PDF Oxu

Köşə

  • 2 787

Gerisini isə onlar bizdən də yaxşı bilir...

image

Uzun müddətdir ki, dağıdıcı müxalifət düşərgəsində, öz mövcudluqlarını hiss etdirməyə çalışan oyuncaq qurumlar düşdükləri bataqlıqdan çıxa bilmirlər. İctimai-siyasi proseslərdən tamamilə uzaq olan ənənəvi müxalifət partiyalarının, məhz belə bir aqibətlə üzləşməsi isə təbii haldır. Yəni buna təəccüb etmək mümkün deyil. Çünki bu partiyalar mövcud olduqları gündən heç vaxt ictimai əsaslarla fəaliyyətə üstünlük verməyiblər. Onların yeganə və şablon prinsipi xarici donor təşkilatlara məktub göndərərək, sifarişlər əsasında pul qoparmaqdan ibarətdir.

Az qala əsrin dörddə biri qədər müxalifətdə olmalarına rəğmən...

Dağıdıcı müxalifət partiyaları siyasi mövcudluqlarının sonuna yaxınlaşdıqca, onlar üçün hər şey çox qəribə görünür. Partiya sədri olmaqla göz çıxaracağına ümidli olan, xarici havadarlarının vermiş olduqları pullar hesabına alınan pencək və qalstuklarını bəyanat vermək yolunda üzmüş tipik şəxslər mahiyyətdən hələ də bixəbərdirlər. Hələ də, fil qulağında yatmış müxalifət başboğazları elə boğazdan aşağı "düşüncə"nin məhsulu olan yersiz bəyanatları və hay-küyləri ilə yenidən gündəmə gəlməklə az qala əsrin dörddə biri qədər müxalifətdə olmalarına rəğmən, hələ də hakimiyyətə gələcəkləri eşqi ilə alışıb-yanır, xəyal edirlər.

Bir məqamı da vurğulayaq ki, bu eşq məsələsi müxalifətin ən ağrılı yeridir. Çünki onlar gördüyünə eşqnamə oxuyur, sonradan isə bildirirlər ki, "filankəs mənə xəyanət etdi". Elə onların ən çılğın nöqtələri də xəyanətkarlıqlarındadır. Belə olmasaydı, müxalifətin lalə şövkətləri, əli kərimliləri, isa qəmbərləri, eldar namazovları, cəmil həsənliləri, rüstəm ibrahimbəyovları, arif hacılıları, iqbal ağazadələri və daa kimləri və kimləri nəyin və kimin qulu olduqları, yəqin ki, anlaşıqlıdır.

Onlar iddia edirlər ki, bizim Hacılıdan nəyimiz əskikdir?

Anlamazlıqdan, qanmazlıqdan, görməzlikdən xarab olmuş müxalifət yetkililəri üçün sonun başlanğıcı onlar üçün sürpriz oldu. Amma hər bir halda, düşərgədə baş verən bu cür anormallıqlar gözlənilən bir faciənin ayaq səslərindən xəbər verir. Çünki fələk gör müxalifət düşərgəsində necə tərsinə dövr edirsə, A.Hacılı gəlib Müsavat başqanı olur. Elə bu yerdə şair yaman deyib: "Bat, a dünya, bat! Sənin ki, A.Hacılı kimi partiya sədrin var". Görünən mənzərə isə ondan ibarətdir ki, A.Hacılı kimi birisinin partiya sədri olması digərlərini də, başından böyük qələtlərə girişməyə vadar edir. Onlar iddia edirlər ki, bizim Hacılıdan nəyimiz əskikdir? Elə hazırda düşərgədə qarayaranın üstündən çıxan sarı yara da, bu problem üzərində qurulub. Gerisini isə onlar bizdən də yaxşı bilirlər.

Digər xəbərlər