Müxalifət düşərgəsinə baxanda, deyirəm ki, bunların işi-gücü "millət", "dövlət" deyib bu milləti və dövləti satmaqdan ibarətdir, o zaman bəziləri bu ittihamlara cavab olaraq, başlayırlar bizi qınamağa. Yenə də müxalifət düşərgəsini narahat edən məsələ hakim partiya olan YAP-ın millətin, dövlətin mövqeyinin müdafiə mövqeyində olmasını dəstəkləmək "günahıymış". Hətta o qədər "günahmış" ki, əllərinə düşsən səni param-parça edib, başını tərsinə kəsərlər. Əgər millət və dövlət maraqlarını satmırsansa, erməniyə işləyən xəyanətkarı müdafiə etmirsənsə, kimlərinsə təlimatları əsasında donoslar yaymırsansa, demək, YAP-ın mövqeyini nümayiş edirirsən və YAP-a xidmət göstərirsən?!
AXCP sədri Ə.Kərimli qaşınmayan yerdən "qan"çıxararaq, onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə yenə də "satqın" damğası vurmağa vərdiş edib. AXCP-nin üzqarası olan Ə.Kərimli və onun ətrafındakılar da millətə, dövlətə xəyanət edib, satqınçılığı ilə "ziyalılığı" hələ də anlamırlar. Elə götürək Eldəniz Quliyevi. "Milli Şura"nın koordinasiya mərkəzinin rəhbəri E.Quliyev özünü "ziyalı" hesab etdiyini və bununla fəxr duyduğunu yazır. Bir adama deyərlər ki, əşşi, a binəva, axı bu "ziyalı" adlandırdığın E.Quliyev separatçı qurumda çalışan vətən xaini Əlikram Hümbətovun dəstəkçisi olub. Yenə də bir xatırlama: "Talış-Muğan Respublikası" adlı bir qondarma "respublika" elan edilərkən, onun "himni" səsləndirilərkən, həmin bu "ziyalı" adlandırılan E.Qkliyev ayağa qalxıb. O vaxt Ə.Kərimlinin tulaları bu "adamı" az qala "milli qəhrəman" elan edərək, "tərifə" mindirməyə çalışmaq istədilər. Çünki onlar da AXCP-çidir, real satqın və xəyanətkardır!
Elə fikirləşməyin ki, mən bütün bunları elə-belə yazıram. Ona görə yazıram ki, artıq bunlar bədbəxtçiliyin ən pik nöqtəsindədirlər. Görünür, həmişə dövlətə və millətə qarşı xəyanət etmək çox asan bir işdir bu yazıqlar üçün.