PDF Oxu

Köşə

  • 2 955

VicdANSsız

image

Hələ uşaq vaxtı kənddə ağsaqqallar danışırdılar ki, molla Dilavərin oğluna bel bağlamayın. Yeni ailə quran qızların döşəklərinin altına qurbağa başından tutmuş cücə ayaqlarına, ördək dimdiyinə qədər basdıran bir kişinin oğlu vicdanlı, qərəzsiz, dəqiq ola bilərmi? Üstündən xeyli vaxt keçəndən sonra başa düşdüm ki, söhbət Mirşahindən gedir. Cadu-pitidən, dağıdılan evlərdən qazanılan pulla xamırı yoğrulan insan necə, milli ola bilər? İndi nə edək ki, 1990-cı illərin əvvəllərində əlinizə fürsət düşdü və "215 KL" vasitəsilə bu günün ANS-ini qurdunuz. Qarabağ müharibəsi vaxtı cəbhə xəttində yerləşən kəndlərin ağır durumda olduğunu əks etdirən video-kadrlarla icra başçılarını, deputatları şantaj etmək kimi düşük prinsiplər hələ də sizin üçün keçərlidirsə, bizim üçün belə deyil. Rayondakı ağır vəziyyəti Bakıya bildirməmək üçün Qarabağ müharibəsi vaxtı Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidovu təhdid edib ondan nə qədər pul almışdınızsa, cəbhədən qayıdan kimi aldığınız kostyumlardan bütün Bakı danışırdı. Vahidə "naxış", Şahinə "mir"in zorla dürtüldüyü bir ölkədə yaşayırıq. Ancaq nə deyə bilərsən ki? Elə "naxış" Vahidə düşdüyü qədər nə Əliağa Vahidə, "mir" Şahinə düşdüyü qədər də heç bir övliya və seyidə düşməmişdir.

Əvvəllər jurnalist işləyən hazırkı deputatlardan biri ANS-in Qənirə Ataşovasının terrorçu Fətullah Güləndən müsahibə almasını gülüşlə qarşıladı: "Fətullahın qapısından bir nəfər də olsun jurnalist pulsuz yola salınmır, jurnalistlərə böyük məbləğdə pul verir". Bəlkə elə Qənirə ora "vasitəçi" kimi gedirmiş və ya elə Azərbaycanda da Fətullaha bağlı insanların mövcudluğu zaman-zaman gündəmdə olubsa, bu haqda təkzibedilməz faktlar ortaya qoyulubsa, o zaman ANS də bu quyunun içində ola bilməzmi? Əgər belə deyilsə, o zaman ANS ömrünü Türkiyə dövlətini parçalamağa həsr edən Fətullahın müsahibəsini niyə bu qədər reklam edirdi? Anonslar göz çıxarırdı. Sanki ANS bunu etməli idi və edirdi. Nə idi bu məcburiyyətin səbəbi? Əzizlərim, biz Azərbaycanda yaşayırıq, dövlətimizin mövqeyi nədirsə, biz də bu mövqedə olmalıyıq. Dünyanın hansı ölkəsində görünüb ki, terrorçudan müsahibə alıb öz dövlətini təhqir və təhdid etdirəsən. Başa düşürəm, jurnalist bacarırsa terrorçudan da müsahibə alsın, ancaq bu müsahibədə terrorçu təbliğat aparırsa, təhdid edirsə, sətiraltı bəyanatlar verirsə, necə? Bax, ANS öz güzgüsündə Fətullaha yer ayırdı ki, Türkiyə dövlətini, bu dövlətin başçısı Ərdoğanı ağ yuyub, qara sərsin. Budurmu sizin prinsipiniz? ANS-in yayımı dayandırılan kimi, Vahid Naxışın "şokdayam..." deməsi kimə hansı formada çatdısa, mən bunu heç cürə həzm edə bilmədim. İllərdir maliyyə oyunlarınla, dəyəri yüz minlərlə ölçülən motosikletlərinlə, saat, makaron, çəkmə və sairə istehsal edən şirkətlərində çıxartdığın fırıldaqlarla onsuz da insanları şoka salmısan. Hələ hər rübdə bir dəfə özündən 30 yaş kiçik qız uşağını alıb, sonra da onu hamilə vəziyyətdə atasının qapısına vızıltmağını demirəm. "Mən vicdanlı adamam və şokdayam" deyirsən.

Qısası, ANS-in yayımı dayandırıldı. Ancaq bu kanalı atom bombası ilə vurmaq humanizm sayılardı. Dostum demişkən, səni tapança ilə öldürmək sənə yaxşılıqdır.

P.S. Əslində, ANS-in şüarı belə idi: "Çəkilmək istəmirsən çarmıxa, gah nala vur, gah mıxa...". Yazıqlara düşmədi bu misal.

Digər xəbərlər