PDF Oxu

Köşə

  • 2 757

ALINA YAZILMIŞ İFLAS!

image

Müxalifətin bir qismini təşkil edən AXCP və Müsavatın, eləcə də digər müxalifətçi "cırtdan" partiyaların ard-arda qurum yaradıb, sonra isə parçalanması düşərgə daxilində həlli mümkün olmayan problemlər yaradıb. Ümumiyyətlə, yaradılan qurumların da keçmiş qurumlar kimi perspektivsiz olacağı, yeni düşərgədaxili parçalanmalara yol açacağı və bu dəyərlərlə etiraf edilir.

Qısası, blok və qurumların yaradılması ilə bağlı müzakirə aparan tərəflər artıq digər partiyalar tərəfindən parçalanmaya yol verməkdə ittiham olunurlar. Çünki bunların da səbəbləri var. Səbəb isə budur ki, bir araya gəlməyi planlaşdıran "qüvvələrin" özləri bir-birilərilə ziddiyyət təşkil edirlər və seçkilərdə, digər düşərgədaxili proseslərdə bu amil başlayır yavaş-yavaş nəzərə çarpmağa...

Ziqmund Freyd belə yerdə deyib ki...

Xüsusilə, AXCP-Müsavat ziddiyyətlərini və eləcə də bu iki partiyanın təmsil olunduğu qurumların hər birinin dağılmasında biz bunu görmüşük. Təkcə bir tarixi həqiqəti yenidən oxucularımızın diqqətinə çatdırmağı lazım bilirik. Məsələn, hələ "Milli Şura" adlı ölü qurum yaradılarkən AXCP sədri Ə.Kərimli ilə Müsavatın o zamankı başqanı İ.Qəmbər prezident seçkiləri ilə bağlı namizədlik məsələsində çəkişir və bu iki tərəfin indiyə qədər prezident seçkiləri ilə bağlı hər hansı konsensusa nail olmalarının baş verməməsi kifayət qədər dolğun faktlara əsaslanır. Maraqlıdır, onlar bu gün də müstəqil Azərbaycanın daxilindəki olayları xarici səfirlik qapılarında müzakirə edirlər.

Burada Ziqmund Freydin bir müddəası yada düşür. Təxminən belədir ki, bir məsələdə uzun müddət uğursuzluğa düçar olmuş, bütün cəhdlərinə baxmayaraq, heç nəyə nail ola bilməmiş adamda nevrotiklik yaranır və ona elə gəlir ki, artıq həmin məsələdə məqsədinə nail olub. Buna görə də o cür adamlar nevrotikcəsinə qeyri-real açıqlamalar verirlər və uğursuzluqların gətirdiyi psixoloji travmadan özlərini "uğurlu" saymağa başlayırlar.

Ümumiyyətlə, bu gün istər ənənəvi, istər dağıdıcı, istərsə də radikal müxalifətin "nəyə qadir olduğu" bəllidir. Müxalifətin zəkavi və intellektual potensialı yoxdur, ona görə də onların yaratdığı çoxsaylı qurumlar daim məhvə məhkum olur. Sanki bu. iflas onların alınlarına yazılıb...

Digər xəbərlər