Yaponiyada zoopark, heyvanlar dincəlsinlər deyə,
ildə bir dəfə- 2 ay müddətinə bağlanır.
Jurnalist dostlarımızdan biri Nizami küçəsində rastlaşdığı hadisəni nəql edir. Deyir ki, Nizami küçəsidə yerləşən "Coffeeshop Company" kafesində əyləşmişdim: "Bir az sonra yaşlı bir kişi kafeye daxil olaraq əyləşdi. Çox keçmədi ki, sözügedən restoranın ofisiantı kişiyə yaxınlaşaraq, ondan restoranı tərk etməsini tələb edir. Ofisiant bunun müqabilində yaşlı adama 1 stəkan su və 1 manat pul vermək istəyir. Adını hələ də dəqiqləşdirə bilmədiyimiz ziyalı isə ofisianta "Mənə pul lazım deyil, sadəcə, bir müddət istirahət etmək istəyirdim" deyə cavab verib. Bu olaydan sonra jurnalistin ofisianta "Mən əgər bu ağsaqqalımızın yerinə ən yaxşı sifariş versəm, burada otura bilərmi?" sualına gələn cavab istə daha maraqlı oldu: "Bizlik bir şey yoxdu, rəhbərlik dedi atın bayıra. Biz də atdıq". Hər şey cəhənnəmə, restoran sahibinin bəxti gətirib ki, bu restoranı Şimali Koreyada açıb işlətməyib. Yoxsa Kim Çen İrin əmisi uşaqlarından-zaddan biri gəlib restoranda köhnə paltarda əyləşərdi, sonra da onu qovardılar. Çox demirəm, cəmi 15 dəqiqədən sonra restoran sahibini dağın başına qoyub, tankla vurardılar. Necə deyərlər, "dünən fərman verən, bu gün can verir..." Sənin də vaxtın gələr, ay restoran sahibi! Necə gündür, bu kəlmə dilimdən düşmür ki, düşmür.
Dünən səhər də işə gələndə, maraqlı bir hadisənin şahidi oldum. Metroda orta yaşlı bir kişi qucağındakı uşağının üzünə tüpürürdü. Ətrafına nəzər yetirəndən sonra bu kişi yenidən uşağın üzünə tüpürməyə başladı. Səbrim çatmadı, yaxınlaşdım. Nə üçün uşağın üzünə tüpürdüyünü soruşdum. Cavab məni şoka saldı: "İnsan tüpürcəyində opiorfin var. Tüpürcək morfindən 6 dəfə güclü ağrıkəsicidir". Kim nə deyir desin, vallah, bəzi insanların başı xarab olub. Bu məlumatı ona kimin verdiyini soruşanda, cavab verdi ki, "Facebook"dan oxumuşam. Bəlkə tüpürcək yarışına da çıxaq, onsuz da dərmandır, ağrıkəsicidir... Hara gəldi tüpürün, kimə gəldi tüpürün, qarşınıza kim çıxdısa, üzünə tüpürün. Gedin xəstəxanalara aylardır pulsuzluqdan özünü əməliyyat etdirə bilməyən adamın üzünə tüpürün, özü lobbası ilə... Avtobus sürücüsü sizi mənzil başına tez çatdırsa, hamınız ayağa qalxıb düz təpəsinin ortasına tüpürün. Hətta təklif edirəm ki, bulvarda tüpürcək yarışı da keçirək. Kim yaxşı tüpürərək qalib olsa, sonda bizlər də hamımız yığışıb onun üzünə lobbası ilə tüpürək.
P.S. 15 iyun Türkiyədə hərbçilərin çevrilişə cəhd etdiyi zaman hərbçilərin bəyanatını oxuyan TRT-nin müxbiri Tijen Karaş sanki 10 ildir o mətni əzbərləyirmiş.. Deyir: "Silahları ilə bizi təhdid etdilər...". Efirdə bir cümləni oxumaq üçün adam haldan hala düşür, o ki qaldı başının üstündə silah ola-ola bülbül kimi ötəsən...