PDF Oxu

Köşə

  • 3 108

Rəhim Qazıyev və hərşeyşünas "jurnalistlər"

image

Hüseyn Cavid Parkında səhərdən gecə yarısına qədər gəzmək, imkan olanda onu tanımayan pensiyaçılarla nərd şaqqıldatmaq Rəhim Qazıyevin çoxdankı adətidir. Fikir vermisinizsə, yerli telekanallarımız da sorğu keçirmək üçün mikrofonu əllərinə alıb, tez-tez bu parka yollanırlar. Sanki bütün Azərbaycan, məhz Elmlər Akademiyasının ətrafından, oradakı insanlardan ibarətdir. Nə isə, sözüm bunda deyil. Deməli, yerli kanalın işçisi R.Qazıyevdən adi vətəndaş kimi müshaibə alır, amma onu tanımır. Rəhimdə bicliyə bax e. F.Nəimi demişkən, nadanlıqdan aşağı heç nə yoxdur. Bu adam məşhur cütləşmə dövründə, AXC-Müsavat hakimiyyəti dövründə müdafiə naziri olub. Azərbaycanın müdafiəsi ilə məşğul olmaq əvəzinə, reketçiliklə məşğul idi. Başına bir topa hər şeyini itirmiş adamları yığıb insanların evinə basqın edib, onları döyür, təhqir edirdi. Leyla Yunusun mənzilində bir neçə dəqiqə su kəsildiyinə görə, R.Qazıyev Nəsimi rayon su idarəsinin o vaxtkı müdirinin üstünə böyük bir qoşun göndərmişdi, hamısı da qara maskalı. Qısası, belələrini mütləq tanımaq lazımdır. Jurnalist kanalın mikrofonuna deyil, öz qələminə güvənməlidir. Təxminən 2009-2010-cü illər olardı, yenə də kanal işçilərindən biri sorğu keçirirdi. Bir az məzəli süjet hazırlayırdılar. Vətəndaşlara yaxınlaşıb sual verirdilər ki, "elm nədir, helm nədir?" Telekanalın loqosu üstündə olan mikrofonunu əlində tutan "jurnalist" akademik Budaq Budaqova yaxınlaşdı. "Jurnalist" bu boyda akademikimizi tanımırdı. Gerisini demirəm, bir jurnalist üçün bundan artıq nə olmalıdır ki, olmayan vicdanına qulaq asıb, ümumiyyətlə, əlinə heç nə almasın. Yoxsa əlinə aldıqları ilə bir gün özünü kəsib doğrayacaq. Yadımdadır, bir dəfə də xalq artisti Ramiz Əzizbəyliyə kino sənətinin "sirləri"ndən danışan "jurnalist" axırda onu tanısa da, yenə də həyasızlığından əl çəkmədi. Deyirdi ki, "Bəxt üzüyü" filmində Hüseyn, əslində, dəlixanaya salınmalı idi.

Gözünüz aydın, İ.Qəmbər də oruc tuturmuş. Ay İsa bəy, orucluqda təkcə qarnını yeməyə həsrət qoymamılsan e, adamın hər bir şeyi oruc olmalıdır. Barmağından tutmuş barmaqlarının ucuna qədər. Gözün zina etməməli, gözün orucu budur. Barmağın harama toxunamamalıdır, bu da barmağın orucu. Hələ başqa şeyləri demirəm. Qəlbin, ruhun, dilin orucları var. Bunu qanan yoxdu ki.

Bir daha gözünüz aydın. Ə.Kərimlinin oğlu Türkel Kərimli ingilis qızla nişanlanır. A başınıza dönüm, bəzi insanları xaricilərlə qohum olduğuna görə qınayan bizim bu alabəzək müxalifətimizə nə oldu bəs? İ.Qəmbər, C.Həsənli, Ə.Kərimli...

Üç qat "hacı", yeddi qat "kərbəlayi", iki qat "məşədi" Gülağa Aslanlı da ali məktəbdə dərs deməyə hazırlaşır. Axır qəminiz olsun!

Digər xəbərlər