AXCP sədri Ə.Kərimlinin uzun illərdir ki, yürütdüyü siyasi ambisiyaları özünü doğrultmamaqla yanaşı, onun ümumiyyətlə, siyasi savadının olmaması faktoru da dəfələrlə sübuta yetirilib. Belə ki, biz bunu Ə.Kərimlinin bir neçə gün öncə bəzi siyasiləşmiş QHT-lərin birgə kelirdiyi toplantıdakı çıxışından da görmüş olduq. "Azərbaycanda qeyri-hökumət təşkilatlarının durumu" mövzusunda keçirilən qondarma tədbirdə AXCP sədrinin çıxışı zamanı bir çoxlarının bir-birləri ilə söhbət etdiyini və digərlərinin isə dərin yuxulara dalaraq şirin-şirin yatdıqlarını gördük. Hətta cəbhə sədrinin bu halı gördüyü anda səsini ucaltması, guya Azərbaycanda QHT-lərin vəziyyətinin "pis" olması barədə danışarkən, özünü qəzəli göstərməsi belə, nə zaldan çıxanların geriyə qayıtmalarına, nə də yatanların ayılmalarına səbəb oldu. Çünki onun danışdıqları hər zamankı kimi boğazdan yuxarı səslənən bəlağət - boşboğazlıq idi. Çox yəqin ki, nitq söylədiyi vaxt Kərimli eyforiyaya qapılıb və baxın, bu şəxs ta 1989-cu ildən üzü bu tərəfə eyni sözləri təkrarlayır, bənzər ifadələrlə qarşısındakı publikanın baş-beynini ağrıdır. Burada isə "köhnə hamam, köhnə tas" atalar misalı lap yerinə düşür. Hətta bu gün ona yata-yata, zalı tərk edə-edə "qulaq asanlar" da yaxşı bilirlər ki, Kərimlinin bir istəyi var - müxalifətin aparıcı və alternativsiz lideri olmaq. Fəqət, bu, mümkün deyil. Səbəbləri isə həm yuxarıda qeyd edilən amillərə, həm də daha sonra bəhs edəcəyimiz amillərə bağlıdır. Bilinən budur ki, AXCP-ni mərhum lideri Əbülfəz Elçibəyin ölümündən sonra zəbt etmiş Ə.Kərimli sonradan orada öz "qanunarını" - xəyanətlərin, əxlaqsızlıqların, dövlət maraqlarına qarşı cinayətlərinin təməlini qoydu.
Bir qalıb ipin ucunu çəkməyə...
Bu gün kifayət qədər sabiq AXCP üzvləri var ki, onlar Ə.Kərimlinin çirkin əməllərinə dözə bilməyib, onu böyük səs-küylü istefalarla tərk ediblər. Yerdə qalanları isə hələ ki, dözüzrlər, amma bu düzmlülük AXCP-də heç də münasibətlərin normal olması anlamını daşımır və siyasi tolerantlıq kimi əsla qiymətləndirilə bilməz. Kimlər qalıb AXCP-də? Vur-tut bir neçə Kərimli "təfəkküründə" olan ünsürlər. Onların da bir müddətdən sonra partiya sıralarını tərk edib, itirdikləri illərinə görə heyfislənmələrinin şahidləri olacağıq. Belə ki, AXCP sədrinin çıxışı zamanı yatanlar və zalı tərk edənlər də, məhz onlar olublar. Artıq belə qənaətə də gəlmək olar ki, istefaların ipucu barmaqlar arasındadır. Qalır bu ipin ucunu çəkməyə...