PDF Oxu

Köşə

  • 3 771

Sənin adam olmağın "Emiland"dən kostyum almaq qədər çətindir

image

Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya saldılar.

Və orada neçə ilə hər gün havayı bir bütöv çörək verdilər...

Avotbusda gedirsən, qarnın quruldayır. Hamı eşidir... Bir qadın səni vəziyyətdən çıxarır: "Ay oğul, Allah orucunu qəbul eləsin, yəqin orucsan". Binəva bəndə özünü tez evə çatdırır, oturur kompyuterin qabağında. Arvadı namaza, namazı da oruca qatır, başlayır qadının da, islamın da ünvanına artıq-əskik danışmağa. Qadını o qədər dəqiq şəkildə təsvir edir ki, qohumları onun yazdıqlarını oxusalar, o qadını yüz faiz tanıyarlar. Elə ki, pivələmək istədi, eyni mesajı yazıb kontaktında bütün dostlarına göndərir. İçən kimi də, tez telefonu əlinə götürür, Azərbyacan Yazıçılar Birliyinin bütün qocaman üzvlərinə zəng vurub, hamısını ağ yuyub-qara sərir. Gecə keçir, səhər açılır. Yenidən həmin adamlara zəng vurub soruşur: "Ay müəllim, gecə sizə zəng etməmişdim?". Camaat da abır-həyalarına qısılıb deyirlər ki, "yox, ay oğul, etməmisən, etsəydin bilərdim." Rahatlanır. Qaş qaralır, gündüz gözünü yumur, gecənin dəhşəti yenidən başlayır. Hesablamışam, 1 saat ərzində 15 status yazır, 150 şərhə cavab verir, 5-10 adamı dürtmələyir və sairə. Zalım oğlu sağa-sola baxmır ki, baxmır. 7 yaşlı oğluna anası pampers əvəzinə köhnə köynəklərin qollarını kəsib qoyur. Bəli, imkanı yoxdur bu adamın. Amma hər gün minimum 10 manat pivəyə pul verir. Düz 10 bakal... 9 bakal olmazmı? 1 manat az etsə, uşağa pampers almaq olmazmı? Arabir mənimlə də rastlaşır, hər dəfə 3 manat 70 qəpik pul istəyir borca. Məcbursan 5 manat verəsən. Cəmi bircə dəfə əlini boşa qaytardım, səhəri günü mənə şəkil göndərdi. Şəkildən görünür ki, bir nəfərin palçıqda "Rang Rover"i batıb. Bu adam gedib traktor gətirdib ki, maşını dartıb çıxarsın. Şəklin üstünə də şəxsən yazıb ki, "ay Samir, taxta qapının dəmir qapıya işi düşər, unutma!" Taxta, dəmir qapı cəhənnəmə qalsın, bu boyda düşüklüyü heç unutmaqmı olar, a dost!

Həmişə demişəm, yenə də deyirəm ki, dünyada türk, müsəlman düşməni var. Ermənilərin mövqeyini müdafiə etmək isə bu düşmənçilikdə istifadə olunan ən "səmərəli" alətdir. Fridrix Engelsin ermənilər haqqında çox maraqlı və olduqca dəqiq hesablanmış fikirləri var. Məsləhətdir ki, onun kitablarını tapıb oxuyasınız. Bundan sonra Sarkisyanın Moskvada nə üçün Azərbaycan mahnısını erməni "havası" kimi təqdim edib oynaması sizin üçün tam aydın olacaq. Sarkisyan Amaitin nəvəsidir. Özü də eşitdiyimizə görə, Kim Kardaşyan "mən Amaitin qızıyam" deyərək fəxr edir. Bir maraqlanın görün kimdir bu erməni qadın Amait!

P.S. İndi bəzi bilikli adamların nə üçün yolunu azdığını bilirsinizmi? Şeyx Məhəmməd deyir ki, tərbiyəsi olmayan adamın biliyi olanda, bu bilik onun əlində ülgücə çevrilir, özünü də doğrayır, başqalarını da...

Samir

Digər xəbərlər