PDF Oxu

Köşə

  • 2 850

MARAQLI SUAL

image

"Milli Şura"da baş verən gərgin proseslər, oradakı iştirakçıların azlığı bir daha dağıdıcı müxalifətin passivliyini ortaya qoydu. Bu səbəbdən, yay fəslində kimlərsə müxalifətin passiv olduğunu deyib, ona irad tutursa, buna təəccüb etməməlidir. Bu ənənəvi müxalifətçilər istər yayda, istərsə də qışda daim passiv vəziyyətdə qalmaqla yox səviyyəsinə eniblər. Təbii ki, belə bir cılız müxalifətin passivliyinin mərkəzində həm 2013-cü il prezident, həm də 2015-ci ilin parlament seçkiləri dayanır.

Çox yəqin ki, indi düşərgədə yaranan ikitirəliliklər də, məhz bundan qaynaqlanan məsələlərdir. Baxın, hazırda düşərgənin bir qismi Arif Hacılı və Əli Kərimli tərəfdarları olmaqla iki cəbhəyə bölünüb. Hər iki tərəf güzəştsiz və aqressivdir. Bu aqressivlik isə, necə deyərlər, tarixi köklərə gedib söykənir.

Uzağa getməyərək, qayıdaq geriyə və müxalifət 2013-cü il prezident seçkilərinə birlik və vahid namizəd şəklində qatılmamalarının əsas amillərini xatırlayaq. Nə olmuşdu həmin vaxtlar?

Məsələn, artıq fəaliyyətini dayandırmış və həmin ərəfələrdə pərakəndə şəkildə fəaliyyət göstərmiş bədnam "İctimai Palata" adlı qurum seçkilərlə bağlı hər hansı adekvat addımlar atmağı bacarmadı. Hətta bu qurumun o zamankı koordinasiya şurasının üzvü, mərhim Zəfər Quliyev də etiraf etmişdi ki, "palata" və müxalifət partiyaları prezident seçkilərinə hazır deyilmiş. Belə də oldu..!

Hələ bu, harasıdır? Digər müxalifət təmsilçisi, AXP sədri Pənah Hüseyn 2015-ci ilin parlament seçkiləri ilə bağlı bağlı demişdi ki, müxalifətdə olan siyasi partiyalar və qurumlar passivlik sindromundan yaxa qurtara bilmirlər: "Müxaliflər seçkilərlə bağlı hər hansı tədbirlər planı hazırlamaq əvəzinə, daxildən biri-birilə rəqabət aparmağa üstünlük verirlər".

Baxın, dəyərli oxucular, bu yüzlərlə, bəlkə də minlərlə edilən etiraflardan, sadəcə ikisidir. Belə olan halda, anlaşılmayan budur ki, bəzi siyasi yazarlar müxalifətin yay aylarında nəyə görə passiv olduqlarını soruşurlar. Əcəba, müxalifət yalnız yay aylarındamı passivləşir? Axı biz bu müxalifətin illər uzunu passiv olduğunu görürük. Yəni bu sualın məntiqini dəyişmək lazımdır. Sual etmək lazımdır ki, əgər müxalifət uzun illərdən bəri passivdirsə və bu passivliklərini etiraf edirlərsə, onda nəyə görə hələ də hakimiyyətə iddialı olduqlarını iddia edərək, müxalifəti təmsil etdiklərini deyirlər? Maraqlı sualdır, deyilmi..?

Digər xəbərlər