Ötən gün Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Tale Bağırzadə və daha 17 nəfərin ittiham olunduğu "Nardaran işi" üzrə məhkəmə prosesi start götürdü. Yəqin ki, məsələnin tam şəkilli təfərrüatına varmağa ehtiyac yoxdur və söhbətin nədən getdiyi də hər kəsə bəllidir. Ancaq unutmamış onu da deyim ki, Ə.Kərimlinin müavini F.Qəhrəmanlı, məhz o kəslərdəndir ki, uzun müddət sevimli sədri ilə birgə allahsızlıqla məşğul ola-ola sonda "Müəlmanlar Birliyi Hərəkatı"nın öndə gedən dəstəkçilərinə çevrilib. Baxın, allahsız və dini hərəkat! Tərs mütənasiblik buna deyərlər eee! Nədir ki, T.Bağırzadə haranınsa kəşfiyyatının quyruq bulayan tulası olub və "alim" kimi sızıb gerçək müsəlmanların içinə. "Böyük və kiçik" dünyalardan dəm vura-vura özünü "üləma" elan edib, nəticədə isə qənaətə gəlib ki, həəə, demokratik, dünyəvi, tolerant Azərbaycanda "İslam inqilabı" etmək lazımıymış...
Beləliklə, özünü vurub Nardarana...Xeyr-xeyr, balıq tutmağa yox, özünə tərəfdar ovu etməyə. Hələ bu, harasıdır?! O vaxtlar "Sülh və Demokratiya İnstitu"nun direktoru Leyla Yunus da həbs olunmuşdu, T.Bağırzadə həmin o erməni qaltağının müdafiəsinə qalxdı (?!). Həmin erməni qaltağının qızı - kiçik qaltaq Dinara Yunus cəbhədə şəhid olan əsgərlərimizə sosial şəbəkə vasitəsilə həqarətlər yağdırmışdı, "cəhənnəmə qədər ölsünlər, hamısı məhv olsunlar" statusunu paylaşdı. Bax, onda həmin ifadələr T.Bağırzadəni maraqlandırmadı. Nəyinə lazımıydı axı, sərf etmirdi, siyasi baxış tələbinə cavab vermirdi qaltaq Dinaranın müsəlman Azərbaycan əsgərinin şəhdilik zirvəsinə ucalmış ruhunu təhqir etməsi. Bunun əvəzinə isə, kiçik ermənipərəst qaltağın anası - böyük ermənipərəst qaltaq Leyla Yunusu dəstəkləmək onun "üləmalıq" siyasətinə çox möhkəm lazımıydı...
Nə isə, indi həmin bu allahsız F.Qəhrəmanlı da çox yəqin ki, Kürdəxanıda dönüb olub əsl dindar. Namaz qılır, oruc tutur. Hətta "kərimovçu" kimi deyil, "bağırovçu" kimi düşünməyə başlayıb. Amma bütün bunların heç bir fərqi-filanı yoxdur cəmiyyət üçün. Görən-görür, bilən də bilir nəyin nə yerdə olduğunu. Bu gün Nardaran əhlinin çoxu vaxtilə nə qədər səhvə yol verdiklərini anlayır, T.Bağırzadəni kəndə buraxdıqlarına görə təəssüf hissi keçirirlər. İstər onların öz işindən olsun, istərsə də hüquq-mühafizə işçilərindən - həyatlarını itirənlərin hər biri azərbaycanlı idi. Onların haqqı isə hal-hazırda qalıb Tale Bağırzadə ilə Fuad Qəhrəmanlının boynunda. Bu məhkəmədə olmsa da, o biri məhkəmədə, axirət imtahanında cavab verməli olacaqlar öz əməllərinə görə, inşaallah!
Demək, F.Qəhrəmanlı məhkəmənin ilk iclasında özünü və Bağırzadəni qəhhhh...rəman kimi göstərib və deyib ki, onlara dövlət tərəfindən vəkil filan lazım deyilmiş. Hətta dövlətin verdiyi vəkil bir dəfə onu "döymək" də istəyibmiş (?!). Görürsünüzmü Qəhrəmanlı nə qədər "Allahla", "dinlə-imanla" danışır? Ona görə də, vəkildən imtina edib və əslində, onun vəkildən imtina etməsi özünü xarici diplomatik nümayəndələr qarşısında məzlum və əzabkeş kimi təqdim etməyə hesablanmış addımdır. Yoxsa Qəhrəmanlı dəli-zad deyil ki, gül kimi müftə-müsəlləm vəkildən imtina edə!
Deyir ki, prosesi hansı hakimlərin keçirəcəyinin fərqi yoxdur. "Mənim etirazım rejimədir" deyən bu siyasi münafiq həqiqətə qalanda unudub ki, artıq Bağırzadənin nökərçilik etdiyi xarici rejimin quluna çevrilib. Bax, əsl mahiyyət də buradadır. Sən dur xarici kəşfiyyata işləyənlə əlbir ol, xarici rejimə xidmət et, dövlətinin maraqlarını sat, ölkədə qarmaqarışıqlıq salmağa cəhdlər göstər, sonra da mənfur əməlinə görə həbs olun, adını da qoy ki, "rejim" məni həbs edib. Sadəcə, HƏYASIZLIQDIR!