Ataların "həyasızlığın son həddi" misalı, sanki AXCP-Müsavatın boyuna deyilib. Çünki hər iki partiya hər seçkiərəfəsi "birlik" adı ilə min oyundan çıxırlar. Fikirləşirsən ki, bu nə oyundur? Bəs bunların arxasında dayanan səbəb məkrli qüvvə hansılardır? Əslində, bu sualın cavabı çoxdan verilib. Belə ki, bu gün müxalifətdə olan siyasi partiya sədrləri də etiraf edirlər ki, AXCP- Müsavat qarşıdurmasında əsas məqsəd anti-Azərbaycan dairələrin ölkəmizdə çaşqınlıq yaratmaq üçün ayırdığı qrantdan daha çox əldə etməkdir. Ölkəmizin inkişafını, beynəlxalq aləmə sürətli inteqrasiyasını və reytinqinin yüksəlməsini qəbul etmək istəməyən Müsavat-AXCP rəhbərlərinin qarşıdurması artıq pik həddinə çatıb. "Oğru elə qışqırdı ki, doğrunun bağrı çatladı" atalar sözü Müsavat ilə AXCP-də tamaməm başqadır -"oğru elə qışqırır ki, digər oğrunun bağrı çatlayır". Yəni burada doğru yoxdur, ikisi də oğrudur. Çünki bu insanların savadı, dünyagörüşü ambisiyalarından qat-qat aşağıdır və indiki halda anlayırlar ki, heç bir ictimai dəstəkləri yoxdur.
Bir də, AXCP-Müsavat qarşıdurması nə birinci dəfə, nə də sonuncudur. AXCP ilə Müsavat partiyası arasındakı münaqişənin diqqətçəkən məqamlarından biri də, məhz seçkilərin keçirildiyi dövrə təsadüf edir. Arxada qalan seçkilərin tarixinə nəzər salsaq, görərik ki, bu partiyalar seçkilərə guya birgə qatılmaq üçün əvvəlcədən qondarma bir qurum yaradırlar. Seçki yaxınlaşanda isə, hansı partiyanın birinci olacağı barədə mübahisələr başlanır. Bir də birincilik davasında heç də əsas məqsədin seçkilərdə qalib gəlməsi deyil. Seçkilər ərəfəsində dağıdıcı müxalifəti ortalığa atan ermənipərəst dairələr hakimiyyətin əleyhinə daha çox iftira atanlara çirkli pullardan çox pay ayıracağını deyir. AXCP ilə Müsavat partiyası rəhbərlərinin isə əsas davası bu çirkli pullardan kimin daha çox qamarlaması üstündə baş verir. Dünənə qədər birlik görüntüsü yaratmaq istəyən bu iki partiya mənsubları sonradan bir-birini ən kəskin şəkildə rüsvay edirlər.
Müsavat partiyasının nümayəndəsi, "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın AXCP sədrinin müavini Nurəddin Məmmədli haqqında yazdıqları buna parlaq misaldır. A.Ayxan "Facebook" səhifəsində yazır: "AXCP sədrinin müavini N.Məmmədli kimi bir adamın müxalifətçilikdən, əqidədən, haqdan, ədalətdən danışmağa haqqı yoxdur. N.Məmmədli öz liderini, partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxanın birisidir".
Göründüyü kimi, AXCP - Müsavat qarşıdurması hələ uzun sürəcək. O vaxta qədər ki, onlar siyasət meydanından birdəfəlik getməlidirlər. Bunun isə artıq vaxtı çatıb. Proseslər və açıqlamalar da bunu deməyə əsas verir.