarşıdadır.

Sual edilə bilər ki, nə üçün Qərb institutları Ermənistanda insan hüquq və azadlıqlarının, söz və məlumat azadlığının sərt şəkildə məhdudlaşdırılmasından danışmırlar? Parlamenti güllələnən, prezident və parlament seçkilərində kütləvi seçki saxtakarlıqlarına görə mitinqə çıxan yüz minlərlə erməni nümayişçilərini gülləbaran edən, yüzlərlə siyasi fəalı həbsxanalara dolduran Ermənistana qarşı belə sanksiayalar qəbul olunmur, onlar tənqid edilmirlər.

Elə bu günlərdə Avropa Parlamentinin bir qrup üzvü - ALDE qrupu Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qərəzli qətnamə qəbul edib. Bütövlükdə, bu qətnamə anti-Azərbaycan dairələrin maraqlarını ifadə edən, qərəzli və ədalətsiz sənəddir.

Göründüyü kimi, məsələ kifayət qədər aydındır. Yəni ölkəmizin tanınması baxımından mühüm əhəmiyyətə malik tədbirlər öncəsi Azərbaycanı gözdən salmağa yönəldilmiş kampaniyaların əksəriyyətində Qərbə yalmanan sapı özümüzdən olan baltaların adının keçməsini də təsadüfi hesab etmək olmaz. Təbii ki, bu addımların arxasında qərəzçilik dayanıb. Ədalətsiz mövqe Avropa-Azərbaycan əlaqələrini pozmağa hesablanıb. Lakin Qərbin indiki məqamda ortaya düşüb siyasi oyunbazlıqlar etməsi səmərəsiz və nəticəsiz qalacaq.

Digər xəbərlər