PDF Oxu

Köşə

  • 2 749

Tariximizin 14 iyul səhifəsi

image

Heydər Əliyev... Bu adın qarşısında bütün ali misraları yazmaq olar. XX əsr Azərbaycan tarixinin ən mühüm səhifələri də, məhz Onun adı ilə bağlıdır. Millətimizi məhv olmaq, dövlətimizi dağılmaq təhlükəsindən xilas edən Dahi Odur. Hüseyn Cavidin misraları necə də yerinə düşür:

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü...

1969-cu il 14 iyul tarixi... Bu tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldi. Bundan sonra nələr baş verdi? 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkədə 250 yeni müəssisə yaradıldı, milyonlarla yeni iş yerləri açıldı. Bir neçə ali, onlarla ixtisas məktəbləri fəaliyyətə başladı. Azərbaycanda mənzil fondu, faktiki olaraq 2 dəfə artdı. Məhz bu tarixdən etibarən Azərbaycan dünya miqyasında tanınmağa başladı. Bu vaxta qədər SSRİ-nin yüksək gərginlikli mühitinin içində biz yalnız neft ölkəsi kimi tanınırdıq. Lakin... XX əsrin 70-ci illərindən başlayaraq bütün dünyada mənəviyyat, mədəniyyət, elm ocağı kimi məşhur olduq. Dahi Öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində xalqımız öz milli "pasportunu qazandı", tarixi şəxsiyyətlərimizi, alimlərimizi, ziyalılarımızı tanımağa başladıq. Min illərlə hesablanan dövlətiçilik tariximizi öyrəndik, milli şüur və qürur hissimiz cana gəldi. Ulu Öndərin yaxın silahdaşlarından millət vəkili Fəttah Heydərov xatirələrində deyir: "O illərdə Azərbaycanın iqtisadi vəziyyəti olduqca kritik idi. Müəllimlər o zaman çörəyi növbə ilə alırdı. Belə ki, Azərbaycanda vəziyyət yaxşı deyildi. Ümummilli Lider Heydər Əliyev belə bir vaxtda hakimiyyətə gəldi. İctimai-siyasi və mənəvi sahədə bir dönüş yarandı. İlk dəfə iyun plenumu keçirtdi və məsələləri çox sərt qoydu". Onun bircə misrasının, ikicə dəqiqəlik nitqinin bu millətə qazandırdığı üstünlüyü, verdiyi xeyiri qalaq-qalaq kitablar da yazsaq, layiqincə təsvir edə bilmərik.

Ulu Öndərin sayəsində sovet dövründə erməni təxribatlarının qarşısı dəfələrlə alınır. Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP.MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Bu zaman ermənilər fəallaşadılar. Ermənilər açıq şəkildə etiraf edirdilər ki, Dahi Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərlikdə olduğu illər ermənilərin məğlubiyyəti dövrüdür. Bəli, tarix bunu sübut elədi.

Həqiqətən də, 14 iyul tarixi Ulu Öndərin böyük missiyaya başladığı gündür. Bu tarix hər birimizin qan yaddaşıdır, bu gün xalqımızın milli qürur hissinin və milli şüurumuzun oyandığı tarixdir.

Digər xəbərlər